Rövşən Xasayoğlu - Özünə şah dedi, özü mat oldu... 
27.07.16

Türkiyənin Ardahan şəhərində yaşayan şair Rövşən Xasayoğlunun şeirlərində bir nisgil var, qəriblik var. Vətəndən ayrı yaşasa da hər zaman içində vətən gəzdirir. Onun şeirləri sadəliyi, aydınlığı və saflığı ilə seçilir. Rövşən Xasayoğlu, onu düşündürən, narahat edən mövzulara müraciət edir, öz fikirlərini oxucuları ilə bölüşür. Poeziya sevərlərə şairinin bir neçə şeirini təqdim edirik.











TƏNHA AĞAC


Tənha ağac, duruşunda əzəmət var.
Tək başına sinə gərdin tufanlara.
Tənhalıqda hüzün dolu bir həsrət var.
Qərib dedik tənha qalan insanlara.

Tənha ağac, qəribliyin simgəsisən,
Duruşunla məni-mənə xatırlatdın.
Tənha ağac, qəriblərin naləsisən,
Tükənməyən həsrətimə hicran qatdın.

Tənha ağac, qibtə etmə ormanlara,
Şax budaqlı nə kolu var, nə ağacı.
Qol-qanad ac tənha, qərib insanlara
Qürbət eldə nə ana var, nə də bacı.

Tək ağaclar, tək yaşadız bu dünyada,
Görmədiniz qəm-kədəri bölənləri.
Tənhalığı unutmaqçün salın yada,
Vətənində yalqız qalıb ölənləri!



TÜRKİYƏM


Gənclik ömrüm keçdi səndə
Gah sevincdə gah da qəmdə.
Bəzən küsüb üsyan etdim,
Qəriblikdə fəğan etdim.
Sən heç məni yad görmədin,
Qucaq açıb, oğul dedin.
Qəribliyi Kürdə boğdun.
Günəş kimi şərqdən doğdun.
Candan əziz Turan elim,
Danışdığım ana dilim.
Qəribliydən şeir yazdım,
Düşünmə ki yolu azdım.
Doğulduğum vətənimi,
Gül-çiçəkli çəmənimi,
El-obamı çox özlədim.
Gözüm yolda yay gözlədim.
Yoxsa səni canım kimi,
Damarımda qanım kimi,
Ürəyimdə əzizlədim.
Neftcalamdan sənə gəldim…
Xoş günündə üzüm güldü,
Tikanın da mənə güldü.
Üstündəki buludundan,
Nəm almışam, buna inan.
Pis günündə rəngim soldu,
Şəhidlərə gözüm doldu.
Mavi gözlü, Anadolu.
Ey sinəsi eşqlə dolu…

Ədirnə də mənə əziz, Ardahan da
Bundan sonra yaşasamda hansı yanda,
Qəlbim səni məhəbbətlə hər vaxt anar
Dünya sənsiz cənnət olsa nəyə yarar?!
Anadolu, əsirlərdir Türk yurdusan,
Türkə Allah töhfəsidir böyük Turan!
Hörmət gördüm, izzət gördüm bu torpaqda,
Bir yazımda söyləsəm də qürbət ada,
Heç vaxt qürbət, nə də hicrət olmamısan.
Qürbət mənim ürəyimi etmiş məkan.
Mən dünyanı özü boyda qürbət bildim.
Bu dünyaya gəlişi də hicrət bildim.
Yoxsa Turan qürbət deyil Türk oğluna,
Parçalayıb yüz isim də versən ona!



TÜRKLƏR AĞLAMASIN

Türkmən qan ağlayır, doğma elində,
Turan param-parça, gör nə zamandı.
Türklər qərq olublar kədər selində,
Çində Uyqurların halı yamandı.

Türkmən qan ağlayır Kərkükdə bu gün,
Yetişin can verir, son nəfəsində.
Türklər qan ağlayır Qarabağ üçün,
Qarabağ çapraz dağ Türk sinəsində.

Türkmən qan ağlayır, təkdi Təlafər,
Hələb od içində, gözlərdən uzaq.
Türklər qan ağlayır dünya “bixəbər”
Türkmən pərən düşüb, boşalıb İraq.

Türklər qan ağlamaz əgər cəm olsa,
Birlikdən güc doğar deyib babalar.
Türklər qan ağlayar birlik kəm olsa,
Düşmənə yurd olar ellər- obalar.

