Nərmin Kamalın - Nəsillər necə dəyişir?
23.01.15

Azərbaycanda xarici dili öyrətməyə "Sənin adın nədir", "Mənim adım filankəsdir" cümlələrilə başlayırlar.

Ancaq real həyatda, Azərbaycanın sərhədini keçəndən sonra, tanımadığınız əcnəbilərlə bir damın, bir buludun altında üz-üzə gələndə dialoq heç zaman o cümləylə başlamır. Dialoq bax bu cümləylə başlanır: "Hansı ölkədənsən?"
İstər ölkəni sev, istər sevmə, istər onunla fəxr et, istər utan, istərsə də özünün təklikdə dünya vətəndaşı olduğuna-ola biləcəyinə inan, bunların fərqi yoxdur, o an cavab verirsən: "Azərbaycandanam"...
Bu, sənin adın kimi bir şeydir. Adının nə olduğunu isə təsadüfi tanışlar ya axırda soruşacaqlar, ya da heç soruşmayacaqlar.
Adam buna görə özünü özəl adı olmayan, yalnız növünə görə tanınan bir botanik varlıq kimi hiss edir. Bu sualın birinci gəlməsində həm ədalət yoxdur, həm də var. Deyəsən, öz aramızda bir-birimizə çox fərqli görünürük, uzaqdan baxanlarsa elə də böyük fərq görmürlər. Biz özümüz də başqalarını belə tanıyırıq, "İngilis kirayənişin gəldi, indi yuxarıdadır, koreyalı bu saat çıxdı qapıdan".
Gözləyirsən ki, özün olaraq söhbətə girəsən, amma sənin yanına dərhal bizi də qoşurlar, biz - bütün azərbaycanlıların Azərbaycanda indiyəcən etdikləri, etmədikləri də gəlib sənin yanında dayanır o an. Odur ki, "Bizim millət belədi də", "Heç nə dəyişməyəcək", "Bizim camaat düzəlməz" deyən, qapını çırpıb uzaqlara gedən əziz dost, biz də səninlə gəlirik.
Tale - Dövlətmiş
Yayda bir xəbər yayıldı: Azərbaycanda ərzağın zənginləşdirilməsi qanunu üzərində iş gedir. Bu qanuna əsasən camaatın istifadə etdiyi un, şəkər, süd kimi məhsulların tərkibinə xüsusi maddələr qatılacaq.
Dadından hiss olunmayacaq, çünki söhbət bir tona bir neçə qram vitaminin, mineralın qatılmasından gedir, ancaq əhalinin inkişafında əhəmiyyətli irəliləyiş baş verəcək.
Həm şəkər, ürək, qanazlığı və s. xəstəliklərin qarşısı alınacaq, həm də millətin boyu hündürləşəcək, sifəti göyçəkləşəcək. Bunun üçün UNICEF ilə birgə tədqiqat aparılıb, 500 azərbaycanlıdan qan götürülüb, qan müayinə olunub, məlum olub ki, biz azərbaycanlılarda ümumən hansı vitamin, mineral, metallar lazım olduğundan azdır və bu hansı xəstəliklərə, yaxud eybəcərliklərə gətirir.
Onları tapıb əlavə edəcəklər qidamıza.
Bu qanun üzərində iş getməyən zamanlarda, hələ əhalinin dükandan alıb işlətdiyi unun, şəkərin, südün tərkibi belə innovativ şəkildə zənginləşdirilməyən vaxtlarda yaşamış çoxlu-çoxlu insanların ayrı-ayrılıqda həyat hekayəsini gözlərinizin qarşısına gətirə bilərsinizmi?
Deməli, bir kənd başdan ayağa zob xəstəsi, bir ailə nəsillikcə şəkər xəstəsi olub, cavan-cavan oğlanlar, qızlar balacaboy olduqlarını özlərinə böyük dərd ediblər, buna görə şəxsi həyatları, iş həyatları uğursuz gətirib, böyük-böyük şəcərələrin bütün üzvləri 40 yaşa çatmamış ölüb gediblər... Hər insan bir yorğan altında ağlayıb.
Onlar buna görə Taleyi, Qisməti lənətləyiblər. Halbuki, budur, Hadı Rəcəbli kimi bir millət vəkili qələmi götürüb kağıza imza atdı, məsələ xeyli dərəcədə həll olundu.
