Rövşən Yerfi - İmtina edirəm Allah adamı olmaqdan

17.10.14

 ÜÇ KİÇİK ESSE    
                                    
                                                 Allah adamı

         İlahim, dünyada həyata gətirdiyin insanların sayı bəllidir. Bəs özünə “Allah adamı” deyən adamlarının sayı? Görəsən dünyada özünü sənin bilən nə qədər adamın var?

         Səni andığım gündən özümü həmişə qəlbən yanında hiss etmişəm. Heç demə  tək mən yox, insanların böyük əksəriyyəti belə düşünürmüş. Kimi dindirirsən, hər yetən özünü Allaha yaxın hesab edir, Allah adamıyam deyir. Fərqi yoxdur, halallıqla dolananlar da, ömrü boyu günah edən, haram yeyənlər də... Namərd də, fahişə də, kabinetlərində Quran kitabı saxlayıb, ona and içib haqsızlıqlar törədənlər də, vicdanını, mənliyini pula, mənsəbə satanlar da danışanda özlərini Allah adamı sayırlar...

         İlahim, əgər sən də fərq qoymayıb onların hamısını öz adamların kimi qəbul edərsənsə, onda bağışla... İstəmirəm onlarla bir cərgədə durmaq, onlara bərabər tutulmaq, o sayaq “Allah adamı” olmaq. Mən imtina edirəm Allah adamı olmaqdan!..

Lütfən, İlahim, nəzərində ayır məni onlardan, məni öz “adamın” yox, yaratdığın qullarından,  xüsusi dərəcəsiz, imtiyazsız bəndələrindən biri, yoluna sadiq adicə insan bilməyin yetər...

03.14

                                                    Səmimilik

    Səmimilik insanın ən gözəl əxlaqi xüsusiyyətlərindən biridir, bəlkə də birincisidir. Əvvəllər düşünüb hərdən təəssüflənirdim ki, görəsən niyə insanların böyük əksəriyyəti səmimi deyillər? Və yaxud olmaq istəmirlər. Nə maneçilik edir onlara? İnsan üçün səmimi olmaqdan gözəl və asan nə ola bilər? Buna görə adicə bir şərt kifayətdir: olduğun kimi görün, həm də göründüyün kimi ol!

    Heç demə səmimilik çoxları üçün elə də asan məsələ deyilmiş, əksinə hədsiz çətin iş imiş. Onlara olduğu kimi görünmək rüsvayçılıq, üz qaralığı olarmış. Bəzilərinə isə göründüyü kimi olmaq ürəyincə deyil, sərf eləmir. İçlərindəki təkəbbürün, iddianın üzündən göründüyündən qat-qat artıq olmaq istəyirlər.

    Sonralar yəqin etdim ki, səmimiliyi sevməyənlər, ondan çəkinib qorxanlar  əsasən arını itirənlərdir. Ar olmayan insanda səmimiyyət də yox olur. Arsızlıq insan ləyaqətinin alçalmasına aparan yoldur. Mənəviyyatın aşınması, əxlaqın pozulması da arsızlıqdan başlayır. Səmimiliyə layiq olmadığını anlayanlar səmimilikdən gərək olanda ani, süniləşmiş, dodaq boyası kimi istifadə edirlər...

    Yalnız - Tanrısını qorxusuz, təmannasız sevən insanlar səmimi ola bilirlər. Çünki, onların nəinki ətrafındakılara, heç Yaradanına da aldaq gəlmək niyyətləri olmur...

 08.14
                                             Təbrik edin!

Bir arzum, bir xahişim var: Mən dünyadan ayrılan günü heç məyus olmayın, kədərlənməyin, sızlamayın, olmalıydı belə gün, əksinə - təbrik edin məni, təbrik edin...

Təbrik edin bu fani dünyadan köçməyimə görə,  ruhumun qəfəsindən kənarlaşıb əsl azadlığa çıxmasına görə...  Maddiyyat köləliyindən qurtulmağıma,  ölüm deyilən son anıma yetməyimə, dünya əzabından – həyatın ədalətsizliklərindən, naqisliklərindən rahat olub  axirətə getməyimə,  Haqqa qovuşmağıma görə  təbrik edin...

Əhəmiyyət verməyin ayrılığa. Xoş əhvalla yola salın, təbrik edin! Çəkinməyin, mən təbrikinizə layiqəm.Bir daha məni təbrik edə bilməyəcəksiz. Dostlar, bu mənə sizin axırıncı təbrikiniz olacaq, qəlbi geniş olun, təbriklərinizi əsirgəməyin...

Təbrik edin!..
09.14

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.