Nicat Həşimzadə - Çərpələnglə dəfn edilən eşq
24.11.14

Avanqard.net gənc yazar Nicat Həşimzadənin "Çərpələnglə dəfn edilən eşq" hekayəsini təqdim edir.

Uşaqlıq illərimizdə gözəl bir adətimiz vardı, çərpələng uçurardıq. Kimya dərsindən qaçdıqdan sonra  çərpələnglə oynamaqdan hədsiz zövq alardıq. Sevgi sözlərimizi əks etdirdiyimiz məktubları çərpələnglərə bağlayardıq. Çərpələng məktubumuzu hansı qızın yaşadığı evin eyvanına aparardısa biz də o qıza aşiq olardıq.  Ünvanını bilmədən yazardıq məktublarımızı. Qız ataları da bizə mane olmazdılar, onlar bunun bir əyləncə olduğunu zənn edərkən biz biz ilahi eşq axtarışında idik. Hər həftə fərqli qızlara aşiq olardıq, utanaraq etiraf edərdik. Ehtimal nəzəriyyəsinə görə hər 100 qızdan biri müsbət cavab verir. Bizim sevgili siyahımız hələ dolmamışdı. Məktubları biri-birimizdən xəbərsiz yazardıq, məzmununu gizli saxlayardıq, çünki sevgi intim duyğudur. Gizli saxlamağı bacarmalısan. Mən bilirdim ki, bir qızı yormadan sevmək dünyanın ən böyük fəlsəfəsidir. Yaşlı nəsil nümayəndələri bizə deyərdilər ki, əbədi sevgi yoxdur, bir gün siz də bu həqiqəti dərk edəcəksiniz, əbədi sevginin varlığına inanmaq qurbağanın səhra sevgisinə bənzəyir.  Beş dost idik. Çingiz bu beş nəfərdən ən safı, ən kövrək qəlblisi idi. 

Və bir gün onun çərpələngi məktubla birlikdə bir evin eyvanına düşdü. Çərpələnglərin üzərində adlarımızı yazardıq, qız Çingizinin adının qarşısında öz adını yazmışdı – Nigar. Yəqin o da inanırdı çərpələngli eşq oyununa. Heç zaman görüşmədilər, yalnız çərpələng vasitəsilə məktublaşdılar. Bəzən dostum qız yaşayan məhəlləyə gedərdi. Və ümidlə gözləyərdi, görəsən eyvana çıxacaqmı? Hətta qızın kölgəsi pərdə arxasından görünəndə həyəcandan titrəyərdi, biz 4 nəfərsə hələ də eşq axtarışında idik. Üsul dəyişməmişdi. Çərpələngli eşq arzulayırdıq.

Sonra dəhşətli bir hadisə yaşandı. Qaz sızmasından Nigar yaşadığı evdə patlayış oldu. Qız həyatla vidalaşdı, anası ağır yaralandı.

Və sonuncu dəfə Çingiz çərpələngini havaya tulladı. Çərpələng uçaraq Nigarın məzarı üstünə gəlmişdi. Biz bir daha çərpələng uçurmadıq. Bu, son idi.

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.