Vasif Əlihüseyn - Anamın doğum günü, həkimləri, əsgərləri itkin düşmüş bina
23.12.14

Qəsəbənin ortasında bu yerinəyeksan olunmuş binanı gördükdə birdən – birə anam yadıma düşür. Əvvəl xəstaxana binası idi, sonra hərbi hissə binasına çevirdilər. Elə bu ilin yayında binanı əsgərlərdən də boşaldıb ikimərtəbəli binanı ağır texnikayla yerlə bir etdilər. İndi deyilənə görə burada gözəl bir park salınacaq ki, bu da Göytəpə qəsəbəsi sakinləri üçün həm istirahət, həm də gəzinti yeri olacaq.

Niyə anam yadıma düşdü? Bu maraqlı gələcək sizə. Çünki, bu binanın xəstəxana olduğu vaxtda anam burada əməliyyat olunmuşdu. Onda Bakıda tələbə vaxtım idi, və şəhərdəki restoranların birində günü beş manata “qarson” köməkçisi işləyirdim. Anamın telefonuna zəng vuranda telefona anamın yox, bacımın cavab verməsi məni daha çox qorxuya salmışdı. Elə birnəfəsə qışqırmışdım:
- Ana hanı?
- Qorxma, ana əməliyyat olunacaq. İndi yorğan – döşək götürüb xəstəxanaya getdilər.
 Telefondaca məni ağlamaq tutur. Yasamal bazarının yanında yaşadığım ikimərtəbəli evin birinci mərtəbəsində ağzı üstə uzanıb ağlayıram. Dadıma mənimlə otaq yoldaşı olan oğlan çatır: Darıxma, yaxşı olar.

Elə həmin günün axşamı işdən icazə alıb rayona gedirəm. Xəstəxananın həyətində bir adam tapmıram ki, anamı soruşam. Tapmamağıma da sevinirəm. Elə bilirəm mənə heç də yaxşı olmayan xəbər deyərlər. İkinci mərtəbədə anamın sağdakı otaqlardan birində olduğunu deyən tibb bacısı qapıya tərəf qaçır:
- Xanımın nəyisən?
- Oğluyam.
- Hə, anan lap yaxşıdı.

Sevinirəm. Otağa daxil olduqda anamı uzanıqlı görməyim mənə yuxu kimi gəlir. Bir azda xəcalət çəkirəm ona görə ki, anamın əməliyyat puluna kömək edə bilmirəm. Günü beş manata işləyirəm, ayda əlli manat kirayə pulunu ancaq verə bilirəm. Qalmışdı anamın əməliyyat puluna kömək edəm.

Anam ona pay gətirilən meyvələrdən soyub mənə verir: Ye, narahat olma hər şey yaxşıdı. Axşamlar Pakizə nənə ilə Qumru xala yanımda qalır. Bir – iki günə evə buraxacaqlar.

Söhbətindən məlum olur ki, atam əməliyyat üçün həkimlərə lazım olan puldan artığını verib. Görünür atam da anamsız qalmağın nə qədər çətin olduğunu anlayıb, başqa vaxt xətrinə dəysə belə. Hələ, zəhləsi getdiyi siqaretini belə bir-birinə calayıb anam əməliyyat masasında olduğu zaman.

İndi, həkimləri, əsgərləri itkin düşmüş binanın həyətindən bir çay daşı götürüb yaxınlıqdakı çaya atıram:

Anam, doğum günün mübarək! Nə yaxşı ki, varsan!

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.