Türkün arxası Türk, köməyi özü,
Silsin göz yaşını, yaşa baxan yox.
Türkün deyilməyib hələ son sözü.
Səbir kasasını daşdırmayın çox!

Türklər ağlamasın, düşməni gülər,
Gözdən axıb gedən qan kimə lazım.
Vətənə can verən Türklər igid, ər.
Vətənsiz, torpaqsız can kimə lazım!



DEMƏ
             Çinarəmə


Heyranam şirin dilinə,
Kimi yada saldı sözün?
Qurban saçının telinə,
Bürünüb nura gül üzün.

Dilin dərdə məlhəm qızım,
O bir ovsun, o bir tilsim.
Heç mümkünmü sənə qızım
Baldan şirin sonbeşiyim.

Demə qurban olum sənə,
Əriyirəm için-için.
Nəvəsinə deyər nənə,
Sən söyləmə mənim üçün

Qurban olma qızım mənə,
Od-alovsuz yanar içim.
Siz işiqsız mən pərvanə,
Başınıza dönmək işim.



GÖZƏL

Dağlarımda qar gözəl,
Bağlarımda bar gözəl,
Hər kəsə gözəl deməm
Könül sevən yar gözəl.

Kölgəli söyüd gözəl.
Aqildən öyüd gözəl.
Körpəyə həyat verən,
Halal maya, süd gözəl.

Doğru sözlü yar gözəl.
Qız-gəlində ar gözəl.
Arsızlardan kənar dur,
Abır dövlət-var, gözəl.

İpək tirmə şal gözəl.
Al yanaqda xal gözəl.
Gülüşlərin can alır,
Gül, canımı al, gözəl.

Allahımdan pay gözəl
Bədirlənmiş ay gözəl,
El-obanı gəzmişəm,
Yoxdu sənə tay, gözəl

Gəl sinəmi yar, gözəl.
Köksüm qəlbə dar, gözəl.
Sinəmdəki məhəbbət,
Məni yaxan nar, gözəl.

Kür üstündə sal gözəl.
Yolu bizdən sal, gözəl.
Həsrətdən bihal oldum,
Gəl, yanımda qal, gözəl.

Dəryalarda dürr, gözəl
Neftçalamda Kür gözəl.
Apar qürbətdən məni,
Vətənimdə dur, gözəl.



İNSAN

İçim tufan yeri, dalğalı dəniz,
Sahilin udacaq sanki bu axşam.
Bəzən də mürgülü, səssiz- səmirsiz,
Dünyadan əl üzmüş küsgün bir adam.

İnsan xəbərsizdir çox vaxt özündən,
Hərdən yağmur olur, hərdən də vulkan.
Gah atəş tökülür, gah yaş gözündən,
Dəryadan dərindir sirlərin, insan.

Dünyanın əşrəfi, tacı dedilər
Bəzən Habil oldun, bəzən də Qabil.
Qardaşlar bir-birin nədən “yedilər”
Sənə əşrəf demək nə qədər adil?

Dinini öyrənib eşqilə doldu,
Nəfsinə uyanda qusdu kin, insan.
Özünə şah dedi, özü mat oldu,
Bilmirəm mələksən,yoxsa ki şeytan?



NƏVƏM  ESMAYA

Körpə baxışların nə qədər şirin,
Kiçik təbəssümün dünyaya dəyər.
Üzünə doyunca baxa bilmədim,
Qorxdum gözlərinə nəzərim dəyər.

Yenə də araya girdi bu qürbət,
Bəlkə də səninlə bitəcək həsrət,
Məsum gülüşlərin qəlbimə zinyət,
Babana pak, təmiz gülüşün yetər.

Bu il erkən gəldi yurduma bahar,
Qardələn, bənövşə bundan xəbərdar,
Esmam Novruza da gözəllik qatar,
Gözəllik önündə baban baş əyər.

Qızım laylay desin, şeir oxusun,
Nəvəm gül içində alsın yuxusun,
Bahar çiçəklərdən çələng toxusun,
Gül bağçam gül açdı, verdi ilk bəhər.

Gəlişin evimə sevinc gətirdi,
Çinarəm gül idi, gül də bitirdi,
Esmanın təri də müşkdü, ətirdi,
Mənə qoxun yetər, qoxunu göndər.

/Kaspi Ədəbiyyat/



Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.