Səlim Babullaoğlu: “Ədəbi tənqidə və tənqidçilərə münasibətim yaxşı deyil”
20.10.14

Avanqard.net tanınmış şair Səlim Babullaoğlunun müashibəsini təqdim edir.
 
 
-Sizcə, şair doğulurlar, yoxsa olurlar?

- Tural, bu tipik sual, olduqca, qüsurludur. İzah edim. Məsələn, Siz “doğulurlar” deməklə, alın yazısını, taleyi və fitri istedadı nəzərdə tutursunuz. “Olurlar” deməklə isə fitri istedadı olmayanları, sanki, taleyində şairlik olmasa da, şeir yazanları nəzərdə tutursuz. Amma həm Siz, həm də başqaları unudurlar ki, alın yazısının, taleyin xaricində ola biləcək heç bir şey yoxdur. Yəni, “doğulmaq da”, “olmaq da” taleyin içindədir. İndi isə sualınıza cavab verirəm. Hər kəs insan kimi doğulur. Bunu unutmasa, qalanları vacib deyil, təfərrüatdır. Yeri gəlmişkən, Tural, ədəbiyyat da, elə təfərrüat və detaldır.

- Sonuncu şeri nə vaxt yazmısınız?

- Ramazan ayında bir xeyli yazdım. Beş şeir. Çap elətdirməmişəm. Bəzi parçalarını Seyfəddinə (Seyfəddin Hüseynli nəzərdə tutulur- T.B), Məsihağa müəllimə və Cavanşir Yusifliyə (M. Məhəmmədi nəzərdə tutulur-T.B.), Fəridə, Rəbiqəyə oxumuşam.

- Ədəbi tənqid və Siz?

-Ədəbi tənqidə və tənqidçılərə münaisbətim yaxşı deyil. Əlbəttə, biz də içində olmaqla, dünya ədəbiyyatı tarixində inandığım, əsərlərini sevdiyim tənqidçilər, ədəbiyyatşünaslar var. Amma mən həmişə ədiblərin ədəbiyyat haqqında yazılarını daha çox qiymətləndirmişəm və onlara inanmışam.

- Sizin fikrinzcə, biz dünya ədəbiyyatından, ya dünya bizim ədəbiyyatdan uzaq durur?

- Bir dəfə demişəm, təkrar edim, Azərbaycanlı şairlərin böyük əksəriyyəti estetik gözdən, kompozisiya duyğusundan məhrumdurlar. Nasirlər də. Kimin kimdən uzaq durmasını isə ölçməmişəm. Kitabın varsa, ədəbiyyat evindədir.

- Yazarlar məişət problemlərini necə həll edirlər?

- Yəqin hamı kimi. Jekə, marketə getməklə.

- Dünya səyahətinə çıxmaq arzunuz varmı?

-Mən xeyli ölkədə olmuşam.

- Evdə kitabxananız var?

-Əlbəttə.

- Kitaba pul xərcləyirsiniz?

-Bu mənim işimin, həyatımın bir hissəsidir.

- Yemək davası eləmirsiniz evdə?

- Gəl, mən sualla bağlı, Həmidə xanıma müraciət eləyim (zəng edir). “ Burda məndən soruşurlar ki, yemək davası edirəm evdə?..Kim soruşacaq, jurnalist... Qısa cavab verə bilərsən... Aha, demək eləməmişəm. Səbr...Nə səbr? Bildim, sağ ol”.   Deyir ki, heç vaxt eləməmisən. Amma arada səbrin çatmır. Məncə, bu suala ən düzgün cavab elə budur.
  
/Tural Balabəyli, Aktual.az/

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.