Elif Şafak: "Yeni romanıma başlamışam, qorxu məni bürüyüb"
15.07.15

Mənim bir həftəm

The Wall Street Journal


 
“Müsahibəmizi bir həftəlik təxirə sala bilərik?” telefonda Swiss TV-nin aparıcısı soruşur. "Hamımız krallıq ailəsinin körpəsini işıqlandırmaqla məşğuluq indi.”

Həftənin sonuna doğru görüşməyə razılaşırıq. O nəsə də deyir, amma mən səs-küyə görə eşidə bilmirəm. Uşaqlarım otağa girir, tullanıb-düşürlər:

“Tapdıq!”

Onlar mənə ekranda qara gözləri olan ağappaq balaca itin şəklini göstərirlər.

Eynilə şəkildəki kimi bir it saxlamaq istəyirlər.

“Bu, Coton de Tulear cinsindəndi,” – oğlum aramla tələffüz edir ki, başa düşə bilim.

Amma mən it saxlamaq istəmirəm. İstəmirəm. Yüküm kifayət qədər çoxdur.

Onlar otaqdan çıxan kimi maraq mənə güc gəlir. “Google”-da “cotton” (pambıq) və  “dog” (it) yazıram. İtin cinsini səhv yazsam da, tapıram. Bu cinsin Facebook səhifəsi, hətta çoxlu fan-klubu da var.

“Google”-da növbəti axtarışım “Türkiyə gündəlik xəbərləri"-dir. İndi İngiltərədəyəm, amma Türkiyə xəbərlərini yaxından izləyirəm:

Hər gün ölkəmdə nəsə gölənilməz bir şey olar. Türkiyə maye kimi ölkədir, demokratiyası da maye kimi tərpənir. Restavrasiya zamanı ciddi şəkildə ziyan görən qədim mozaika haqda məqalə çıxır qarşıma.

Səhəri gün “Eurostar”-la Londondan Parisə yola düşürəm. Orada yeni romanımın tanıtımına görə iki gün keçirəcəyəm. Qatarlarda işləməyi xoşlayıram.

Qeydlərimi və bir neçə aforizm götürmüşəm özümlə.

“İnsan ağrısına ürəyin yanmırsa, insan adından imtina etməlisən” – fars şairi Sədi “Gülüstan”-da pıçıldayır. İki saat yazıram. Yeni romanıma başlamışam, qorxu məni bürüyüb. Kitab yazmaq heç vaxt asanlaşmır.

Parisdə zarafatcıl bir taksi sürücüsü qarşılayır məni, əlində adım yazılmış lövhə tutub. Baxan kimi yəhudi olduğu görünür, kippah və tzitzit geyinib.

“Charlie Hebdo”-nun qatillərindən danışırıq. “Bəzi axmaq adamlar çox səs-küy salırlar,” – o deyir. “Amma çox adam yaxşıdır bu dünyada.”

Söhbətimizin ortasında o, dönüb məndən soruşur:

“Madam, sizcə, saqqalım yaraşır mənə?”

Heç vaxt bir Ortodoks yəhudidən belə sual eşitməmişəm, səmimi cavab verirəm. Deyirəm, çox qəşəng yaraşır. O, sevinclə başını tərpədir.

Telefonum çalır. Uşaqlarımdır, deyirlər ki, o itin əvəzinə "Chihuahua" iti saxlamağı qərarara alıblar. “Google”-da o iti də axtarmalıyam, amma vaxt yoxdur.

Həmin gün bir müsahibədə jurnalist "Hekayələr dünyanı dəyişə bilərmi" soruşur.

“Onu bilirəm ki, məni dəyişdiriblər, yaxşılığa doğru”, - cavab verirəm. Bir adama kömək ediblərsə, çox adama da edə bilərlər.

Müsahibə verirəm, müsahibələrin arasında “Google”-da  “Chihuahua” yazıram, bir də qədim mozaikanın taleyilə maraqlanıram. Həmişəki kimi, türk mediası qalmaqala sükutla reaksiya verir, sosial media isə qaynayır.

“Bəlkə də restavrasiyanın məqsədi qədim portretləri prezident Ərdoğana bənzətmək olub,” – bir karikaturaçı deyir.

Axşamüstü otelin ətrafında gəzintiyə çıxıram. Kiçik kitab dükanları, ikinci əl səyyar kitabçılar, yağışla köhnə əlyazmaların qoxusu. Kafedə oturub yazıram.

Karikaturaçının başına nə gəldiyini maraq edirəm. O da prezident Ərdoğanın yeni Türkiyəsində başqa karikaturaçıların yanına, həbsxanaya göndərilib?

Naşirlərim məni nahara aparırlar. Yazıçılarla nahar həmişə qumar kimidir: Uzaqdan daha yaxşıyıq, nəinki yaxından. Kağızda daha yaxşıyıq, nəinki gerçək həyatda. Nahar isə qəşəng keçir, fransız yazıçıları haqda bəzi şayiələri öyrənirəm.

Axşam oteldə uşaqlarımın göndərdiyi email-i görürəm: “Bichon Frisé cinsindən it alırıq!”

Londona qayıdanda it yerinə zəng edirəm. Hələ də it almaq fikrinin əleyhinəyəm. İtlərlə məşğul olan qadına yazıçı olduğumu deyirəm. “Pis deyil,” - o cavab verir. “Ən azı evdən işləməlisən.”

Evdə bağçamız olub-olmadığını soruşur. Yoxumuzdur. Qadın məyusluğunu gizlətmir. Yox, bağçası olmayan adama it verə bilməyəcəyini deyir.

“Eybi yox” – “Bichon Frisé” itlərinə layiq olmadığımızı deyəndə qızım cavab verir. Onsuz da onlar fikirlərini dəyişiblər, “Cavalier King Charles Spaniel” istəyirlər.

Gecə kitab oxuyuram. Bir neçə günə  Swiss TV-nin aparıcısıyla görüşəcəyəm, içimdəki tərki-dünya isə üsyan edir, pəncərələri bağlayır və indi yalnız yazmaq istəyirəm. /oxuzali.az/

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.