Aqşin Yenisey - Qadın kərgə(r)danlğının (g)özəlliyi
18.03.15

İndi bir-birinin ətini yeyən xaxol və rus xalqının gələcək arzularını öz həyat və yaradıcılığında birləşdirən pedaqoq Uşinskinin didaktikasının əsas ideyası bu idi: “öyrənməyi öyrətmək”. O, bu fikirə o vaxt Amerikada nəşr olunan təhsil jurnallarını oxuyandan sonra gəlmiş və Rusiyada da okeanın o tayında olduğu kimi, xalq təhsilinə üstünlük verilməsi işinə girişmişdi.
İllər keçdikcə Qərb universitetləri, elmi-tədqiqat mərkəzləri bu cür müxtəlif elmi-pedaqoji, psixoloji təcrübələri cəmiyyətin ümumi həyatına tətbiq etməyə başladılar. İş o yerə çatdı ki, mənəvi gözəlliyini mentalitet çadrasına bürüyüb eybəcərləşdirən, yaxud eybəcərliyini mənəvi gözəlliyin məhrəmliyi adı altında gizlədib ört-basdır edən ölkələrdən fərqli olaraq, Almaniya, Fransa, İtalya kimi ölkələrin universitetləri araşdırmalarının ağzını artıq məişət hadisəsi olmaqdan çıxıb, ictimai, hətta cinayət hadisəsinə çevirilən ər-arvad münasibətlərinə döndərdi və kişilərə evdəki məişət əzrayıllarına deyilməsi məsləhət olmayan mətləblərin siyahısını tərtib etdi. Yəni ər-arvad qırğınlarını məişətin yox, elmin probleminə çevirdi. Məsələn, bünövrəsi səkkiz əsr bundan əvvəl kasıb övladlarının oxuması üçün qoyulmuş Sarbonna universitetinin alimlərinin kişilərə verdiyi nəsihətlərdən biri belədir: “Əgər qulağınızın dinc olmasını istəyirsinizsə, arvadınıza deməyin ki, iş yoldaşınız hamilədir”. Nəsihətin təfsirində yazılır ki, bu kəlməni deyən kimi arvad evdə təkbaşına istintaq komissiyası yaradacaq. Ərindən şübhələndiyini büruzə vermədən əsl xəfiyyə soyuqqanlılığı ilə sorğu-suala başlayacaq. Kimdən hamilədir, axı o, ərindən ayrı yaşayır? Uşaq neçə aylıqdır? Oğlandır, ya qız, UZİ-yə nə vaxt baxdırıb? Neçənci uşaqdır? Sən nə üçün işdə özgə arvadlarının qarnına baxırsan? Baxmırsansa, hardan bilirsən hamilədir? Özü deyibsə, nə üçün məhz sənə deyib? Hamilədirsə, cəhənnəmə hamilədir, sənə nə isti-soyuğu var? Bəyəm sən mamaçasan, ya dayəsən? Öz uşaqlarına atalıq etdin, qaldı xalxın uşağı? İndi mən sənə desəm qonşu kişinin filan yeri belədir, xoşuna gələr?

Sonu apokaliptik nəticəyə aparan belənçik suallarla dalbadal zərbələr alan kişi özünü itirir. Məcbur olur ki, çaşqın halda uşağın ondan yox, iş yoldaşının öz ərindən olmasını etiraf etsin...
Sözsüz ki, heç bir arvad belə yersiz etirafa inanmaz. O, indi peyğəmbər Lutun arvadının ərinin dininə inanmayanlara qoşulub Əshabi-kəhf mağarasına qaçmasından tutmuş, madam Bovarinin quşbeyinliyinə kimi o qədər fakt sadalayacaq ki, axırda kişi arvadı yola gətirməkdən ötrü olmayan həqiqəti boynuna alacaq, yəni doğulacaq uşağın iş yoldaşının ərindən yox, özündən olmasını təzyiq altında etiraf edəcək. Əsl mərəkə - uçan boşqablar, boşanma ultimatumları, xəyanət hədələri də bundan sonra başlayacaq, bura qədərki söz-söhbət, sadəcə, dava-dalaş üçün kiçik bir ayaqyeri idi.

