Knut Hamsun - Üzük
03.12.15


       Bir dəfə qonaqlıqda olduğumuz zaman onun çöhrəsində yenicə eşqə düşmüş gənc qadının cizgilərini gördüm. Mavi gözləri əvvəllər olmadığı kimi parıldayır və öz hisslərini heç cür gizlədə bilmirdi. O, kimi sevir axı? Deyəsən bayaq pəncərə qarşısında dayanan gənc  centlmeni- əyninə mundir geyinmiş, səsi aslan nəriltisinə bənzəyən sahibkar oğlunu. Aman Allah, qadının gözləri gənc oğlana elə bir məhəbbətlə baxırdı ki...
       Axşam evə qayıdarkən onun xasiyyətinə yaxşı bələd olduğumu nəzərə alaraq dedim:
       - Necə aydın, möcüzəvi hava var. Bu gün maraqlı keçdi, hə?
       Ardınca onu sevgi macərası yaşamaq haqdakı arzusunun heç də yaxşı fikir olmadığı ilə bağlı xəbərdar etmək üçün öz nişan üzüyümü çıxarıb dedim:
       - Bax, sənin üzüyün mənə balacadı, barmağımı sıxır. Bəlkə onun ölçüsünü böyütmək üçün zərgərə verəsən.
        Qadın əlini qaldıraraq pıçıldadı:
       -Onu mənə ver. Tezliklə düzələr.
       Və mən üzüyü ona verdim
       Onunla bir ay sonra rastlaşdıq. Üzüyün aqibəti haqda soruşmaq istəsəm də soruşmadım. Zaman səbrlidi, mən də səbr edib qadını tələsdirməmək qərarına gəldim. Bu zaman o, baxışlarını aşağı dikib :
       - Doğrudan-sənin üzüyün. Bəla üz verib, mən onu haradasa gizlətmişdim, indi isə tapa bilmirəm. – Mənim susduğumu görüb narahatlıqla əlavə etdi – Buna görə mənə qəzəblənmirsən ki?
       -Yox.
       Aman Allah, ona qəzəblənmədiyim üçün elə arxayınlıqla çıxıb getdi ki...
       Beləcə bir il keçdi. Bir gün mən köhnə məkanlara üz tutub, mənə olduqca tanış olan küçə ilə yürüməyə başladım. Budur, onunla yenidən görüşdük. Gözləri bir az daha mavi, bir az daha parlaq idi. Dodaqları isə sanki xeyli böyümüş və soluxmuşdu.
       Məni görən kimi hələ uzaqdan səsləndi:
       - Bax, sənin üzüyün, nişan üzüyün. Onu tapdım, əzizim. O, artıq böyükdür və barmağını sıxmayacaq.
       Mən bu tərk olunmuş qadına, onun soluxmuş dodaqlarına, sonra isə üzüyə baxdım. Qadına təzim edərək- Ah...deyəsən bizim bu üzüklə bəxtimiz heç gətirmir. İndi də o, barmağıma böyük gəlir. – deyə bildim.

Rus dilindən tərcümə Xatirə Nurgül

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.