Məşuqəsindən qorxan baş redaktor - Səxavət Sahildən YENİ HEKAYƏ
01.12.17

Avanqard.net yazıçı Səxavət Sahilin “Məşuqənin qısqanclığı” hekayəsini təqdim edir.
 
Hekayə janrına əlavə

 
Zaman o zaman idi ki, Məzmur müəllimi uzun-uzadı yalvar-yaxardan, xahiş-minnətdən sonra “Gətir-götür” jurnalına baş redaktor təyin eləmişdilər. Düzü, bir az hörmətsiz olmuşdu, amma yenə də qəbuluydu, çünki dərdi-azarı baş redaktor olmaq idi.
 
İşə başlayan kimi xeyli vaxtı gözaltı elədiyi, həm də özünə simsar saydığı madmazel Naranı özünə müavin təyin etdi. Bu təyinatla Məzmur müəllim dosta-düşmənə göstərmək istəyirdi ki, heç kimdən əksik deyil, yeri gəlsə kefindən də qalmır. Soruşanda deyirdi ki, yaxın adamdı, qohum adamdı, inandığım adamdı. Bir dəfə necə olmuşdusa, ya çaşıb demişdi, ya da şeşələnmişdi, hansısa məclisdə dilinə gətirmişdi ki, bəs Nara saxladığımdı.
 
Nara da nə Nara, bir sözünü iki eləmək olmazdı. Jurnalın düzən-biçiminə, yönünə-yönətiminə təsir edirdi. Baş redaktorun işi-gücü başda oturub irfandan, haqdan-ədalətdən danışmaq idi. Nara xanım gələr-gəlməz jurnalın işinə müdaxilə eləyib, nəzarəti əlinə alımşdı. Kimi istəsəydi çap eləyirdi, kimi istəməsəydi çap eləmirdi.
 
Məzmur müəllim nurani görkəm alıb, mərifət və ədalət donuna bürünmüşdü. Özünü elə aparırdı elə bil, Hammurapi qanunlarını təzəcənə yazıb, Roma hüququndan mühazirə deyir. Hökümlü-sökümlü Nara xanımsa öz işindəydi, saman altdan su yeridib, jurnalın ətrafına dərin “kanal” çəkmişdi. Xüsusən də xanım yazarlar orada ələnib ələkdən keçirlir, seçilib çap olunurdu. Məsələ heç də istedad deyildi, sadəcə xanımların yarı-yaraşığı nəzərə alınırdı. Nara xanım Məzmur müəllimdən xanımlar sarıdan ehtiyat eləyirdi. İstəmirdi ki, baş redaktora hansısa qadın yaxın olsun, yoxsa mövqeyi əldən gedərdi. Buna görə də gecə-gündüz düşünüb, xanımları jurnalın redaksiyasından müəyyən məsafədə saxlamaq üçün yollar arayırdı.
 
Məzmur müəllib xaraktercə zəif olmasa da, özünü elə qələmə verirdi. Amma bu oyunbazlıq Nara xanım üçün keçərili deyildi. Müəllim özünü məzlum ifadə etməsinə rəğmən məşuqəsinin yanında cınqırını çıxarmırdı, xarakterini göstərə bilmirdi. Nara onu əl quzusuna çevirmişdi, bircə boğazında zınqırovu çatmırdı.
 
Beləcənə günlərini keçirirdilər, hökümlü məşuq və məzlum aşiqin üzdəki müdir-müavin münsibəti, gizlində isə aşiq-məşuqluğu Kürün yaydakı lal axarı kimi davam edirdi.
 
