Rövşən Yerfi - Qazanılmış vicdan çatışmazlığı sindromu
02.10.17

Avanqard.net Rövşən Yerfinin "Qazanılmış vicdan çatışmazlığı sindromu" (QVÇS) hekayəsini təqdim edir.

(kiçik esse) 

                     
        Tanrı ara-bir iş-gücdən yorulub, görülməli işlərinin hamısını tapşırırdı mələklərinə, özü isə bütün günü göyün sonuncu qatında oturub dincəlir, oradan aləmi seyr edirdi.
        Yerə tamaşa edərkən Tanrını ən çox heyrətləndirən, bütün səylərinə baxmayaraq əksər insanların günü-gündən adamlıqdan dönməsiydi. Hər şeydən əvvəl, nə olur-olsun varlı olmağı düşünən bu insanlar üçün varlanmaq dostluqdan, sevgidən, hətta vətəndən də üstün idi. Alabəzək kağız “şeytanlar” qəlblərinə hakim kəsilmişdi. Həmin kağızları toplamağa o qədər aludə olmuşdular ki, onları əldə etməkdən ötrü, nəinki gücləri yetən əmlakı, mənliklərini, vicdanlarını da satmağa heyifləri gəlmirdi.
         Günü-gündən qiymətləri artan maddi dəyərlərlə müqayisədə vicdanın ucuzlaşması insanın bu keyfiyyəti tamamilə itirməsinə, tezliklə ruh kimi onun da sirr olub, təkcə Yaradana aidliyinə gətirib çıxaracaqdı...                                                
        Belə insanların içində vicdanın nə olduğunu bilmədiyini etiraf edənlər də vardı. Tanrının yazığı gəlirdi ruhları “qazanılmış vicdan çatışmazlığı sindromu” virusuna yoluxan bəndələrinə. Bilirdi ki, vəzifə və varlanmaq naminə, onlar vicdanlarını sonacan xərcləyib qurtarsalar, vicdan “defisitə” dönəcək, simasızlıq yaşamaq amalı sayılacaq, dünyanın bütün düzəni pozulacaqdı. Bəşəriyyəti epidemiya kimi bürüyəcək vicdan çatışmazlığının arxasınca Qiyamət günü başlayacaqdı.
        Amma, O, rəhmli, adil olduğundan hələ Qiyamətin başlanmasını istəmirdi. Buna, demək olar ki, həvəsi də yox idi. Ona görə də vicdanı azalan bəndələlərinə ruhlarını “QVÇS” virusundan qurtulmaq üçün əlavə “qrant” vicdan paylamağı qərara aldı. Payladı. Lakin, insanlar adət etdiklərindən  Tanrının ayırdığı “qrant”dan da rüsum, vergi, “şapka” tutdular, gücdən-dəyərdən saldılar…
        Bir xeyli müddət keçəndən sonra, Tanrı vicdan payladığı insanların ağıllanmaqdansa, onun səxavətindən istifadə edərək daha da həyasızlaşdıqlarını gördü. Qəzəblənib cəza kimi göndərdiyi müxtəlif  bədbəxtliklər, qəzalar, zəlzələlər, daşqınlar, növbənöv xəstəliklər də bu acgözlərə, naşükürlərə təsir etmirdi, anlamaq istəmirdilər. Yalnız sərvət, pul haqqında düşünürdülər. Pul, gəlir əldə etmək üçün qiymətlər artırılır, yeni qanunlar, qaydalar, vergilər, rüsumlar, cərimələr fikirləşib tapılırdı. PUL, PUL, PUL! Bütün fəaliyyətlərinin sonu gedib pula bağlanırdı.
        Tanrı narahat oldu ki, bu sayaq “analoqsuz” gedişatla ehtiyat “qrant” fondu da tükənəcək, insanlıq tezliklə qarşısı alınmaz təhlükə altına düşəcəkdi…
        Odur ki, Tanrı neçə vaxtdır vicdanının qayğısına qalmayanlara verdiyi “qrant” üçün də limit qaydası tətbiq edərək normaya keçmək məcburiyyətində qalıb. Ona görə də haradasa qarşınıza vicdansız çıxanda, yola verin, səbrsiz olmayın: yəqin ki, o nanəcib talançı son limitini də yenə məsuliyyətsizcəsinə maddiyyata israf edib. Ümidlə Tanrının ona verəcəyi növbəti “qrant payın” zamanını gözləmək lazımdır. Axı biz səbrli və dözümlüyük!..
        Şükür ki, Tanrımızın sonsuz rəhmi varmış!.. Yoxsa acgözlükdən, vicdan çatışmazlığından,  Lut qövmünün gününə düşərdik…

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.