Günel İmran - Məktub
09.12.14

Ata, bir neçə gün sonra sənsizliyin iki ayını qeyd edəcəm. Məni sənsizliyə hazır etmədən qaça-qaça getdin. Səni tələsdirən nə idi?! Əsl darıxmağın necə hiss olduğunu səndən sonra öyrəndim. Axşam çağı evə gələrkən yolda bir kölgə gördüm, sənə oxşatdım. Ona doğru qaçmaq istədim. Sonra sən olmadığını anladım. Kiminsə sənin üçün “Allah rəhmət eləsin” deməsi incidir məni. Sanki bu sözlər sənin ölümünü qəbul etmək üçün məni bir küncə sıxışdırır. 

Səni səyahətə çıxmış kimi düşünməyə çalışıram. Elə bir an gəlir, belə düşünməyə də gücüm çatmır. Bir də baxıram ki, özüm də bilmədən “Allah, atam geri qayıtsın” deyə dualar edirəm. Sənə məktub yazanda  onu oxuyursan kimi hiss edirəm. Bu iki ayda sənə dəfələrlə yazdım. Sonra isə komputerimdən sildim. Çünki kədəri sevməzdin. Mənimsə ağladığımı bilsən heç dözməzdin. Geyimlərimi də qara rəngdə geyinmirəm. Bilirəm, qara geyinsəm hirslənərsən.

İsti havanı çox sevərdin. O dünyaya köçdüyün gün də hava isti idi. Mənsə soyuq havanı çox sevirdim. Artıq soyuğu heç sevmirəm. Özüm üşüyəndə düşünürəm yəqin sən də orda üşüyürsən. Kiçik yaşlarımda qarlı havada əlcək geyinməyi heç xoşlamırdım. Çünki əlcəklərlə qara toxunanda onun necəliyin yaxşı hiss edə bilmirdim. Əlimi ovcuna alıb cibinə qoyardın. Ata, hələ də əlcəkləri xoşlamıram. Səni artıq görməsəm də həmişə yanımda olduğunu hiss edirəm. Əvvəlki kimi xəyalpərəstəm, möcüzələrə də inanıram. Sənlə xəyal qurmaq çox gözəldi. Xəyal qurmağı mənə sən öyrətmişdin. Elə möcüzələrə inanmağı da. Amma sən gedərkən möcüzə olmadı. Səni  dəfn etməyə apardıqları zaman buna bütün gücümlə mane olmağa çalışdım. Ölümdən belə qayıdacağına inanırdım. Möcüzə idin, dostum. Körpəykən səni dostum deyə çağırardım. Ata, mənə ən yaxın dostsan. Sənin kimi olmadıqlarına görə tez-tez hamıya hirslənmək istəyirəm. Sonra heç kimin sən ola bilməyəcəyini qəbul edirəm.  Qəlbində bu qədər  sevgi olan insan... Hər kəsə qayğı, diqqətlə yanaşardın, bütün insanları sevirdin. Yaxşı insan olmağı səndən öyrənirdim. Sənin üçün də getməyin çətin olduğunu bilirəm. Son nəfəsində gözlərimə baxıb axıtdığın iki damla yaşı hər gün xatırlayıram. Əlindən tutub “getmə” deyə yalvarırdım, həmin an isə “Ata, qorxma. Yanındayam, hər şey yaxşı olacaq” dedim.

Əbədiyyat da ədəbiyyat kimidir.  Yazarkən sənlə danışan kimi oluram.  Təşəkkür edirəm, mənim atam olduğuna görə. Tanıdığım ən ən gözəl insan. Beynimdə, qəlbimdə hər zaman yaşayacaqsan.

Avanqard.net

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.