Orxan Pamuk - Redaktorları yaxşı olan yazıçılar yaxşıdır
29.09.15

Orxan Pamuk son romanının (Kafamda bir tuhaflık) ingiliscəsini təqdim etmək üçün Londondadır.

“The Guardian” qəzetinin tədbirlər zalında çıxış edən yazıçı roman janrıyla modern şəhərlərin böyüməsi arasında sıx əlaqə olmasından danışıb, britaniyalı oxucuların suallarını cavablandırıb:

“Şəhərlər romanları böyüdür, romanlarsa öz növbəsində şəhəri mifləşdirir və onun böyüklüyünə böyüklük qatır.”

“Mən də Mövlud (son romanının qəhrəmanı) kimi gecəyarı şəhərə çıxıb onu müşahidə etməyi xoşlayıram… şəhər insanlığın müxtəlif cildlərə girib gizləndiyi yerdir.”

“Bir romançı kimi gəzmək, addımlamaq, müşahidə etmək və qeydlər götürmək böyük zövqdür. Foto çəkmək üçün ayfonumdan istifadə edirəm, maraqlı saydığım şeylərin videosunu da çəkirəm.”

Tanınmış jurnalist, aparıcı Mark Lawson’un “Bir yazıçı qırx il ərzində baş verən, çoxlu yan hekayələr və mövzuları birləşdirən bir romanı necə xəyal edir və qurur” sualına O.Pamuk belə cavab verib:

“Bildiyimiz kimi, insan təxəyyülü məhdud olur. 600 səhifəlik romanı qabaqcadan görmək mümkün deyil. Gövdəni fikirləşirsən, budaqları təsəvvür edirsən, sonra bir neçə yarpaq ağlına gəlir.

Epik əsər freskoya bənzəyir: onu yaratmağa küncdən başlayırsan. Bir il müxtəlif küncləri yazırsan, sonra başqa bir küncə keçirsən, daha sonra gövdənin yerini dəyişdirirsən, sonra hekayəni yenidən kəşf edirsən, sonra sevdiyin adamlar deyirlər: “Sən neynirsən?” – bunu aydınlaşdırmaq üçün redaktələr etməyə başlayırsan… 40 ildən çoxdur belə yazıram.”

Pamuk deyib ki, populyar fikrə rəğmən, yazıçılıq tənha iş deyil, redaktorları yaxşı olan yazıçılar yaxşıdırlar.

“Roman onu yenidən yazdıqca, yenidən işlədikcə, yenidən yazdıqca cilalanır. Redaktorlarımdan xahiş edirəm ki, bu davamlı yenidən yazma işində mənə kömək etsinlər.”

Lawson yeni TV qutuların elə 19-cu əsr romanlarını sənət ölçüləri və məqsəd baxımından əhatə etdiyini deyəndə O.Pamuk cavab verib:

“Mənə ən çox verilən suallardan biri budur: "Roman ölürmü?" Cavabım belə olur: Gəlin rəqəmlərə baxaq.

Son yüz ildə roman bütün ədəbi formaları sıradan çıxarıb, kənarlaşdırıb: drama, poeziya indi marginallaşıb. İnsanlıq ədəbiyyatla roman vasitəsilə əlaqə saxlayır.

Hər bir gənc türk 1970, hətta 1980-ci illərə qədər şair olmaq istəyirdi. İndi daha şair olmaq istəmirlər. İndi hamı roman yazır.

Tanrıya şükürlər olsun ki, oxumaq və yazmaq instinkti davam edir.” /oxuzali.az/

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.