Azərbaycan-Moldova ədəbi əlaqələrində mühüm yenilik
10.11.17

BƏDİİ TƏRCÜMƏ VƏ ƏDƏBİ ƏLAQƏLƏR MƏRKƏZİ TANINMIŞ MOLDOVA ƏDİBLƏRİNİN KİTABLARINI AZƏRBAYCAN DİLİNDƏ NƏŞR EDİB

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin daha bir yaradıcı layihəsi uğurlu nəticələr verib.

Bugünlərdə Mərkəzin qısa müddətdə ərsəyə gələn iki yeni nəşri işıq üzü görüb. Bu kitablarda müasir Moldova ədəbiyyatında seçkin imzalardan olan iki ədibin Azərbaycan dilinə çevrilmiş əsərləri dərc edilib.

Görkəmli Moldova şairi Arkadie Suçevyanunun “Qağayı ilə göndərilən məktub” adlanan 112 səhifəlik bu şeirlər toplusu bilinqva (ikidilli) nəşrdir. Şeirləri dilimizə Səlim Babullaoğlu və Qismət çeviriblər. Tərcümələr İ.Pilkinin, A.Brodskinin və R.Olşevskinin sətri çevirmələri əsasında hazırlanıb. “Mütərcim” nəşriyyatında çap edilən kitabda müəllif haqqında dolğun bioqrafik məlumat verilib.

Digər nəşrdə isə ünlü Moldova yazıçısı İqor Volnitskinin “Mənə ölməyi öyrət” romanı yer alıb. Yerli və rusdilli ədəbi mühitdə geniş əks-səda doğurmuş romanı Azərbaycan dilinə Azad Yaşar tərcümə edib. 224 səhifəlik bu kitab “Parlaq imzalar” nəşriyyatı ilə birgə seriya üzrə çap olunub. Nəşrin önsözündə A.Suçevyanunun İ.Volnitski və onun bu romanı haqqında yüksək rəyi öz ifadəsini tapıb. Kitabda müəllifin bioqrafiyasına dair ətraflı məlumat da var.

Hər iki kitabın redaktoru Seyfəddin Hüseynlidir.

Nəşrlər Moldova Azərbaycanlıları Konqresinin dəstəyilə, “Bakıda Moldova kitabı günləri” çərçivəsində  hazırlanıb. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin dəstəklədiyi “Bakıda Moldova kitabı günləri” gələn il yanvarın son ongünlüyünə nəzərdə tutulur.

Mərkəzin sədri şair Səlim Babullaoğlu bu yeni nəşrləri Azərbaycan-Moldova ədəbi əlaqələri baxımından vacib addım kimi dəyərləndirərək deyib: “Belə bir önəmli işə fəal dəstək verdiyi üçün Moldova Azərbaycanlıları Konqresinin rəhbəri Vüqar Novruzova minnətdaram”. O, Moldova ədiblərindən A.Suçevyanu və İ.Volnitskinin əsərlərinin Azərbaycan oxucusunda, xüsusən, ədəbi mühitimizdə maraq doğuracağına ümid etdiyini bildirib.

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.