Musa Yaqub: “Həkimlər dərdimə çarə tapa bilmir”
25.02.15

“Bu dünyanın qara daşı”nın heç vaxt göyərməyəcəyinə inanan, “O əllər mənimki olmayacaqsa, öyrətmə özünü, öyrətmə mənə” deyərək, insanlara öyrəşib yanmaqdan qorxan sevilən şair Musa Yaqubun səhhətində problemlər yaranıb. Ev şəraitində müalicə alan şair səhhətindən danışıb.
 
 
- Necəsiniz şair? Eşitdik naxoşlamısınız, olmasın azar.


- Hə, üstünüzə sağlıq, halım o hal deyil. Çox taqətsizəm, yerimdən durub addım ata bilmirəm. Qızdırmam da yoxdur, amma çox halsızam. Düzdür, neçə vaxtdır, işə çıxmıram. Amma heç olmasa, bir həftə bundan qabaq həyətə düşürdüm, gəzib-dolanırdım. İndi vəziyyətim çox pisləşib.
 
- Bəs həkimlər nə deyir?


- Heç nə, gəlib baxırlar, müalicə yazıb gedirlər. Gah sistem qoşurlar, gah da iynə vururlar. Dərdimə dərman tapan yoxdur.
 
- Diaqnozunuz nədir?

- Heç bilirəm ki. Dərdimə çarə tapa bilmirlər. Heç nə demirlər, özləri də bilmir dərdimi.
 
- Bəlkə, Türkiyəyə, İrana gedəsiniz?


- Türkiyədə Anadolu Xəstəxanasında ağır əməliyyat olundum. Böyrəyimdə daş vardı, onu çıxardılar. İndi də deyirlər çıxarılan daşın yerində fəsadlar yaranıb. O əməliyyatdan sağ çıxdım e, amma indi səhhətim yaxşı deyil. Xəstəxanada da yata bilmirəm, elə evdə müalicə olunuram.
 
- Heç Yazıçılar Birliyindən zəng edənlər, sizə baş çəkənlər olur?

- Bir-iki dəfə zəng edib maraqlanıblar. Onlar neyləsin e bu xəstəliyə.
 
- Dostlar necə, gəlib-gedirlər?


- Əvvəllər çox gəlib-gedirdilər, getdikcə dostlar da seyrəlir. Elə ara-sıra zəng edirlər, əhvalımı soruşurlar, vəssalam.
 
- Yüz faiz əminəm ki, qələm əlinizdən düşməyib.

- Sözün düzü, yorulmuşam, xəstəlik məni həvəsdən salıb. Elə olur ki, günlərlə yazı-pozu barədə düşünmürəm. Amma hərdən yazıram. Bu yaxınlarda “Aydın yol” qəzetində silsilə şeirlərim çıxdı.  Bu xəstəlik canımdan çıxsa, təbim də özümə qayıdar. A qızım, can elə şeydir ki, ağrıyanda qələm də yadından çıxır.
 
- Bəs evdə sıxılmırsınız?

- Çox darıxıram. Çöl-bayır adamı olmuşam həmişə, evə sığışmıram. Amma neyləyim, canım ağrıyır. Yenə sağ olun ki, məni yada salırsınız, könlümü alırsınız, yoxsa, lap ürəyim partlayar... /publika.az/
 

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.