Alpay Azər - Dilənçiyə təpik vurmağım
16.04.15

Artpress.az yazıçı Alpay Azərin “İrrasional” silsiləsindən 3 hekayəsini təqdim edir.


Piknikə niyə gedəmmədim?


Yazıçılarla bir yerdə meşəyə piknikə getməyə hazırlaşırdıq. Hansı ağılnansa universiteti bitirməyim və elmi dərəcəm haqqında diplomu da özümlə götürmüşdüm. Yolüstü qabağımda ilk çıxan mağazaya dəydim. Satıcıya:
– Xanım, olar, bunları sizdə qoyum, axşam on bir üçün, uzağı sabah səhər gəlib götürərəm.
Satıcı arvad  şübhəli-şübhəli mənə baxdı. Rusa oxşayırdı deyə, fikirləşdim yəqin bizim dili bilmir, rus dilinə keçdim:
– Ya pisatel, ne bespokoytes, xanım, ya pisatel, (Mən yazıçıyam, narahat olmayın, mən yazıçıyam).
Heç nə demədən əlimdəki paketi götürdü... Dərs dediyim Bakı Slavyan Universitetinin birinci mərtəbəsində, vestibüldə xeyli adam var idi, əksəriyyəti də şair və yazıçılar: Etimad Başkeçid, Qismət, Əsəd Qaraqaplan, Salam Sarvan. Düz vaxtında yetişmişdim, saat on bir idi, elə bu vaxt avtobusla Pirqulu meşəsinə yola düşməliydik. Mən bir az kənarda Kamal Abdullanı, Rəbiqə Nazimqızını və Seyfəddin Hüseynlini görüb onlara yaxınlaşdım, salamlaşdım. Birdən Rəbiqə nə desə yaxşıdı:
–  Kamal müəllim, bəlkə gedək konfrans zala, bir az ədəbiyyatdan danışaq.
–  Hə, niyə də olmasın, – Kamal müəllim etiraz etmədi.
Ürəyimdə Rəbiqəyə qarşı nifrət və qarğış vulkanı püskürdü: “Rəbiqə, heç hənanın yeridi? Səni görüm ömürlük piknikə, restorana həsrət qalasan!!!” Fikir verdim ki, Seyfəddin də Rəbiqənin bu yersiz təklifinə görə ürəyində ona qarğış edir. Amma rektorun Rəbiqənin təklifinə “yox” deməməsindən sonra nə edə bilərdik ki.
İkinci mərtəbədəki konfrans zalına daxil olduq, zal tələbələrlə dolu idi. Kamal müəllim mühazirəsinə başladı. Qol saatıma baxdım, on ikiyə on beş dəqiqə işləyirdi, yüz faiz avtobus yola düşmüşdü. Seyfəddinə baxdım, narazı-narazı başını tərpətdi: yəni “Ay Rəbiqə, işləri korladın”. Yanımda oturan tələbə isə tez-tez Kamal müəllimə sual verir, fikir bildirirdi. Dərs dediyim tələbə deyildi deyə, deyəmmirdim ki, ay bala, bu seminar deyil, e, mühazirədi, seminarda özünü göstərərsən.
Seyfəddin Hüseynliyə göz vurdum ki, dəhlizə çıxsın. Sanki bunu gösləyirmiş kimi, tez ardımca konfrans zalından çıxdı.
– Gördün də bu Rəbiqənin hərəkətini. Adamın heç yuxusuna girməz belə şey, – dedim.
– Demə-demə.
– Qəribə adamdı e. Guya Pirquluda ədəbiyyat söhbəti eləmək olmazmış, mütləq gərək konfrans zalında olmalıdı söhbət.
Seyfədinin maşınına oturdum, oturmazdan əvvəl oturacağın üstündəki jurnalı götürdüm. İlk səhifədəki şeirləri oxumağa başladım. Əndrəbadi, çətin başa düşülən, el dilində desək, post-modernist şeirlər idi. Müəllifin adı, soyadı yadımda deyildi, amma hansısa o qədər də məşhur olmayan Qərb şairiydi. Altda isə yazılmışdı: Tərcümə edəni: Seyfəddin Hüseynli.
– Mən yazmamışam, tərcümə eləmişəm, – maşını sürə-sürə gözünü yoldan çəkməyən Seyfəddin dedi.
–   Ay Seyfəddin, kor deyiləm, görürəm.
Seyfəddin qəfil əyləci basdı və zərbə məni maşının şüşəsinə çırpdı, şüşə sındığından çölə atıldım. Bu zərbənin təsirindən isə ayağımla yorğanı itələyib üstümü açdım...

