“Cənnətdə payız” - “ATV Kitab”dan “Parlaq imzalarla” 15-ci nəşr
10.07.17

Bu dəfəki qəhrəman Günel Eminlidir

“ATV Kitab”ın  ”Parlaq imzalar” la növbəti 15-ci-nəşri - yazıçı Günel Eminlinin ”Cənnətdə payız” hekayələr və esselər toplusu işıq üzü görüb. Kitab ədəbiyyatımızın yeni nəslini  təmsil edən yazıçının ilk orijinal kitabıdır. Belə ki, ali filoloji təhsil almış  müəllifin indiyə qədər  ”Yalanlar həqiqət arasında” adlı bir tərcümə kitabı işıq üzü görüb. ”Cənnətdə payız” hekayələr və esselər toplusu redaktoru Seyfəddin Hüseyli, bədii və texniki tərtibatçıları İsmayıl Süleymanlı və Azər Əsgərzadə, korrektoru Lətafət Səmədovadır.
”Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariq hesab edir ki, 15-ci nəşr həm də onunla əlamətdardır ki, biz yenə gənc və xanım ədiblərə yer verdik. Çağdaş ədəbi mühitimizə yeni və istedadlı imza qazandırdıq.
“ATVKitab” seriyasının rəhbəri Səlim Babullaoğlunun fikrincə Günel Eminli olduqca istedadlı  yazıçıdır: “Daha vacibi onun yaradıcı insan kimi cəmiyyətimizə ötürdüyü enerjidir. Bu enerju olduqca insani və safdır. Belə kitablara, belə insanlara, belə əsərlərə çox ehtiyac var. Günel səmimidir. Bəzən bir əsərdə Parisin bir uydurma  küçəsindən bəhs edilər və həmin küçə o şəhərin xəritəsində olmasa belə, biz o şəhəri həmin küçəsilə daha çox sevərik. İstedadlı  yazıçı Günelin kəşf elədiyi də bir küçə var: “Hay-haraylı dilənçi küçəsi”. Nə “google-map”də  tapa bilərsiz o küçəni, nə Bakının hər hansı başqa xəritəsində. Amma siz o küçədə həmişə gördüyünüz həqiqətlərə bir başqa nəzərlə baxacaqsız.  “Ana kimdir?” sualının əsrarəngiz cavabını alacaqsız. Onun ilk kitabında çoxlu böyük sualların adi görünən dərin cavabları var. O deyir ki,  uşaqlıq-cənnətdir,  biz sözü yox, söz bizi seçəndə maraqlı olur, azadlıq-xoşbəxtlikdir… Günelin hekayələri esseləri qədər düşündürür, esseləri isə hekayələri qədər diridir, mütəhərrikdir. Fikrimcə, bu oxucularımızın, yeni milli ədəbiyyatımızın yeni nümunələrini gözləyənlərin özlərinə ən yaxşı hədiyyəsi ola biləcək bir kitabdır...”
Kitabı şəhərin əksər kitab dükanlarından əldə etmək olar. Eyni zamanda internet üzərindən www.parlaq imzalar.az saytından və 055 259 72 59 telefon nömrəsi ilə sifariş edə bilərsiniz.





Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.