Əli Şirin Şükürlü - Ev özünə qayıtmaqdır...
03.04.15

Artpress.az Əli Şirin Şükürlünün "Ev" essesini təqdim edir.

(“Dünyaya yeni baxış” fəlsəfi essedən bir movzu)

   Movzuya bəzi həndəsi fiqurların qısa şərhi ilə başlayaq və bu şərhin nədən bizi cəlb etdiyini bir azdan anlayacağıq. Düz xətt parçalarına ayrıca nəzər salsaq bir çox mənalara çıxa bilərik. Lakin bizi hazırda maraqlandıran məsələ düz xətt parçaları üzərində düzüm nəticəsində alınan həndəsi fiqurların estetik-fəlsəfi görüntüləridir.

   Düzbucaqlı. Qarşı tərəfləri paralel və bərabər, tərəflər arasında bucaq düz bucaq (90 dərəcə) olan dördbucaqlıdır.

  Düzbucaqlı paralelepiped. Oturacaqları və yan üzləri düzbucaqlılardan ibarət, yan tilləri oturacaqlara perpendikulyar çoxüzlü həndəsi fiqurdur.

  Göründüyü kimi dörd düz xətt parçasının müəyyən qayda ilə nizamlı düzümü sayəsində yeni həndəsi fiqur olan düzbucaqlı alınır. Düz xətt parçaları səpələnmiş şəkildən nizamlı düzüm nəticəsində düzbucaqlıya çevrilir. Nizamlılıq xaosu bir harmoniya halına gətirir. Yeni düzümdə daha estetik görünüşdə yeni fiqur meydana gəlir.

   Anoloji qayda ilə düzbucaqlıların müəyyən qayda ilə nizamlı birləşməsi nəticəsində paralelepiped alınır; həm formaca, həm də estetik görünüşü ilə fərqlənən yeni həndəsi fiqur.
   Bu həndəsi fiqurlara xas nizamlı düzüm, simmetriya onlara müəyyən estetik görüntü verir ki, həyatda bu fiqurların analogiyasına tez-tez rast gəlinir; pəncərə, qapı, otaq, bina.

   Həndəsi fiqurlarda estetik görüntü öz yerində, amma bu fiqurlarda digər fəlsəfi mənalar da gizlənir. Yetər ki, elmi informasiyadan fəlsəfi düşüncə müstəvisinə keçid edəsən dürlü mənalar əxz olunsun. Qeyd etdiyimiz həndəsi fiqurlar çərçivə, təcridolunma, məhdudiyyət, qapalılıq anlamını da verir.

   Pəncərə - havadır, işıqdır, genişliyə tuşlanan bir kameradır düzbucalı şəklində. Həm də dünyanın dordbucaqlı mənzərəsidir. Canlı şəklidir dünyanın bir parçasının. Cərçivəyə salıb ayırır o parçanı bütov dünyadan – təcrid edir. Təcridedilmədə azalır dünya, yalnız bir hissəsini göstərir pəncərələr. Eynən insan idrakı kimi.

  Qapı – girişdir, çıxışdır. Görüşdü, ayrılıqdı qapılar. Həsrət var, vüsal var, sevgi var, nifrət var həm də qapılarda. Təcridolunma vasitəsidir qapı – həm çoxluqdan, həm də azlıqdan. İnsanın özündən çıxış yoludur qapılar.

   Otaqlar eynən paralelepipedi xatırladır. Eynən bu fiqura xas həndəsi ölçülər üzərində qurulur otaqlar. Otaq bir hissəsidir evin.

   Ev – rahatıqdı, daldalanmaqdır, genişlikdən ayrılmaqdır, özünə qayıtmaqdır.

Qapalı məkandır ev. Çoxluqdan təcridolmadır, azalmadır. Azadlıq, sərbəstlik, intimlik var evlərdə. “Evə getmək istəyirəm” – deyər adam; özünə qaçar.

   Qapalı məkandır ev. Azlıqdır, çoxluqdan təcridolunmaqla darıxmaqdı, sıxılmaqdı qapalılıqda. Genişlikdən ayrılmaqdı, sonsuzluğa susamaq var evlərdə, azadlıq həsrəti gizlənir evlərdə. “Harasa getmək istəyirəm” – deyər adam; öz əlindən qaçar.

   Həbsxana – qapalı məkandır; öz əlindən qaça bilmir məhbus, həm də qurtula bilmir çoxluqdan.  “Gedə bilmir evə”, gedə bilmir “ev”dən. Hər iki üzdən bağlıdır qapılar azadlığa.
   İki üzü var “azadolma”nın: çoxluqdan qaçarkən “evə üz alar adam”, özündən – təklikdən qaçarkən “evdən gedər”, coxluğa, genişliyə üz tutar. Azadlıq – insanın istənilən an özündən gedişi və istənilən an özünə qayıdışıdır. Bu gediş-gəlişlərdə amma yarımçıqdı azadlıq. Bir yol var tam azadlığa, biristiqamətlidi o yol və üz alaq o Yola.

   Yol. Dünyanın yeni fəlsəfi modelinə (Ə.Ş.Şükürlü..“Dünyaya yeni baxış” fəlsəfi esse) bir daha nəzər salaq. Tələb – Düşüncə - İstək birgəliyinin məhsulu Dünya – Evdir ilkin olan T-yə. İstənilən an Evdən gedər – bu gedişlə də Dünyanı örtük olaraq soyunar. İstənilən an Evə gedər – bu qayıdışla yeni Dünya qurar. Başdan-başa sonsuz azadlıq olan T yaratdığı Dünyanı sonuca itələməklə yeni “dünyaqurma”ya hazırlaşar daima. (Elə bu səbəbdən də fanidir dünya). T-nin zərrəsi – insanda məskunlaşan t də daim “azadolma” istəyində çırpınar. Azad olmaq naminə gah çoxluğa üz tutar insan, gah da azlığa və bu çırpnıtı yalnız sonucda – bədən adlı “uniformanı soyunarkən” sona çatar. Tam azadlıq başlayar.    
   
   Azadlığınız tükənməsin, hər iki üzdən açıq olsun qapılarınız!  


"Avanqrard" ədəbiyyat
və mədəniyyət jurnalı

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.