Deyir, suya yod qatdıq, - yüzillərin zob xəstəliyi kənddən əl çəkdi. Təsəvvür etdiyimizdən xeyli sadəymiş, dövlətin əlinə necə bir qüdrətli açar varmış. İnsan taleyi dediyiniz şeydə Dövlətin nə böyük rolu varmış!
Yeri gəlmişkən, o gün diş həkiminin qəbulunda bir jurnal vərəqləyirdim, rastıma çıxdı, əvvəllər yaponlar çinlilərdən hündür olublar, yapon dilində xüsusi ayama da var ki, "balacaboy çinli" mənasını verir. Ancaq son illərdə Çin hökuməti məktəblərdə uşaqlara pulsuz süd paylanması haqda sərt proqram həyata keçirməkdədir. "Mənim bir arzum var", - Çinin keçmiş baş naziri Wen Jiabao deyib, "hər bir çinli uşağı hər gün yarım litr südlə təmin edə bilək".
Nəticədə son statistikaya görə, çinlilərin yeni nəslinin boyu yaponları üstələyib. İndi yapon dilindəki həmin o ayamanı çinlilər işlətməyə başlayırlar yaponlara qarşı.
Millətin xəstəlikləri, boyu, ömür həddi kimi, intellekti, yaradıcılıq səviyyəsi, mənəvi keyfiyyətləri də dəyişilə və dəyişdirilə bilir.
Birdəfəlik verilib eyni cür qalan bir şey deyil.
Sürpriz yoxdur
Osmanlılar, Romanovlar, Pəhləvilər – qonşu ölkələrin bu hakim nəsillərinin indiki gen xələfləri haradadırlar. Dünənki seçilmişlik iddiaları hanı, onların hər birinin xələfləri Qərb ölkələrində yarı-assimilyasiya halındadır. Sülalələr düşdükləri tarixi şəraitə uyğun olaraq dəyişilir, dünənki passionarini itirir, bugünkü sadə vətəndaşlara çevrilirlər. Aristokratlıq – təbiət, yoxsa cəmiyyət hadisəsidir, mübahisəli məsələ olaraq qalır. Millətlər də şəcərələr kimi.
Zəiflər güclülərə, güclülər zəiflərə çevrilir. Əbədi dəyişiklikdən başqa heç nə sabit qalmır.
Hər millətin yeni nəsli hansı yola doğru getməyi qarşısına məqsəd qoyursa, ora da gedir. Bəzi millətlər bu qaydayla enirlər, bəziləri yüksəlirlər. Yaponiyada son onillərdə gedən sosial-mədəni dəyişikliyi göstərən yaxşı sənədli filmlər dəbdədir. Döyüşkən, kişimərkəzçi, samuray yapon mədəniyyətinin xələflərində son onillərdə İnfantilizm eşqi yaranıb. Yaşından, cinsindən asılı olmayaraq, 11-12 yaşındaymış kimi davranmaq – gözəl, cazibədar olmaq sayılır indi. Bir kult öz yerini başqa bir kulta verib.
Rəvan, tədrici dəyişiklik etnopsixologiyanı A nöqtəsindən götürüb daban-dabana zidd nöqtəyə çatdırır. Bir şey dəqiqdir ki, tədrici dəyişiklik hər gün gedir və idarəolunandır! Dəyişikliyin nəticəsi bizə sürpriz kimi görünsə də, buna gətirən prosesə baxanda heç nəyin sürpriz etmədiyini görürsən.
Una nə qatıblarsa, o nəticəni də görüblər. Doğrudan da, bugünümüz keçmişdə elədiklərimizin nəticəsidir, gələcəyimiz də bu gün etdiklərimizin nəticəsi olacaq.
Millət – şifaner deyil ki, harda qoyub getdinsə, qayıdıb orda da görəsən. Görəsən ki, budur, küncdə eyni hündürlükdə, eyni endə və eyni rəngdə durub. Uzun sözün qısası, bizim millət "belə", yaxud "elə" deyil. Dəyişdirsək, hər şey dəyişiləcək. /bbc.co.uk/azeri/

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.