“Akademikin son əsəri” təqdim edildi
12.10.17

Azərbaycan Yazıçılar Birliyində (AYB) xalq şairi Sabir Rüstəmxanlının "Akademikin son əsəri" kitabının təqdimat mərasimi keçirilib.
 
Məlumata görə, xalq şairi Fikrət Qoca çıxışında deyib ki, S.Rüstəmxanlı həm yaxşı şair, həm də yaxşı yazıçıdır.
 
AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib ki, S. Rüstəmxanlı bədii yaradıcılıqda "Ömür kitabı" ilə yüksəlişə nail olub: "Sabir bəyin xalq hərəkatında iştirakı, mitinqlərdə çıxışı yaddaşlarda unudulmaz iz buraxıb. Əsərdə bəzi obrazlar elə öz adları ilə verilib. Düşünürəm ki, "Akademikin son əsəri" kitabını hamı, xüsusən də gənc nəsil oxumalıdır. Çünki əsərdə yeni informasiyalar var".
 
"Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva qeyd edib ki, əsər maraqlı materiallarla zəngindir: "Bu kitab məktəblərə paylanmalıdır. Burada söz verirəm ki, əsərin "Kaspi" liseyində müzakirə və təqdimatını təşkil edəcəyik. Mən ümumiyyətlə, Sabir bəyin qələmindən çıxan bütün əsərləri oxumağa çalışıram. Kitabda Turan ideyası ilə bağlı da məqamlar var. Bu əsərlə Sabir bəy sanki bugünkü nəsli daha ayıq-sayıq olmağa səsləyib. Azərbaycanın başına gətirilən bəlalar əsərdə dolğun formada işlənilib".
 
Rejissor Rövşən Almuradlının fikrincə, əsərdə müəllifin vətəndaş mövqeyi, keçmiş və gələcəklə bağlı vətəndaş narahatlığı var. Millət vəkili Fəzail İbrahimli deyib ki, "Akademikin son əsəri" təkcə bədii yox, həm də tarixi əsərdir və əsərin qəhrəmanı tarixçi-alim Ziya Bünyadovdur.
 
Təqdimat mərasimi müzakirələrlə davam etdirilib.
 
Qeyd edək ki, "Akademikin son əsəri" Azərbaycan xalqının üzləşdiyi yeni fiziki və mənəvi repressiyaya - genetik savaşa həsr edilib. /ayb.az/

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.