Niyazi Mehdi - Dahiliyə yaxınlaşmış adam

29.10.14

İntellektual dərnəyimiz

80-cı illərdə biz – Vaqif İbrahimoğlu, Kamal Abdulla, Əli Abbasov, Rəhman Bədəlov, Elçin Məmmədov, Zeynal Məmmədli, mən və daha neçə gənc bir-birinin mədəniyyət üçün qədrini bilən adamlar idik. Hərə bir ideya ilə gəlir, bir ideya ilə gedirdi. Yeri gəlmişkən, dünyada belə arkadaş dərnəkləri (toplumları) çox olub. Doğuda əxilər, əyyarlar buna bir örnək. Avropada Praqa dilçilik dərnəyi strukturalizmi yaranmağa itələmişdi. Daha qabaqsa Avstriyada Froydun başına arkadaşları yığışmışdı – Karl Yunq, Adler və başqaları. Bütün dərnəklərin zaman keçdikcə öz böhranı olur, Froydun dərnəyinin böhranının nədəni paxıllıq, həsəd, kimin hansı ideyanın müəllifi olması məsələsində dolaşıqlıq idi.

Bizim dərnəyin böhranı ideya məsələsində rəqabət olmamışdı. Birincisi, ona görə ki, Vaqif kimdən nəyi götürdüyünü səliqə ilə deyirdi (bəlkə də, gündəliyində yazırdı). İdeyaları müəlliflər arasında paylamaqda o çox yaddaşlı idi. Bəzən bilmirdin, nə səviyyədə səmimidir. Tez-tez gözümə baxıb deyirdi ki, sənin Ortaçağ mədəniyyəti ilə bağlı qurduğun struktur-semiotik modellər mənim tamaşalarıma təsir edib. Ancaq bu sözlərini sübut üçün dedikləri mənə inandırıcı gəlmirdi.

Vaqif  Hüseynağa Atakişiyev, Ramiz Həsənoğlu, Azərpaşa Nemət, Vaqif Əsədov kimi rejissorların tamaşaları üzrə ilginc açıqlama verib yazı çap etməyi sevirdi. Sanki bununla rejissor çevrəsində rəqabətdən gələn mənəviyyatsızlığın qradusunu aşağı salmaq istəyirdi.., Bir də Vaqifdə ideyaların fəvvarəsi elə gur idi ki, kiməsə qısqanclıq etməyə gərəyi yox idi.

 
Vaqif düşüncələrinin plastikliyi

Losev, bəlkə də, Vinkelmanın etgisi altında deyirdi ki, əski yunanların düşüncəsi çox plastik olub. Plastiklik məkan strukturlarında ifadəliliyi artırmağa deyilir. Məsələn, natiq əlləri, gözləri ilə plastik ifadələr yarada bilər. Bunu ötən yazımda mən Vaqiflə bağlı “entelexiya” sözünün cazibəsi ilə duydurmaq istəmişdim: düşüncə və duyğuların bədəndən, üzdən yağması. Məni Vaqif az yamsılayırdı. Məmnunluqla düşünürdüm ki, parodiyaya yatmıram: bir az danışıq deffektimi, bir az da  “struktur”, “denotasiya” kimi terminləri kəkəlləməklə mənə nə parodiya yapmaq olardı?! Hərçənd indi ağlıma gəldi, yəqin, həvəsi yoxdu, olsaydı, məndə də istədiyi qədər parodik cizgilər tapardı. İncəsənət İnstitutunun o vaxtkı rektoru Aslan Aslanovu yamsılamaq üçün şarj-parodiya cizgilərini tapmaq elə də asan deyildi. Vaqif və Telman (Adıgözəlov) isə tapmışdılar.

