Dino Butsati - İtirilmiş günlər
15.03.17

( İ giorni perduti, 1971)


Ernst Kazirra təmtəraqlı malikanəyə sahib olduqdan bir neçə gün keçmiş işdən geri dönərkən uzaqdan gördü ki, bir nəfər kürəyində iri karton qutu, malikanəni dövrələyən hasarın arxa qapısından çıxaraq qutunu yük maşınına qaldırır. O özünü yetirməyə macal tapmamışdı ki, naməlum şəxs yola düşdü. Kazirra maşınında həmin adamı təqib etməyə başladı. Yük maşını şəhərin ucqar ətrafındakı böyük bir dərənin kənarına çatana qədər xeyli yol getdi. Kazirra maşından düşdü ki, görsün nə baş verir. Naməlum şəxs qutunu maşından aşırıb bir neçə addım atdıqdan sonra onu milyon-milyon eyni cür qutular olan dərəyə tolazladı.
Kazirra həmin adama yaxınlaşıb soruşdu:
– Mən səni bu qutu ilə birlikdə həyətimdən çıxan görmüşəm. Onun içində nə var? Və bütün bu qutular nə deməkdir belə?
Naməlum şəxs ona nəzər salıb gülümsədi:
– Tullanmalı bu qutulardan maşınımda hələ kefin istəyən qədər də var. Bilmirsən? Bunlar günlərdir.
– Hansı günlər?
– Sənin günlərin.
– Mənim günlərim?
– Bəli, sənin itirilmiş günlərin! O günlər ki, sən onları itirmisən! Sən onları gözləyirdin, eləmi? İndi onlar gəliblər.  Sən onlarla nə etmisən? Bir bax, onlar hələ də toxunulmamış qalıblar.
Kazirra qutulara nəzər saldı. Bu, hədsiz sayda karton topası idi. O, enişlə aşağı düşüb qutulardan birini açdı.
Onun içərisində bir payız yolu, bir qədər irəlidə isə ondan həmişəlik ayrılan nişanlısı Qratsiela görünürdü. Və o, nişanlısını heç səsləmirdi də...
O, başqa bir qutunu açdı. Orada bir xəstəxana palatası, yataqda isə ağır vəziyyətdə onun yolunu gözləyən doğma qardaşı Cozue vardı. O isə işləri ilə əlaqədar şəhərləri dolaşırdı...
Kazirra üçüncü qutunu açdı. Köhnə, kasıb bir evin qarşısında artıq iki ildir yolunu gözləyən sadiq keşikçi iti – bir dəri, bir sümük Dyuk oturmuşdu. O isə qayıtmaq barəsində heç düşünmürdü də...
Kazirra hiss etdi ki, ürəyi ağzına gəlir. Qutu daşıyan dərənin kənarında cəllad kimi şax dayanmışdı.
– Sinyor! – deyə Kazirra ucadan söylədi. – Qulaq asın. Qoyun, bu günlərdən heç olmasa üçünü özümlə aparım. Sizə yalvarıram, heç olmasa bu üçünü. Mən çox varlıyam. Sizə nə istəsəniz verərəm!
Qutu daşıyan, sanki hansısa əlçatmaz bir nöqtəni göstərirmiş kimi, elə bil “artıq çox gecdir, daha heç nə etmək mümkün deyil”, – demək istəyərək, sağ əli ilə nəsə işarə elədi. Sonra bir göz qırpımında yoxa çıxdı və nəhəng, sirli qutular topası da dərhal gözdən itdi.
Artıq gecənin qaranlığı yerə çökməkdə idi...


İtalyan dilindən
tərcümə edən
Cəmşid Cəmşidov


Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.