Vasif Əlihüseyn - Oxucuları ilə yatan yazıçı
19.02.16

Amerikan yazıçısı Çarlz Bukovskinin hekayələr kitabını oxudum: amma, erotik mövzuda yazılmış hekayələrini bəyənə bilmədim. Yəni elə də dərin məzmunlu bir şey görmədim hekayələrində. Bu Bukovskinin üslubu olsa belə. 

Bundan sonra isə, yazıçının məşhur “Qadınlar” romanını oxudum.  Doğrusu yaxamız sosial problemlərin əlində qaldığı bir vaxtda bu romanı oxumaq hər axşam bir neçə saat məni stressdən uzaqlaşdıra bildi.

Əsərin əsas qəhrəmanı Henri Çinaskidir. Əsər boyu qadınlara görə Henrinin düzəni pozulur; döyülür, soyulur və maşını əzilir.
Bütün bunlara baxmayaraq o, eyni şeyləri yenə təkrar edir. Onun xanım oxucuları başqa şəhərlərdən zəng vurub evinə gəlirlər.

Evinə gələn qadınlar onun evindəki tör – töküntüdən dəhşətə gəlir. Hər yerdə araq butulkaları, hər tərəf zibilin içində olur. Amma, bütün bunlara baxmayaraq onun gənc oxucuları belə 55 yaşlı Henri ilə yatağa girilər.

Henri Çinaski şeir axşamlarına gedir və şeir oxuyur. Bu isə onun sərxoş tamaşaçılarının çox xoşuna gəlir. Henri bu şeir axşamlarından hətta yaxşı qonarrar da alır. Əsəri oxuduqca görürüsən ki, bir neçə hadisədən sonra onun yataq səhnələri təkrarlanır. Sadə dildə yazılmış əsərin bu qədər oxucu marağına səbəb olması, adamı təcübləndirməyə bilmir.

Amma, əsərin sonunda Henri görünür nəysə fikirləşir. Ona telefon zəngi vuran gənc Roşeldin evinə gəlməsini istəmir.

Çarlz Bukovski bu romanı ilə “oxucuları ilə yatan yazıçı” kimi qaldı xatirimdə.
 

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.