Vaqif Rəhman Bədəlovdan məzə ilə danışmaq istəyəndə sağ əlinin iki barmağı ilə sanki düşən gözlüyünü tutub danışıq ritmində yuxarı-aşağı dartırdı və hamı bilirdi ki, bu, Rəhmandır.  Tədrisin direktoru İsrafil İsrafilovu yarı açıq qapıdan çox vaxt telefonla danışan görürdük. Vaqif onu parodiya edəndə telefonu tuturmuş kimi əli qulağında durub onun dili ilə danışırdı. Mənə mənim necə yazmağımı anlatmaq üçün bir ovcunda o biri əlinin barmaqları ilə nəsə eşələmək, didmək, dartmaq, çevirmək jestlərini yaparaq deyirdi: burda bu, bunun yanında o var, bunu qaldırsan, o çıxar – sən belə yazırsan. Gizlətmirəm, narsistik (nərgiz) psixolojimə yaxşı təsir edirdi dedikləri. Vaqif bütün yaradıcı çevrəsinin nərgiz duyğularına qıcıq verməyi bacaran adamdı, – ancaq bilmirəm ürək genişliyindən gəlirdi bu, yoxsa Karneqi sayağı taktiki biclikdən, qılıqdan?!

 
İçki və böhran

Bizim tanışlığımızın 10-15 ili o, dilini bir damcı spirtli içkiyə də vurmamışdı. Biz isə birimiz az, birimiz çox içirdik, içəndə istəyirdik, o da bizə qoşulsun ki, kef havası dağılmasın. Heç vaxt onu sındıra bilmirdik. Axırda mənə anlatdı ki, qabaq neçə illər Ağdam çaxırı içib əyyaşlıq edib. Özü də kefli olanda çox ətiacı, aqressiv olurmuş. Bunun qorxusundandır ki, daha içmir.

2000-ci ildən sonra Vaqif birdən-birə heç bir aqressivlik göstərmədən ləzzətlə içki məclisimizdə iştirak etməyə başladı. Bundan qabaq beş-altı il teatra, ideya məsələsinə dəxli olmayan səbəblər üzündən mən ondan aralanmışdım, quruca salam-məleykimiz qalmışdı. Beləcə, münasibətlərimiz böhran keçirirdi. Sonralar ilişgilərimiz bərpa olsa da daha qabaqkı dostluq alınmadı. Artıq Vaqifin söhbətləri mənə öncəki ləzzəti vermirdi. Çünki hər adamın köhnə dostları intellektual cazibədə saxlamaq məsələsində limiti var. Biz hamımız bu limitə çatmışdıq. İlişgilərimiz bərpa olanda gördüm ki, Vaqifin pərəstişkar heyəti xeyli dəyişib. Onun formalaşdırıb dünyaya buraxdığı bir xeyli aktyor (Fəxrəddin Manafov və başqaları), artıq Vaqifsiz keçinirlər. 80-ci illərdəki dostların Vaqifin başına yığılması azalıb. Vaqifin yeni teatr fəlsəfəsi və tamaşaları day məni çəkmirdi. Bir dəfə Stravinskidən soruşmuşdular ki, sən gələcəyin musiqisinə necə baxırsan? Qayıtmışdı ki, gələcəkdə hər bəstəçinin dinləyicisi yalnız özü olacaq. İndi, Vaqif də bu mistik pilləyə çatmışdı, nə idi, bilmirəm? Heç kim onun – mistik deyim, nə deyim, tamaşa deyim, seans deyim, nə deyim, bilmirəm – yapdıqlarını özü kimi duyammazdı, biləmməzdi. Vaqifin intellektinin gücü elə idi ki, heç kim qabağında durub deyə bilməzdi ki, bu nə tamaşadır, yapırsan?! Vaxtı ilə absurd teatrın, Abstraksionist, Kubist rəssamlığın qabağında durub çaş qalmış adamlar kimi biz də Vaqifin yeni yaradıcılığının qarşısında sual pozunda quruyub qalmışdıq. Bəyənmədiyimizi deməyə ürək eləmirdik ki, birdən geriliyimizi, nadanlığımızı sübut edər. Düzdür, özünə “postmodernist” deyən bəzi gənc yazarlar (Əli Əkbər, Seymur Baycan) Vaqifin bu tamaşalarına və bu tamaşalar qarşısında çaş qalmış adamlara kinayə edirdilər. Ancaq biz – əski dostları Vaqifə kinayə edə bilməzdik. Biz yalnız onunla zarafat edə bilərdik. ÇÜNKİ DAHİLİYƏ BU QƏDƏR YAXINLAŞMIŞ ADAMA AZƏRBAYCAN TARİXİNDƏ (ELƏ BAŞQA TARİXLƏRDƏ DƏ) ÇOX AZ RAST GƏLMƏK OLARDI. /kult.az/

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.