AMEA-da "Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası"nın təqdimatı keçirilib
04.12.17

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış "Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası"nın təqdimatı keçirilib.

Akademiyanın Əsas binasında baş tutan tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək atlasın Prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" çərçivəsində hazırlandığını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyində ana dilinin saflığının qorunması, öz daxili imkanları hesabına zənginləşdirilməsini dilçilər qarşısında bir vəzifə olaraq qoyub. İ.Həbibbəyli Prezidentin çağırışlarından irəli gələrək AMEA-nın Humanitar Elmlər Bölməsinin (HEB) akademik-katibi, akademik Teymur Kərimlinin Rəyasət Heyətinin cari ilin may ayında keçirilən iclasında "Müasir Azərbaycan dilini necə bilirik? Problemin qoyuluşu və həlli yolları" mövzusunda məruzə ilə çıxış etdiyini xatırladıb.

O, həmçinin AMEA-da təhsil alan magistrant və doktorantlar arasında ana dilinə sevgi və hörmət hissini artırmaq, yazıda və şifahi nitqdə ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsinə təşviq etmək məqsədilə “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsinin keçirildiyini diqqətə çatdırıb.

Akademik hazırda AMEA-da yeni Orfoqrafiya lüğətinin hazırlanma qaydaları ilə bağlı müzakirələrin getdiyini və Dilçilik İnstitutu tərəfindən müəyyən təkliflərin verildiyini söyləyib. O, bu məsələnin növbəti həftə Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılacağını vurğulayıb. İ.Həbibbəyli yeni qaydaların müstəqillik dövrünün tələblərini əks etdirəcəyini deyib. AMEA-nın vitse-prezidenti Orfoqrafiya lüğəti ilə paralel olaraq Orfoepiya lüğətinin hazırlanması istiqamətində işlərin görülməsi barədə də tədbir iştirakçılarını məlumatlandırıb.

Akademik Prezident İlham Əliyevin 13 noyabr 2017-ci il tarixli Sərəncamı ilə Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edildiyini və Dilçilik İnstitutu tərəfindən bu sənəddən irəli gələrək Azərbaycan dilinin qorunması ilə bağlı monitorinqlərin keçiriləcəyini diqqətə çatdırıb.

"Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası"na da toxunan akademik sözügedən nəşrin dilçi alimlərimizin son illərdə ortaya qoyduğu ən sanballı əsər olduğunu bildirib. O, bu atlasın hazırlanmasının ümummilli, vətəndaşlıq və alimlik borcu olduğunu söyləyib.

Daha sonra Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin müdiri Kifayət İmamquliyeva çıxış edərək atlası tədbir iştirakçılarına təqdim edib. O, Azərbaycan dilinin dialektologiyası atlasının sonuncu dəfə ötən əsrin ortalarında çap edildiyini bildirib. Alim yeni atlasda dilçiliyin bütün sahələrinin əksini tapdığını və Azərbaycan, türk, rus və ingilis dillərində oxucuya təqdim olunduğunu söyləyib. K.İmamquliyeva atlasın Naxçıvan Muxtar Respublikasının 151 kəndində 11 ay ərzində toplanan materiallar əsasında ərsəyə gəldiyini deyib. Şöbə müdiri hazırda Qarabağın dialektoloji atlasının hazırlanması istiqamətində işlərin getdiyini, gələcəkdə isə Borçalı, Dərbənd və Cənubi Azərbaycanın dialektoloji atlasının hazırlanacağını diqqətə çatdırıb.

Tədbirdə HEB-in akademik-katibi, akademik Teymur Kərimli, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, professor Qəzənfər Paşayev və digərləri çıxış edərək atlasın nəşrinin önəminə toxunublar. Qeyd olunub ki, sözügedən atlasda toplanan materiallar Naxçıvanın qədim Azərbaycan torpağı olmasını bir daha sübut edir və bu, tarixi ərazilərimizə iddia edən Ermənistana qarşı ən tutarlı cavabdır.

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.