Kənan Hacı - Tofiq Abdin... Rafiq Tağı... Elçin Səlcuq...
05.01.16

Bu sabah oyanınca unudulmaz Tofiq Abdini xatırladım. Onun adı şimşək kimi çaxdı beynimdə. Mən ədəbiyyata gələndə o da qürbətdən yenicə dönmüşdü. Onun haqqında bir yazı yazmışdım və çox qısa bir zamanda bir-birimizə isinişmişdik. Elə o günlərin birində bir dəfə dedi ki, ikimiz də qərib kimiyik bu ədəbiyyatda, mən qoca qəribəm, sən cavan qərib. Sonra da əlavə eləmişdi ki, keşkə sən bir az tez doğulaydın, canım Kənan! Çox xoşum gəlmişdi bu sözdən. Sonra bu sözləri mənə bağışladığı şeirlər kitabına avtoqraf kimi yazıb mənə bağışladı. “Qoy məndən sənə yadigar qalsın bu sözlər” dedi.

Kaş mən bir az tez doğulaydım... Yadıma Vudi Allenin “Parisdə gecə yarısı” filmi düşdü. Filmin qəhrəmanı yenicə evlənməyə hazırlaşan gənc və uğursuz bir yazıçıdır, öz nişanlısıyla Parisə səyahətə gəlib. Lakin bu əfsunlu şəhərin gecələrindən birində qəfildən qarşısına antikvar fayton çıxır və o, bu faytona minib keçmişə gedir. Burda ədəbiyyatın və incəsənətin nəhəng simalarıyla rastlaşır. Fitsceraldla, Pikassoyla, Salvador Dali ilə, Heminqueylə, Tomas Eliotla tanış olur. Filmin bu yerində Aqşin Yeniseyin “Yeni il tənhalığı” şeirini xatırladım: “Taksi də baha gedir on doqquzuncu əsrə”.

Adamın sümüyünü sızladan bu soyuq qış səhərində siqareti siqaretə calaya-calaya ürəyimdən bir istək keçir. Kaş evdən çıxanda Yasamalın bu əyri-üyrü küçələrində qarşıma bir fayton çıxa, məni götürüb İçərişəhər səmtə apara. Azneft dairəsindən qəmbər yolla yuxarı qalxanda görüm ki, Vahid Poeziya Evinin həyətində Habil Əliyev Kələntər Kələntərliylə şirin-şirin söhbət edirlər. Orda faytondan düşüb içəri girim, görüm Elçin Səlcuq çantasını stulun böyründən asıb, bikef oturub. Məni görüb soruşacaq:  - Ə, mızqlet, bə Yafəs hanı? Sonra köks ötürüb deyəcək “darıxıram yaman, gəl çıxaq burdan”... “İstiqlaliyyət” küçəsiylə üzüaşağı düşəcəyik. Görəcəyik “Monolit” elə köhnə yerindədir. Murad Köhnəqala demiş, “sovet Bakısının sonuncu yarpağı”. Zakir müəllim də əllərini belinin üstündə daraqlayıb qapıda dayanıb. (“Monolit”in müştəriləri onu yaxşı tanıyır, kafenin sahibi idi. Mübariz Məsimoğludan eşitdim ki, o da dünyasını dəyişib.) Salamlaşıb içəri keçirik. Yarım araq, kolbasa, çörək... Vəssalam! Dünyanın bütün pisliklərini unuduruq, bir neçə saatlıq özümüzü xoşbəxt sayırıq. Elçin yumruğunu həmişəki kimi stola vurub deyir: “Ya skazal!”

Nola, bir möcüzə ola, mənim gözlədiyim fayton gələ... Məni o doğma yerlərə apara. O yerlərə ki, orda Tofiq Abdin sağ-salamatdı, cins şalvarda dim-dik yeriyir, səsi də gurlayır: “İdarə olunuruq, canım!”

O yerlərə ki, Rafiq Tağı sağdı, rastlaşanda “ooo, salam, salam, necəsən?” deyə gülümsəyib əlimi sıxacaq. Hekayələrimi oxuyacağını deyəcək və zarafatla əlavə edəcək ki, yavaş-yavaş bizim çörəyimizi əlimizdən alırsan. Mən də gülümsəyib “siz ustadsınız” deyəcəm. Bir az səhhətimdən gileylənəcəm, tez çantasını açıb ordan bir vərəq çıxaracaq və mənə bir-iki dərman yazacaq.  

Hələ də telefonumun yaddaşında onların nömrələri qalır. Silə bilmirəm, silə bilməyəcəm...

Sizsizlik getdikcə dözülməz olur, darıxdığım adamlar...

Avanqard.net

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.