Etibar Salmanlı Amerikadan yazır - Bağlanan saytlar
04.03.15

Guya ədəbi amma ki, elə-belə sayıqlamalar

Monitora yaxın otur, dost.

Yəqin düşünürsən ki, Etibar əvvəllər bərk gedirdi Amerikaya gedəndən sonra isə öz sürət qutusunu N (neytral)-ə keçirib, sakitləşib.

Özüm ölüm deyirəm ki, elə deyil.
Mən də burada oxuduğum kitablardan ayda-ildə bir yazı yazıb kultura.az və yaxud Bakıda rəhmətə getmiş ancaq Praqa komada olan Azadlıq radiosunun “Oxu Zalı”nda çap etdirə bilərəm.

Məsələn mən də son oxuduğum Soljinitsinin əsəri haqqında “Soljenitsinin “Birinci çevrədə” əsərinin fəlsəfi aspektləri” adlı bir yazı yaza bilərəm. Amma yazmıram. Niyə? Sonra bilərsiz.

***

Bu günlərdə eşitdiyim bir xəbər mənə çox pis təsir elədi.

Biznes baxımından rentabelli hesab edilmədiyi üçün bir neçə sayt bağlanıb.
Bu günə qədər rentabelli hesab edilirmiş “anidən” görüblər ki, uydaa sən demə rentabelli deyilmiş.

Şair bu yerdə deyir ki, götür rentabelini də get o yanda oyna, zəhmət olmasa.

Bağlanan saytların bir dənəsi  çıxmaqla heç biri yanan barmağa xeyri olmayanlar idi.

Məsələn “pornom.az” saytı bağlanıb çox da mənim daşkəsəndə daş kəsən dostumun kəsdiyi daşa ki.

Ya da hansısa qlamur  xarici saytın qlamur bir xəbərini tərcümə edərək çap edən əsəblərinizizorlayanoid.az-ın kimə nə dəxlisi.

1937.az-dan danışmaq istəmirəm, həvəsim yoxdur.

Həvəsim olanda geniş yazı yazaram.

Belə saytlar olmasa da olar.

Səxavət Sahilin “adminliyini” etdiyi avanqard.net indiki artpress.az aylardır biznes baxımından rentabelsiz işləyir. Bu gün də beş-on manatı saymasaq gəlirsiz işləyir. Bağlanan idisə o sayt çoxdan bağlanmalı idi. Niyə bağlanmadı? Səxavətdən soruşun.

Yazıya üç ulduz qoyub yeni bir başlıq açaq.

***

Kulis.az bağlanıb.

Bundan böyük  zərbə olmazdı olmayan ədəbi sahəyə və yaxud kitab sahəsinə.

Bir az geriyə boylanın.

Azərbaycanda “milli kitab mükafatı” var idi. Indi yoxdur.

Düzdür mükafatı hansısa Qaraqan alırdı ancaq yenə də var idi.

Və yaxud hansısa başı redaktorun hansısa dilvuranı üçüncü yoxsa ikinci yeri tuturdu. Indi tutmur.

Heç yoxdan yaxşıdır.

Ədəbiyyat sahəsi heç vaxt rentabelli olmayıb. Olmayacaq da.

Bilmirdiz?

Yox bilirdiz!

Axı siz Azərbentonitin media patroniçələri idiz …

Bilmədiyiniz heçnə yox idi.

Nə oldu birdən birə?!

Heç nə kulis.az bağlandı.

Nə isə.

Öz bostanınızdır özünüz bilərsiz nə əkdiyinizi, nə biçdiyinizi…

Kələm, pomidor, xiyar sizin. İstehsal edən də, istehlak edən də siz…

***

Yaşadığım əraziyə durmadan 2 aydır ki, qar yağır.

Hingham, Hull zonalarında okean dalğaları donub.

Amerikalı yaşlı insanlarla danışanda –  həyatlarında ilk dəfədir ki, belə hadisə ilə rastlaşdıqlarıyla eşidirəm.

Fevralda doğulmuş biri üçün soyuq qışdan gözəl nə var ki?

Heç nə!

Daha bir üç ulduz…

***

Bu barədə yazdığım statusumunun altında dostlar biri yazdı ki, “Etibar bəs sən nəyi bağlamısan?”

Cavabım o oldu ki, mən illərdir istifadə etdiyim http://www.etibarli.wordpress.com ünvanlı bloquma http://www.etibarli.net domainini alaraq bir növ rebranding elədim. Özü də yeddi-səkkiz min manata yox 11 dollara.

Hər zaman demişəm ki, wordpress.com və yaxud tumblr.com-da 150-200 dollara elə sayt nümunələri var ki, heç Azərbaycanda elə saytlar yoxdur. Vaxt və imkan olanda alaram sözümün doğruluğuna tamaşa edərsiz.

Özünüzdən muğayat olun əgər ola bilsəz.

Ps. Yazının sonunda isə bu günlərdə 40 yaşı tamam olmuş əziz dost, böyük qardaş Kənan Hacını təbrik edir, yeni-yeni əsərlər ən əsası isə cansağlığı arzu edirəm. Təbriklər “Big Brother”!

/etibarli.net/

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.