Gün o gün idi ki, həngamə qopdu, qopdu, nə qopdu. Əslində həngamə deyildi, dənzidəkı fırtına gəmini necə aşırırsa, bu da elə oldu. Sanki coşmuş Kür köpüklənə-köpüklənə Xəzərə tökülürdü. Gəmiçi Məzmur müəllim isə boğula-boğula əl-qol atan kapitana bənzəyirdi. O məşum hal-qəziyyə belə baş vermişdi. Burlaxatunun nəslindən olan, gözəl göyçək, nərmənazik, incə bellli Nurlaxatunu “Gətir-götür” jurnalında işə götürmüşdülər. Götürmüşdülər deyəndə, Dədə Qorqudun nəslindən olan, hörmətli-izzətli adam sayılan Nəvə Qorqud xahiş eləmişdi, baş redaktor da naəlac qalıb razılıq vermişdi. Belə baxanda ürəyindən deyildi. Yadına özünün təyin olunduğu vaxt düşdü, bir az diksinən kimi oldu.
 
Məzmur müəllim daha çox ərköyün müavini Nara xanımdan ehtiyat eləyirdi, onun xasiyyətinə bələdiydi. Razılıq verdiyinə görə özünü günahkar sayırdı. Bilmirdi necə eləsin ki, günahı üstündən necə atsın. Qabaqdan gəlmişlik eləmək üçün Naraya zəng elədi:
 
- Alo, Nara salam, necəsən, nə var, nə yox?
 
- Sağ ol, Məzmurçik, sən necəsən?
 
- Bərilərə gələcəksən?
 
- Yox, nədir ki?
 
- Heç, elə belə, bir iş varıydı. Eybi yox, qalsın, sonra deyərəm.
 
- Nə məsələdi?
 
- Bilirsən, Nara, bir məsələ var...
 
- Nə məsələdi o elə?
 
- Elə bir şey deyil, sonra söhbət eləyərik.
 
- Məzmur, məni əsəbləşdirmə, de görüm nədir o?
 
- Nara qurban olum, əsəbləşmə, istəmirəm narahat olasan.
 
- Məzmuuurr ora gəlsəm pis olacaq!!!
 
- Yox, yox gəlmə, elə bir şey deyil, əzizim, sakit ol indi deyəcəm.
 
- Yaxşı, de görüm nə olub?
 
- Elə  bir şey olmayıb e, bir nəfər var onu xahiş ediblər, yox deyə bilmədim. İndi deyəcəm, əsəbləşmə, papa canı keçə bilmədim.
 
- Nə, kimi, hara? Düz-əmməli de görüm, kimi xahiş eləyiblər axı?
 
- Nurlaxatunu xahiş eləyiblər, işə görə, keçə bilmədim, üzüm gəlmədi. Bilirəm ondan zəhlən gedir, sən canın əsəbləşmə, nolar.
 
- Aaa, bu nə deməkdi, mənsiz necə götürübsən e, gözün düşüb ona, gəlirəm indi gözünü yerindən çıxardam. Mən heç onu çap eləməyə layiq bilmirəm, indi gəlib yuxarı başa çıxacaq?
 
- Yox e, elə deyil, bilirsən, qurban olub hirslənmə, yenə sən deyən olacaq, papa canı üzüm gəlmədi, elə adam dedi ki…
 
- Məzmur, bilirsən ki, ondan zəhləm gedir, bezdarnının biridir, onu gətirib içimizə soxursan, inanmıram tapşırıq ola, özün istəyibsən, bilirəm xoşun gəlir ondan.
 
- Yox, yox elə deyil, canım üçün elə deyil, üzüm gəlmədi, ele adam dedi ki, heç nə deyə bilmədim. Sən canı bir söz demə, qoy bir müddət işləsin, sonra baxarıq. İnandırım səni heç onun üzünü görməmişəm.
 
- Onda gəlməsin ora, yazıların ver, pulun-maaşın ver qoy getsin, gəlməsin, onu sənin yanında görməyim ha, yoxsa özündən küs.
 
- Elə helə olacaq, Nara hirslənmə, sən necə desən elə olacaq. Alo, Nara, aloo, aloo…
 
Vay-vay gəlir bura yəqin, qoxuram e, papa canı qorxuram, Nara didəcək məni, üzü döndü vəssalam. Qoy bir də zəng eləyim, əsəbləşdi yaman, heç bilmirəm nə deyim.
 
- Alo, aloo, Nara, əsəbləşmə e, sən necə desən, aloo, aloooo….
 
Ardı var…

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.