Aqşin Yenisey - Apokalipsisizmin kölgəsi
12.02.15

Ağlının ağırlığına dözməyib ağlar günə qalmamışdan qabaq özünü XVIII əsr Avropasında alovlanan inkvizisiya tonqallarının, kral müharibələrinin, aristokrat kütlüyünün içinə atan Nitsşe bağırırdı ki, Avropaya qəhqəhə çəkən aslanlar gəlməlidir. Volter gəldi və yataqda sevgililərinin kürəyinə söykədiyi vərəqlərə yazdığı satira dolu əsərlərlə mısmırıqlı monarxları əhliləşdirməyə başladı. Bu fəlsəfi-siyasi yumor çox keçmədən XV əsrdə Avropanı lərzəyə salan taun xəstəliyi kimi bütün qitəni bürüdü. Volterin gülüşü daha sonra dövlətlərin dindən ayrılıb konstitusiyayla nikah bağlamasına, insan hüquqları və azadlıqlarına, söz və fikir özgürlüyünə, elmi cəsarətə, nəhayət, Avropanın coğrafi qitədən, az qala, mədəni planetə çevrilməsinə gətirib çıxardı.
 
Üstündən üç yüz il keçməsinə baxmayaraq, bu gün də gülüşə güllə atan Şərqin şər-şəbədə əməllərinə istər-istəməz qulaq yoldaşlığı eləyən Azərbaycanda hamı kütləvi nevrozdan, ailəvi psixozdan, şəxsi cırtqozdan şikayətlənir. Kiminin sifətindən "ərəb baharının" səmum yelləri əsir, kiminin ağzından tələyə düşmüş qəzəbli rus ayısının köpüklü heliyi tökülür, kiminin cibindən azadlıq üçün verilmiş muzd qəbzi tapılır.
Üzlərdə ilişib qalmış gülümsəmələr keçmişə məxsusdu.
 
Dünya insanında işim yox, amma Azərbaycan insanının bu gün Maleviçin "Qara kvadrat"ını xatırladan qaraqabaq, küt çöhrəsinin müəllifi özü deyil, bu qaramat Şərq mədəniyyətində satiranın, yumorun yerini tutmuş cahil apokalipsisizmin kölgəsidir.
Öldürmək dəb, öldürülmək gündəlik məişət hadisəsinə çevrilib. Cinayət kəlməsi, az qala, arxaik protokol termini hesab olunur. Eramızdan əvvəl qisası şəxsi deyil, ictimai məsələ kimi müzakirə və mühakimə etmək haqqında qanun qəbul etmiş Roma hüququnun taxta çəkici yenə Furiyaların əlinə keçib.
 
Və belə bir vaxtda ədəbiyyat öz ulu ideallarını unudub cürbəcür dövlətlərin xüsusi xidmət orqanlarının törətdiyi həngamələrin təsirinə düşərək qorumalı olduğu ali mənəvi-bəşəri dəyərləri daha şiddətlə dağıtmaqla məşğuldur.
 
XX əsrin şöhrəti XXI əsrin əxlaqını pozub.
 
Utandığımdan mən də Füzulinin fəsinin altında, Nəsiminin taxta qılıncının qınında, Axundovun çinovnik mundirinin cibində gizləməyə məcbur olduğum indiki zamanda, çağdaş ədəbiyyatımızın yarıçılpaq şəklinə oğrun-oğrun baxanda yadıma rəhmətlik Tofiq Abdinin bir misrası düşür: "o qədər sevilmək istəyirdi ki, axırda fahişə oldu".
 
Ədəbiyyatın, bütövlükdə incəsənətin yumorsuzlaşması, qaşqabaq tökməsi birbaşa istedad yoxsulluğu ilə bağlıdır. Bu mənada müasir mədəniyyətimizdə aclıqdır. Yaradıcı mübarizənin tərkibində yumor, satira, lap belə vedrəbağlama yoxdursa, o, yaradıcı mübarizə deyil, yamyamların çiy ət uğrunda didişməsidir. Hətta tarixdə kəsdirdiyi başlardan qala ucaldan amansız Əmir Teymur da o vaxtkı Azərbaycan ərazisinə hücum edib qarşısını kəsən ilk dağın Ağrıdağ, o dağın ətəyindən axan çayın Əyriçay, o çayın sahilindəki kəndin Oğrukənd adlandırıldığını öyrənəndə gülərək təxminən belə demişdir: "Əyri, oğru, ağrı... bu nə ölkədi, ə?"
 
"Gülməli şey eybəcərliyin bir parçasıdır". Psixiatr Vladimir Levi bu sözlərlə gülüşü eybəcərliyin doğurduğu reaksiya anlamında izah edirdi. Əks halda, gülüş çöpəgülənlikdən başqa bir şey deyil. Bu əziz qoyun ilində bizim eybəcərliyə reaksiyamız isə daha beşbetər eybəcərlik olur. Ona görə də ağlamağımız faciə ərköyünlüyünə bənzəyir, gülüşümüz isə "Hollivud gülüşü" kimi dekorativ effektli olur.
 
Şərq ədəbiyyatı əzab tarixidir, Qərb ədəbiyyatı işgəncə. Ağrı Şərq şairinin içində, Qərb şairinin çölündə baş qaldırır. Biz daha əzab çəkməyi sevmirik, bizimki də artıq işgəncədir. Əzab mənəvi ağrıdı, işgəncə fiziki. Ona görə hüznlü yox, əsəbiyik, başdanxarabıq. Mənəvi ağrı insanı əsəbiləşdirmir, müdrikləşdirir, müqəddəsləşdirir. Mənim dediyim yumor hissi əzabdan doğur, yəni mənəvi ağrıdan. Toba, bizim mənəviyyatımızın daha heç yeri ağrımır, hisslərimizin gönü qalınlaşıb, ağrıyan ruhumuz yox, şələ daşımaqdan zoqquldayan bədənimizdir. Buna görə də bizim əzabımızın, məsələn, şerimizin dəyəri yoxdu, amma işgəncəmizə, tutalım, köşə köşşəkliyimizə, cəhənnəm, pis-yaxşı  zəhməthaqqı verirlər. /lent.az/

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.