Avropa universitetlərini bəyənməyən kənddəki əmim isə kişi-qadın münasibətləri mövzusunda qatqısız türk-müsəlman kişisi kimi düşünür. Deyir ki, arvad erməni kimi bir şeydi; zülm etməsən, layiq olmadığı azadlığı tələb edəcək, azadlıq versən, nankor çıxıb zülm etməyə başlayacaq. Odur ki, hər il avqustun 24-də Andronikin qulağı kəsilən gün arvadını döyür. Həmin gün evdə əsl erməni-müsəlman qırğını düşür. Otuz ildir beləcə şad-xürrəm ailə həyatı sürürlər. Arvad bilir ki, evdə deyindi-deyinmədi avqustun 24-ü onun beynəlxalq döyülmək günüdür, Əmim də vərdiş edib ki, işi oldu-olmadı, harda olsa evə gəlib avqustun 24-də arvadı əzişdirməlidir. Odur ki hər il avqustun 23-ünü “8 mart” Beynəlxalq Qadınlar günü kimi keçirib, ər-arvad səhəri gün üçün hazırlaşırlar; arvad kötəklənməyə, kişi kötəkləməyə. Və maşallah, ilin qalan günlərindəki mehribanlıqlarına, oğul-uşağa verdikləri tərbiyəyə görə bütün kənddə başlarına and içirlər. Əmimin özəl ailə fəlsəfəsi var; o bütün il boyu arvadının deyingənliyinə, dır-dırına kişi kimi mərdi-mərdanə dözür, cırtqozluq edib hər gün evə qanqaraçılıq salmır. Bütün hirsini-hikkəsini çinədanına doldururub arın-arxayın avqust ayını gözləyir. Elə ki avqustun 24-ü oldu kişi səssiz-küysüz, əsəbiləşib eləmədən arvadı eşşək sudan gələnəcən əzişdirir. İnsafən yoldaşı da başadüşən zənəndir, bir dəfə başını qaldırıb, etiraz eləmir, çığır-bağır salıb qonşuları həyətə yığmır. Çünki bilir ki, ildə bir gün – 24 avqust - kişinin günüdür, qoy nə qədər istəyir, kötəkləsin. Sabahdan, onsuz da, yenə hökmranlıq onun əlinə keçəcək. Bir də görürsən, avqustun 24-də əmim yas çadırında qəfildən ayağa qalxıb mollaya deyir: “Molla, bir fatihə ver, mən gedim”. O dəqiqə hamı bilir ki, kişi məclisi niyə tərk edir. Beləcə, otuz ildir bu ər-arvad özlərinin yazılmamış külfət qanunları ilə firavan yaşayırlar. Nə universitet araşdırmasına ehtiyacları var, nə psixoloq müalicəsinə.

İndi yenə baxaq görək Qərb alimləri nə deyir: “Heç vaxt həyat yoldaşınıza deməyin ki, əzizim, deyəsən, bir az kökəlmisən”. Bax bu əla kəşfdir. Arvada belə söz demək olar? Cəhənnəmə ki, qoy lap kərgədan boyda olsun, nə işinə qalıb? Arvadın işi elə yeyib enə verməkdir. Arvad ki nərmə-nazik oldu, min cürə xərci, xəsarəti çıxacaq. Bunun pedikürü var, manikürü var, masajı, gözəllik salonlarını gəzməyi var, hamısı da bir ətək pul tələb edir. Nərmə-nazik arvada ayda bir dəfə yemək bişirtdirə bilmək, bizim universitetlərdə rüşvətsiz və tapşırıqsız “kafi” almaq qədər işgəncəlidir.

Kökəlmiş arvad, inkişaf etmiş ölkə kimidir, bütün günü seriala baxıb, ət qaynadacaq, kələm doğrayacaq. Nə pedikür, nə manikür? Masaj lazım olanda da evin ortasına uzanıb uşaqlardan birinə belini tapdalatdıracaq. Hamısı da havayı. Nə qədər çoxyeyən olsa da, bişirdiyi kəllə-paçadan sənə də bir boşqab çatacaq, yəqin.

Əmim olduğuna görə demirəm, ancaq mən də Qərb alimlərinin nəzəri proqnozlarının yox, o kişinin təcrübi nəticələrinin tərəfindəyəm; qadını elmin, fəlsəfənin, ədəbiyyatın probleminə çevirdikcə, həyat ağırlşır və bu lazımsız ağırlığı daşımaq üçün onlara kişi yox, yumşaq desək, eşşək lazımdır. /citytv.az/

Yenililklər
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.