Səlim Babullaoğlu - Qışqırıq və ya şeirimizin bəlası haqqında qeyd
11.11.15

Milli şeirmizin bəlası nədir? Sirr deyil ki,XX əsrdə milli şeirimiz formal olaraq 3 istiqamətdə inkişaf tapıb, yazılıb: əruz, heca, sərbəst. Amma hansı formada yazılmağından asılı olmayaraq şeirimiz məzmun daşıyıcısı (bu isə elə də böyük nailiyyət deyil, çünki məna,məzmun ifadə eləməyən söz yoxdur, şeirin bu keyfiyyəti və nailiyyəti isə əslində sözün nailiyyətidir, keyfiyyətidir) olmaqla yanaşı səs (!) hadisəsi olub. Halbuki şeir, pozeziya səs hadisəsi yox, əks-səda hadisəsi olmalıydı. Əgər sizdə anlaşılmazlıq kimi duyğu yarandısa, hamınıza əslində yaxşı tanış olan səslə əks-sədanın fərqini bir daha özünüzçün eşitməyə, canlandırmağa, səsləndirməyə çalışın. Səs-realdır, bugündür, indidir,bu dəqiqədir (bunu şeirin real bəlalardan,problemlərdən uzaq durması kimi yalnış düşüncəylə əsla qarışdırmayın). Əks-səda ən azı səs sürətilə səsdən geri qalır, reprezentantivdir, o səsi yenidən doğurur, bir az təqlid edir, bir az təsdiq edir, səs üzdədir, səs- tələsikdir; əks-səda daha astagəldir, sanki dərindən gəlir, uzaqdan. İnsan həmişə təcrübəni yazır, həyatdan, mütaliədən, duyğudan gələn təcrübəni və əgər bunu o saat edirsə bu publisistikanın keyfiyyətinə çevrilir, köşənin.Həqiqi şeir də təcrübədir, amma təcrübənin belə saf çürük edilməsi kimi, bir az astagəl; bu mənada o əks-sədayla qohumdur. Məsələn, XX əsr milli poeziyamızın azsaylı əks-səda hadisəsi olan “Yenə o bağ olaydı” şeirini. Sizcə o səsdir? Yox, o səs deyil, əks-sədadır. Xoş əks-səda. Amma bir görün onu pıçıltı və əks-səda kimi oxumalı olan qiraət ustaları və s. necə biabırçılıqla oxuyurlar. Oxunurlar e, qışqırırlar. Onu gündəlik nitq kimi yalnış, pafoslu, saxta səs hadisəsinə çevirmək istəyirlər. Səs hadisəsi kimi şeir yazmaq asandır. Götürün, hətta bir az da fərqlənmək istəyinizi gücləndirin, azişlək qafiyələr tapın, onu ağ vərəqin kənarlarına yazın, deyək ki, çarpaz ABAB sxemi ilə. Sonra da onu sözlə doldurun, yaxud səslə.Olacaq şeir. Bəs, qədimdən, uzaqdan, yaddaşın dərinliyindən quyu dibindən çıxan kimi eşidilən, poetik başlanğıca stimul verən iztirablı, yaşanmış sözün əks-sədası olan mahiyyət? Siz onu həmin şeirdə tapa biləməyəcəksiz, nə də sizə qədər yzılmış minlərlə,on minlərlə seirdə. Orda,həmin şeirlərdə, sözlər, qafiyələr, səslər yerində olacaq-amma o heç vaxt həqiqi şeir olmayacaq. Çünki əks-səda yoxdur. Bu gün səsinin qalın yerinə salıb şeirlərini oxuyan şairləri və onların fanat ordusunu tez-tez görmək olar. Bu səbəbdəndir ki, indi şeirlərin bir çoxu mahnı kımı daha populyardır, çünki həmin şeirlərin “səs spektri” saxtadır, onu notla, xalis səslə ört-basdır eləmək istəyirlər...Bu isə ikiqat yalnışdır.

İnsan özüylə söhbət edəndə heç vaxt ucadan danışmır, o astadan danışır, sözünü içinə yönəldir, o söz onun içinin divarlarına dəyib əks-səda verir, və kimsə (məndən içəri bir mənmi?) o əks-sədaya qulaq verir, yalnız bundan sonra dialoq baş verir...Tənha adamın dialoqi səsin və əks-sədanın dialoqudur.Yalnız bu dialoq səmimidir.

Deyə bilərlər ki, bəs, əvvəlki şairlər özləri ilə dialoq aparmırdılar, apardılar, amma onlar daha çox öz səslərini dinləyirdilər, əks-sədaya qulaq kəsilməyə bir az qorxurdular... Çünki, əks-sədanın səsdən bir fərqi də budur ki, səs bizim boğazımızdan çıxırdı, ona yiyəlik eləmək daha asandı, əks-səda isə onu geriyə qayıtmağa məcbur edən və heç də həmişə şümal olmayan səthlərin-qayanın, daşın, divarın, çıxıntının (təkcə birbaşa anlamda deyil) vasitəsilə qayıdırdı.
Bu məsələni sonsuza qədər uzatmaq olar...Amma istəmirəm....

Siz yəqin ki, saatın vurmasını, azanı, kilsə zənglərini uzaqdan dinləmisiz. Əgər yaxında, onun düz yanında olsaydız necə?

Söz-gedən səsdir, əks-səda qayıdan söz, bizə dönən...
Əks-səda səsin və mənanın mirasıdır...
Odur ki, şeirinizi səsdən və küydən qoruyun...

6 avqust, 23.30, 2011-ci il, Höküməli

Mənbə: facebook.com

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.