Mahir N. Qarayevdən kədərli fevral notları
31.01.17

BALACA ÜZEYİRİN  (15.02.1985 - 30.01.1986) XATİRƏSİNƏ


Февраль.
Достать черниль и плакать!                                                                             
Б.Пастернак

Fevral.
Sarılıb qələmə ağla ki ağla!

Bir qəbir dibinə çəkilən kimi
çəkil bir qırağa –
nə ki göz yaşın var, axıt varağa…

Göz yaşı dediyin qan qarasıdı –
qanın durulunca,
axınca ağla;
Ürək yarasıdı, can yarasıdı –
canın yorulunca,
çıxınca ağla...

Üstünə göz yaşın axan varaqla –
canının yarası,
qanının qarası çıxan varaqla
o kəpənək ömrün köçünə ağla;

Bir qərib sevgini basdır içində,
dayanıb çölündən içinə ağla!
 
Sonra o qaranı
qara sürmə kimi çək gözlərinə –
kirpiyin qaralsın, qaşın qaralsın;

Sonra o yaranı
qara zurna kimi inlət ki inlət –
torpağın daralsın, daşın daralsın!

Soruşma ağ varaq qaraldı haçan,
Soruşma gen dünya daraldı haçan,
Sarılıb qələmə ağla ki ağla! –
Qələmin qarası ağ yazanacan.

…Əcəl dastanının son beyti kimi
    qara sən yazmışdın o ağ varağı –
        qapqara varağı indi də ağ yaz;
Kəfənə bükdüyün ağ meyit kimi,
    məzara gömdüyün ölü sayağı
        bu fevral bir daha ayağa qalxmaz…

           
P.S.
                                     
I

Qəfil çəkildi yuxum...
Bir az çaşdım, duruxdum.
Durdum.
Gəzdim.
Baxdım.
Və duydum ki, bayaqdan
Gəzir bu evləri kiminsə ruhu...

II

Bircə tapsaydım
yarısı yanmış şamı –
o axşam yandırdığımız
və sonacan yanmayıb
yarısı qalmış şamı...

III

Unut, sən allah, unut!..
Unutmağa nə vardı -
fevral kimi 28-dən,
lap uzağı 29-dan
olsaydı yanvar...




YANVAR GECƏSİ

            ...bu yanvar gecəsi hər tərəf qara,
                       ağappaq qar yağır qaranlıqlara...



Qar.
Qarlı gecənin sonsuzluğu qar.
Qar.
Qarlı küçənin sənsizliyi qar.

Uzağa çəkilmiş göy üzü yerdən,
Qaranlığın içi dərddi, qubardı;
Qartımış gecənin üfüqlərindən
Sonuncu qatar da ötdü, qurtardı...

Və qaldı dünyada bircə pəncərə -
Onu da duymamaq, sevməmək olmur;
Ölü duasıtək uzanır gecə -
Dərdi qaş-gözlə də söyləmək olmur.

Qar. Qarlı gecənin sonsuzluğu qar,
Qaranlıq küçənin sənsizliyi qar...
Allah, bu həsrətin insafı harda –
Bu daxmanın içi qəbirdən də dar?!

Qar. Qaranlıq gecə. Qarlı küçə. Qar.
Sənsiz ölmədiyim bir də bu yanvar...

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.