Artur Rembo - Cənnətin nəfəsində var işıq xoşbəxtliyi
02.06.17

Avanqard.net Zahid Sarıtorpağın tərcüməsində Artur Rembonun "Tilsimə düşənlər" şeirini təqdim edir.








Tilsimə düşənlər


Gecə qar dənələri töküldükcə göylərdən,
al çalara bürünür düşən işıqda hərdən,
və beş uşaq dayanıb altında yağan qarın.

Zirzəmiyə boylanır pəncərədən beş uşaq,
Çörəkçinin kəsdiyi kündələrə baxaraq,
Ağızları sulanır zavallı çocuqların!

Görürlər kündələri o usta necə yayır,
Yumurta sarısıyla üst qatını boyayır,
Sonra da tələsmədən bir-bir sobaya düzür.

Çörəklər cızıldayır, indi köpüb şişəcək,
Səsindən bilirlər ki, lap indicə bişəcək,
Ustanın dodağından bir melodiya sızır.

Uşaqlar susub baxır… Bu, yuxumu, huşdumu,
Pəncərənin nəfəsi isti bir ağuşdumu,
qısılıblar oraya, büzüşüblər eləcə?..

O kömbələr, kökələr ordan qoparılanda,
Gecə məclisi üçün bir-bir aparılanda,
qızarmış qıraqları cızıldayacaq necə!…

Uşaqlar baxacaqlar künc-bucağa gözaltı,
Sanki sisək səsidir gələn həmin cızıltı,
Bu nə xoş səs, ilahi, bu nə ecazkar andı!

Sanki həyat qoxuyur bu zirzəmi bu gecə…
Cır-cındırın altında olsalar da eləcə,
Uşaq qəlbi döyünür, uşaq qəlbi heyrandı!

Pəncərəyə qısılan o taleyi əziklər,
Gecənin şaxtasında o balaca Məsihlər,
Üzləri barmaqlıqda, özləri diz üstədi.

Tilsimli bir nəğməylə hər nə var unudulub
Bu bir başqa həyatdı – içi arzuyla dolu,
Bu ayrı bir dünyadı – hər nə varsa üzdədi!

Əyilməkdən onların köynəyi də sökülüb,
Sanki dua önündə cismləri bükülüb,
Yoxsa cənnətə çöküb körpə səfehlər, nədir?.

Cənnətin nəfəsində var işıq xoşbəxtliyi,
Burdasa şaxta düşüb… Qopan gecə küləyi,
çırpılaraq onlara köynəklərin yellədir…

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.