15 - 23 mart, 2015, Bakı



Kəramət Böyükçölün oxşarı

Toyda Kəramət Böyükçöl çox içəndə qəribə rəqs edir, – əllərini qaldırır, endirir, gözlərini arada yumur, sanki ətrafındakılardan təcrid olur.
Bu dəfə də toyda bir nəfər eynilə onun kimi rəqs edirdi, deyəsən, o da çox içmişdi. Kəramət özü, mən, Şərif Ağayar, Cavid Zeynallı, bir neçə yazıçı dövrə yaradıb rəqqasa, arada isə oğrun-oğrun Kəramətə baxırdıq. Məni, elə o birilərini də gülmək tutmuşdu. Şərif Cavidin qulağına dedi: “Bu dəyqə Kəramət buna bir təpik vuracaq”. Kəramət bu vaxt ortaya girib həmin adamla bir yerdə həmişəki kimi rəqs etməyə başladı. İki nəfər eyni cür rəqs edirdi. Hamı qəhqəhə çəkib gülməyə başladı. Öz gülüşmə səsimə yuxudan oyandım.


9 iyul, 2012 – 2 yanvar, 2015
Bakı-Ankara təyyarəsi (AZAL)  – Bakı




Dilənçiyə təpik vurmağım

Qapı döyüldü, ayağa durub qapını açdım. Başıbağlı, ortayaşlı, qucağında hardasa iki-üç yaş arasında uşaq olan dilənçi qadın idi.
– Ay qardaş, mənə kömək elə, bu yetim uşağa kömək əlini uzat. Allah sənin....
– Dayan, – deyib otağa qayıtdım.
Şalvarımın cibindən iki manat götürüb qayıdıb qadına uzatdım. Dilənçi pulu götürüb təşəkkür elədi:
– Çox sağ ol, ay qardaş. Mən həm də şairəm, olar bir şeir oxuyum? – və cavab gözləmədən şeir oxumağa başladı:

Mən həyatı sevirəm,
Gecə-gündüz sevirəm.

–  Saxla, lazım deyil davamını demək, – sözünü kəsdim.
Nə etsə yaxşıdı, üzümə tüpürdü, mən əvvəlcə çaşqınlıq içində geri çəkildim.
– Nə!!! – nərə çəkib bunun qarnına bir təpik vurdum.  Elə zərbəni vurmaqla üstümdəki yorğanı açdım.

7 – 25 mart, 2015
Bakı



Metroda

“İçərişəhər” metrostansiyasının qarşısında atamı gördüm, bir yerdə metroya girdik. Atam qaçıb vaqonlardan birinə mindi, mənsə yaxınlaşanda qapılar bağlandı və qatar yola düşdü. O birisinin gözləməyə məcbur oldum. Bu vaxt iki yeniyetmə oğlan relslərin arasına hoppanıb bir-birinin ardınca addımlamağa başladılar. Bir də gördüm qatar artıq platformaya girir, oğlanların ikisi də cəldliklə relslərin arasından çıxa bildi. Hamı, mən qarışıq xatakar uşaqlara tərəf qaçdı. Sevindim ki, bu uşaqları relslərin cərəyanı vurmadı. Mən yenə qatara minə bilmədim.
Yenə növbəti qatarı gözləməyə, tez-tez tunelə baxmağa başladım. Uzaqdan iki işıqlanan göz gördüm. “Tez gəl, tez gəl,” – deyinirdim, heç özüm də bilmirdim niyə tələsirəm. Bu vaxt yenə hardasa dördüncü-beşinci siniflərdə oxuyan iki oğlan relslərin arasında hoppandı. Yenə çaxnaşma düşdü, millət qışqırmağa, səs salmağa başladı. Qatar artıq platformaya girmək üzrəydi. Uşaqlardan biri cəldliklə ordan çıxdı, o birisi də çıxmaq istəyəndə artıq platformada çömbələmə oturan dostu onu itələyib yenidən relslərin arasına saldı. Camaat “relslərin arasına uzan!” qışqırmağa başladı. Oğlan ayağa durub yenə relslərin arasından çıxmağa cəhd edəndə, onu cərəyan vurdu. Gözlərimlə çırtaçırt səsini, bu uşağın yanmasını, bədənindən qalxan tüstünü gördüm. Amma nədənsə burnuma yanıq iyi gəlmirdi. Dalınca qatar gəlib üstündən keçdi. “Əcəb oldu sənə, ay uşaq! Gəbər! Əcəb oldu, dostun səni itələdi relslərin arasına. Bəs ora hoppananda bilmirdin ki, gəbərə bilərsən?” Bir sözlə, ürəyimdə bu cür sonluğa dəhşətli dərəcədə sevinirdim. Elə sevindim ki, axırda yuxudan oyandım.


24 mart - 6 aprel, 2015
Bakı


Qeyd: Hadisələr real yuxular əsasında yazılıb.

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.