Turan İsayeva - Bəs hansı qadınların günü?
04.03.15

Hər il xüsüsi nəvaziş və diqqətlə qeyd etdiyimiz 8 mart Beynəxalq Qadınlar günün yaranma tarixçəsi hər kəsə maraqlı və  bir o qədər də müəmmalıdır. 8 mart qadınlar günü - Bəs hansı qadınların günü?

Əməkçi qadınların günü olaraq başlayan və illərdir müxtəlif ölkələrdə, müxtəlif dərəcədə qeyd olunan bu xüsusi gün illər keçdikcə öz əsas anlamını itirdi və qadınların hədiyyəyə olan marağının qurbanı oldu.

Danimarkanın paytaxtı Kopenhagendə 26-27 avqust 1910-ci ildə bir fabrikdə baş verən yanğın hadisəsi nəticəsində 129 qadın işçinin can verməsi, əməkçi qadınların xatirəsinin anılma günü olaraq, 2- ci Beynəlxalq qadınlar Konfransında Almanya Sosyal Demokrat Partiyası başçılarından  Klara Zetkinin təklifi üzərinə 8 mart həmin əməkçi qadınların anım günü olaraq qərara bağlanıb. İlk illərdə bəlli bir tarix dəqiqləşdirilməsə də hər il baharda qeyd olunan bu gün, 1921-ci ildə Moskvada baş tutan 3-cü Beynəlxalq qadınlar konfransında tarix 8 Mart olaraq dəqiqləşdirildi (Dünya Əməkçi Qadınlar Günü). Birinci və  İkinci dünya müharəbələri arasında bir çox ölkənin qeyd eləmədiyi bu rəsmi gün, 1960 – cı illərin sonunda ABŞ –da qeyd olunmağa başladı. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, 16 dekabr 1977-ci ildə isə 8 Martın  “Dünya Qadınlar Günü “ olaraq adlandırılmasını qəbul etdi.
  
O vaxtdan bütün ölkələrdə qadınlar 8 Mart gününü, həmçinin sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər.  Azərbaycan müstəqillik əldə etdikdən sonra 8 mart istirahət günü kimi qeyd olunur.
8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.

Lakin, 8 Mart bugün Azərbaycanda anlamından çox - çox uzaqda fərqli bir məna daşıyır. Əməklərinin, hüquqlarının günü deyil də xüsusi nəzvaziş və  “hədiyyə” günü olaraq gürülər bu günü. Hüququnu tanımayan qadın şiddət görəcək, şiddət görən qadın qorxacaq, qorxan qadın sözünü deyə bilməyəcək. Nə haqlarını tanıyacaq nə də ilin bir günü belə olsa  qayğı, nəvaziş görəcək. Klara Zetkin hər ilin bu günü bizə hədiyyələr alın, ilin bircə günü bizi xatırlayın deməmişdi. Zetkin ədalət,haqq tələb edirdi. Qadın hquqlarını tanıtmağa,cəmiyyətdə qadına yer ayırmağa çalışırdı. Və o bunu bacardı.Bəs bu dövrün qadınları o fədakarlıqla əldə edilən bu günün dəyərini anlayırmı?

Azərbaycan Bakıdan və bir neçə böyük şəhərlərdən ibarət deyil. Bunun kəndi var, qəsəbəsi var, şəraitsiz, kasıb evlərdə  4-5 uşaq böyüdərkən qadınlığını unudanı var, döyüləni, söyüləni var. 8 Mart hansı qadınların günüdür ? Bahalı şubalarla hər gün bahalı hədiyyələrlə gününü keçirən qadınlarınmı yoxsa kənd və qəsəbələrdə, şiddətə məruz qalan Klara Zetkinin dövründə qalmışcasına haqq, hüquq sahibi olmayan qadınlarınmı ?  Hələ də belə istisnalar mövcud olan bir cəmiyyətdə kimin “bayramını” qeyd edirik? Gender bərabərliyindən dəm vuran xalqın yüzlərcə qadını adət-ənənə qurbanıdır. Hələ də bu ölkədə gəlinlər sevinərək yox (məcburi), ağlayaraq gedirlər ər evinə.

8 Mart sevib sevilərək evlənən yox, gözüyaşlı qadınların günüdür, 8 Mart holdinglərdə müdirə xanımların yox, təmizlikçi qadınların günüdür. 8 mart bədəni şiddətdən göyərmiş qadınların günüdür.8 mart mədəni,mənəvi,sosyal-iqtisadi,hüquqi baxımdan bütün dünya qadınlarının həmrəylik günüdür.

Yenililklər
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.