Kənan Hacı - Şəxsiyyət vəsiqəsi olmayan adam
29.04.15

Amerikalı Samuel Lenqli buxar mühərriki ilə işləyən uçan aparatı icad etdi və həmin aparatla yalnız 36 metr məsafə qət edə bildi. Ona qədər insan göyə ancaq uçan xalçalarla “səyahət” edə bilirdi. Bu 36 metrlik sıçrayışda insanın əli ilk dəfə göyə çatdı. Amma onlar hələ dəcəl oğlan uşağının ağacın başına dırmaşandan sonra yerə düşə bilmədiyi kimi, aşağı enməyi bacarmırdı. Rayt qardaşlarının taxtadan düzəldilmiş təyyarəsi isə bu məsafəni 260 metrə qədər uzatdı və beləcə, Andersenin, Jül Vernin qəhrəmanları kitabdan çıxıb həyata gəlməyə başladılar.

Texniki tərəqqi inkişaf etdikcə insanın xəyalları gerçəkləşməyə başladı. İndi robotlar insandan heç nəylə seçilmir, onun əvəzinə düşünür, hərəkət edir, hətta, deyilənə görə, roman da yaza bilir. Amma bu, təzə hadisə deyil. Makedoniyalı İsgəndərdən sonra dünyanın ikinci zəka və hərb möcüzəsi sayılan Qədim Roma imperatoru Yuli Sezar iyirmi üç bıçaq zərbəsiylə öldürüldükdən sonra onun dəfnində insanları heyrətə gətirən bir olay yaşanmışdı. İmperator tabutda bir böyrü üstən o biri böyrü üstə çevrilmişdi. Sezarın silahdaşlarından olan Antonio, xalqı onu öldürən sui-qəsdçilərə qarşı qaldırmaq üçün imperatorun mumiyasını düzəltdirmişdi və onu qurğu ilə hərəkətə gətirmişdi. Sezarın dəfn mərasimində yaşanılan bu olay tarixə məlum olan ilk robot adam örnəklərindən biridir.

Hələ 1206-cı ildə Diyarbəkirdə Əl-Cəzəri tərəfindən yazılan “Kitabül-xəyal” əsərində insan şəklində robotların necə düzəldildiyi və işə salındığı haqqında məlumat verilir. Onun kitabında hərəkət edən insan fiqurlarının rəsmləri öz əksini tapıb. Bir-birinə şərab təklif edən iki şeyx, əllərindəki kasalara içki süzən insanların olduğu qayıq, fil üstündə səyahətə çıxan adam və sair. Türk şairi və esseisti Sunay Akın “Ay hırsızı” kitabında bu haqda daha ətraflı bilgi verir.

Həm hərəkət edən, həm düşünən robot adamı isə ilk dəfə macar əsilli Volfqanq Ritter von Kempelen yaradıb. Onun 1769-cu ildə yaratdığı robot adam masa arxasına keçib və qarşısındakı canlı insanla şahmat oynayıb. Kempelen imperatriça Terezanın dəstəyilə yaratdığı bu varlığa “Şətrənc oynayan adam” adını verib. Çoxları Kempeleni sehrbaz zənn etmişdi. Festivallarda, yarmarkalarda nümayiş etdirən “Şətrənc oynayan adam”ı görmək üçün axın-axın insanlar gəlib onun tamaşasına dururdu. Bu robotu görənlər arasında alman şairi və mütəfəkkiri Höte də vardı. Həmin vaxt bu mexaniki varlığı Amerikaya aparmışdılar, Edqar Allen Po onu görüb heyran qalmışdı və bu möcüzə haqqında yazı yazmışdı. Bir gün insanların alın yazısı dedikləri tale sehrli şahmatçını yandırıb külə döndərdi. O, Çikaqodakı təsadüfi yanğın nəticəsində “ömrünü” başa vurdu.

Amma bu robot adam canlı insanı üstələyə, onu bütünlüklə əvəz edə bilmədi. Ayzek Əzimovun qəhrəmanına çevrildisə də (“Robot adam” romanı), vətəndaşlıq hüququ almaq ona qismət olmadı. Amerikalı rejissor Kris Kolumbus çox sonralar bu romanın motivləri əsasında eyniadlı film də çəkdi və bu film “Oskar” mükafatını qazandı. Texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə ata son model robot alıb evinə gətirir, robot tezliklə ailənin bir üzvünə çevrilir, düşünür, onların sevincini, kədərini paylaşır, evdə canlı insan kimi yaşamağa başlayır. Əsərin qısa mövzusu budur. Amma bu robot adam kitabdan çıxıb həyata gələ, şəxsiyyət vəsiqəsi ala bilmir. İnsan zəkası göyləri fəth etməyin yollarını axtarıb tapsa da neçə yüz illərdir, bu robot adama can verə bilmir. Çünki bu səlahiyyət yalnız və yalnız Tanrıya məxsusdur.

Antiutopik romanın ustaları olan Corc Oruellin “1984”, Rey Bredberinin “451 dərəcə Farangeyt” əsərlərindən tanış olduğumuz monitorlar gerçəyə çevrildi, onların səbəbsiz günah hissindən əziyyət çəkən qəhrəmanlarını yataq otağında da izləyən kameralar insanların hərəkət azadlığını xeyli məhdudlaşdırdı. Amma Tanrı yaratdıqlarının şüurlusu olan insana alternativ insan yaratmaq qüdrəti vermədi. Cövhər onun xəzinəsindədir, bu cövhər Ruhdur. Buna görə də insan heç vaxt öz alternativini yarada bilməz. Məsləhət olsaydı, onu Tanrı yaradardı.

/"Aydın yol" qəzeti/

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.