Türkan Mehraliyeva - Gözlədiyim qadın...
12.01.15

                                                 
Qarşı skamyada gözlərindən illərin yorğunluğu görülən yaşlı bir qadın əyləşmişdi. Üzünə baxdıqca baxmaq istəyirdim, onu hər dəfə bu parka gələndə görürdüm eyni yerdə əyləşərdi həmişə, sanki kimisə gözləyirdi, hər dəqiqə cibindəki saatı çıxardıb baxır sonra yenidən cibinə qoyurdu. Həmin qadını ayda bir dəfə görmək imkanım olurdu, yaxınlıqdakı klinikada həkimə gəlirdim. O qadına görə həkimə vaxtından əvvəl gəlib parkda gözləyərdim. Üzündəki ifadə insanı dərin bir boşluğa salırdı, baxdıqca baxmaq istədiyin qara gözləri sanki insanı özünə bağlayırdı. Yaşı altmışı keçmiş olardı ya da az, yaşını öyrənmək, hətta adını öyrənmək imkanım heç vaxt olmadı bu altı ay ərzində. Həkimə getmək vaxtı gəlib ayağa qalxanda həmişə üzümə gülümsəyərdi sanki məni yola salır, sağ ol deyərmiş kimi. Biz bir-birimizlə sözlərə yox baxışlarımızla ünsiyyət qururduq. Həmin parkdan uzaqlaşdıqca ruhum qadının yanında qalırdı, geri qayıdıb danışmaq üzündəki bu kədərin səbəbini öyrənmək istəyirdim amma buna heç vaxt cəsarət etmirdim. Aylar keçirdi və hər ay üzündəki kədər daha da çoxalırdı.
Bəzən özümüzdə anlamadan bir insanın həyatını öyrənmək, ona yaxın olmaq istəyirik əslində ortada heç bir səbəb yox ikən bu istəyin hardan gəldiyini bilmirik. Mənimki öyrəşməkmi yoxsa bir maraq idimi bilmirəm. Bildiyim tək bir şey varıydı: o qadını hər dəfə görəndə çoxdan tanıdığım bir tanışımı görmüş kimi olurdum.
 Aradan keçən aylardan birində həkimə gec getdim parka baxmadan klinikaya daxil oldum, amma fikrim o qadının yanında qalmışdı. Tez çıxıb parka getmək istəyirdim, mən çıxarkən yağış yağırdı, parka tərəf gedəndə qadının əlində çətir parkdan çıxdığını gördüm, yavaş yavaş sanki yağışın səsinə qulaq asırmış kimi yoluna davam edirdi. Yağışın altında neçə dəqiqə durdum bilmədim fikirlər məni o qədər uzağa aparmışdı ki... Özümə gələndə yağış artıq yağmırdı. Heyfsləndim yağışın kəsməyinə, yağışı sevirdim, yağışın altında gəzdiyim vaxtlar az olmamışdı.
Həkimə gəldiyim son gün yenə həmin parka gəldim qadın həmişəki kimi öz yerində əyləşmişdi, yanında boş yer olduğunu görüncə yaxınlaşıb onun yanında əyləşdim. Gözünü eyni yerə dikib nə baradəsə fikirləşirdi mənim yanında əyləşməyimi belə hiss etmədi. Uzun müddət belə qaldı sonra başını çevirib üzümə baxdı ve eyni gülümsəmə ilə gülümsədi. Daxilimdə özümlə mübarizə aparırdım, bu qadında aça bilmədiyim bir qüvvə varıydı insanı özünə çəkir sanki ovsunlayırdı. Üzündə gənclik illərindən qalma gözəllik hiss olunurdu, illər onun simasına kədər qatsada o gözəlliyi əlindən ala bilməmişdi. Anidən ürəyimdən belə bir arzu keçdi: məndə bu yaşa çatdıqda bu qadın kimi olmaq istəyirəm. İlk dəfə idi ki, kiməsə oxşamaq istəyirdim. Tanımadığım, səsini belə eşitmədiyim bu insan bu aylar ərzində məni özünə bağlamışdı. İndi onu son dəfə gördüyümə üzülürdüm amma içimdə bir ümid qalmışdı ki, vaxt gələcək biz bir daha görüşəcəyik. Ayağa qalxıb qadına sağ olun deyib oradan uzaqlaşdım. O isə yenə mənə gülümsəyirdi, ilk gün gördüyüm o gülümsəmə ilə...
İndi hər dəfə o parkın yanından keçəndə gözüm o qadını axtarır amma tapa bilmir, indi necədi o üzündəki kədər yox oldumu deyə hər gün fikirləşirəm. Cavabsız suallarım hələ də cavabını tapa bilməyib... Ümid dolu günlərdə bilirəm ki, bir gün gözlərim o qadını, suallarım da öz cavabını tapacaq. Ümid dediyimiz hiss hər insanda olur, çalışdığımız qədər bunu öldürməməliyik. Məşhur ingilis şairi Aleksandr Pop demişkən, həyatımız boyu bizi müşayiət edən ümid hətta ölüm ayağında da bizi tərk etmir…

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.