Nərgiz Lətifli: "İdealım ilk növbədə özüməm" - Müsahibə
13.10.16

Avanqard.net gənc yazar Nərgiz Lətiflinin müsahibəsini təqdim edir.

– İlk sualıma ənənəvi başlamaq istəyirəm, niyə yazırsan?


– Yazmaq, əslində mənim hobbimdir desək doğru olar. Mən hələ 5-ci sinifdən başlayaraq bir dəftər tutdum və o gündən başladım mənə maraqlı gələn hadisələri hekayə kimi yazmağa. Dəftərlər görən olmasın deyə dolduqca atırdım, yandırırdım. Universitetə qəbul olandan sonra yazıçılıq dərsləri almağa başladım və anladımki, əslində yazmaq elə mənim sənətimdi. Bəzən olur insan beynində miliyonlarca söz qaynadığı halda heç bir kəlmədə olsun  danışa bilmirsən. Mən isə bütün bu hissləri yazmaqla məğlub etdiyimi düşünürəm. Yazmaq mənim üçün çox şeydi,  yazanda rahatlıq tapıram, hisslərimi kağıza köçürürəm, etiraf edim ki, yazmaq xoşuma gəlir. Yazmaq məndə gündəlik təlabat kimdi. 


– Yazmaqla gündəlik tələbatını ödəyə bilirsən?

– Xeyr. Gündəlik tələbatımı ödəyə bilmirəm. Bəzən elə bir vəziyyət olur ki, yaza bilmirəm, sıxılıram və bu sıxıntı məndə belə sual yaradır. Niyə yaza bilmirəm? Yazmasam rahat ola bilmirəm, nəyisə əskik hiss edirəm. Yazmaq artıq məndə vərdişə çevrilib ki, yazmasam bu məndə narahatlıq yaradır, yazdıqca özümü daha sakit hiss edirəm. Çünki yazarkən həm öz hiss etdiklərimi və yaşadıqlarımla üz-üzə gəlirəm. Yazmaq məni mənə anladır. Bəlkədə özümü anladığım yeganə an nə isə yazdığım andır. Hətta heç kimə demədiklərimi də yazaraq hansısa yazıda bunu gizli fikirlə ifadə edirəm.

– Cəmi bir hekayən çoxlarının marağına səbəb oldu. "Şərabla gedilən yollar". Çoxları isə anlamadı. Bu hekayədə nə demək istədin?

– Bəli, düzdü bu hekayəni anlamayanlar çox oldu. Hətta buna görə məni qınayanlarda oldu ki, niyə yazmağa şərabla başlıyırsan. Amma onlar bir şeyi unudurlar ki, mən bu yazını yazarkən oxucu buna nə deyər deyə düşünmədim, sadəcə yazdım. Qısaca olaraq bu hekayədə aldadılan, sevgisi satılan və buna görə də yalınız, tənha olan özünü küçəyə atan bir şəxsdən söhbət gedir. Sadəcə o həyatın ona verdiyi bir dərslə qarşılaşır və dünyadıkı hər şeyin gəldi gedər olduğunu anlayır. Onun üçün sadəcə sadiq olan tənhalığı, şərabını və evinin olduğunu görür. Və bir məqamda var ki, orda mənə maraqlıdı mən o düz yoldan niyə gedə bilmədim? Burada oxucuya çatdırmaq istəyir ki, həyat da iki yola ayrılır. Birinci sevib xoşbəxt olanların, ikinci sevib xoşbəxt ola bilməyib, aldadılanların. Yəni baxanda hər iki tərəf sevir amma birinci yol ilə gedə bilmir. Çünki o yolla ancaq sevib xoşbəxt olanlar gedə bilər, sevib aldadılanlar isə yox.

– Kənardan deyilənlər yaxud oxucu fikirləri önəmlidirmi sənin üçün?

– Əslində belə bir şey var. Yazıçı yazarkən heçnə düşünmür. Nə üçün yazdığını niyə yazdığını bilmir. Yəni mən şəxsən beləyəm. Və ona görədə hər cür fikirlərə, tənqidlərə hörmətlə yanaşıram. Mənim üçün yazarlığın prinsiplərindən biridə budur: “Nə xoş sözlərə aldanıb "mən artıq böyük yazıçıyam" deyib eqoya qapılıb özündən razı olacaqsan,  nədə tənqidə qapılıb mən artıq yaza bilmərəm deyib ümidsizliyə qapılacaqsan. Əksinə hər bir tənqiddən bir işıqlı yol tapıb nəyi harada düzgün etmədiyini tapmalı, xoş sözlərdə isə ehtiyatlı olmalısan. Çünki o sözlər əslində əksinə də deyilə bilər. Yəni oxucunun nə dediyi yox, qələminin nə dediyi, nə yazdığı önəmli olmalıdı. Çünki oxucu buna görə fikirlərini bildirir.”

– Yazılarının baş qəhramanı özünsən yoxsa görmək istədiyin ideal insan?

– Özüm və görmək istədiyim ideal qəhrəmanın qarışığı.

– Səncə elə biri var?

– Var. Amma onu yalnız mən bilirəm.

– İdeal yazıçın var?

– Var əlbəttə.

– Kimdi?

– İlk növbədə özüm. İnanırsız bəzən yazdığım pis yazıdan təsirlənirəm. Özümdən sonra başqa yazıçılardan hələ ideal yazıçımın axtarışındayam. Tapacağıma əminəm.

– Bir çox yazarlar özlərinə ateist deyir. Və bu artıq dəb olub. Bir gənc yazar kimi bunun səbəbini nədə görürsən?

– Bəli belə hallara çox rast gəlinir. Düşünürəm ki, bunun səbəbi əsasən gənc yazarların özlərinə ateist dedirtməklə daha “cool” göstərmək istəmələridir. Sırf özlərini təqdim etmələrinə görədir mənim fikrimcə.

– Kitab nəşr etdirmək haqqında düşünürsənmi?


– Bəli, düşünürəm, hekayələr kitabımı çap etdirəcəm. Amma öz üzərimdə daha çox çalışmalıyam, çünki kitab nəşr etdirmək məsuliyəti işdir.

– Müsahibə üçün sənə təşəkkür edirik.

– Çox sağolun mən təşəkkür edirəm.

Cavanşir Muradov, Avanqard.net

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.