Riçard Brotiqan - Kasıb gülüşlərlə azadlığa cıxmaq olmur
14.10.14

Avanqard.net ABŞ şairi Riçard Brotiqan-ın şeirlərini Zakir Fəxfrinin tərcüməsində təqdim edir.

Əks mədəniyyət qəhrəmanı, 60-cı, 70-ci, illərin ədəbiyyat bütü, şişirdilmiş fiqura, bir saatlıq xəlifə, Mark Tven və Heminqueyin varisi, içki düşkünü, özünə qəsdçi, doqquz şeir kitabının, iki-üç ay ərzində milyonlarla tiraj çap olunub satılmış, bu günün özündə də Amerika və Avropanin kitab magazalarını bəzəyən “Amerikada balıq ovu” romanının müəllifi.

Riçard Brotiqan 30 yanvar 1935-ci ildə Vaşinqton Ştatının Takomo şəhərində anadan olub. Anası, iki bacısı və qardaşından ibarət ailəsi dilənçi kökündə yaşayib. Təsadüfü kiçik qazanc və dövlət müavinəti hesabına dolanıblar.

Həqiqi familiyasının Brotiqan olmasını orta məktəbdə attestat  alarkən öyrənib, anası sənədlərdə onun əsl familiyasının yazılmasına qərar verib. Rişard romanlarının birində yazırdı: “ Anam mənim varlığımla baışmalı oldu”. “Anamın Riçardı öpməyi və bizlərə - sizi sevirəm, dediyi yadıma gəlməz,” – kiçik bacısı xatirələrində yazırdı...



TƏZƏ AMERİKA EVLƏRİ


Bu qapılar
   rəzədən qopub
   buludlara uçmaq istəyir.

***
Bu pəncərələr
      Çərçivədən cıxıb
Şəhər kənarındakı çəmənliyə,
  Maralların yanına
     Qaçmaq istəyir.

***
Bu divarlar
Sübhün alatoranında
  Veyillənmək istəyir.

***
Bu döşəmələr
    Bütün mebelləri
  Gülə, çiçəyə
      Çevirmək istəyir.

***
Bu dam örtükləri
    Ulduzların ardınca,
Saysız-hesabsız
  ulduzlarin  arasında
           Dolaşmaq istəyir.



İYİRMİNCİ ƏSRDƏ YAŞAYIRAM

İyirmici əsrdə
           yaşayıram mən.
Və sən
          Mənimlə yataqda
                  Bir otaqda...
Necə də bədbəxt idin
   Yuxudan oyananda,
Gün işiği gəlib
        Pəncərə önündə dayananda.
Səni xoşbəxt etməyə
Gücüm yetmədi, gülüm...
Sən
        Necə də gözəlsən
Səninlə gün boyu
     Sevişməkdən doymuram...
İstəmirəm göz yaşı axıdasan.
Bilmirəm
       Səni necə xosbəxt edim
hələ ki, oyanmamısan,
   nə qədər ki, yuxudasan...


XANIM

Əfsus, əfsus,
Qaşıq – quru xörəyə,
Təkər – yollara,
Yarpaqlar – ağaca,
Dodaqlar üzə məxsus.

***
Kasıb gülüşlərlə
Azadlığa cıxmaq olmur...
Kasıb gülüşlərlə sən
Azadlığa çıxa bılməzsən...

***
Sözün düzü
Hər nə baş versə də
Yapışqandı onun üzü,
Tomat şorbası
   101-ci yol...


İNGİLTƏRƏYƏ

Görəsən, hardan
    Bir poçt markası tapaq
Məktubu qaytarsın ora,
Qazılıb
     Üstü torpaqlanmamış qəbrə...
Orda Con Don büzüşüb
     Pəncərədən baxır,
 Yağış başlayir
Yağış damcılayır gözünə
           Aprel səhəri
Quşlar ağaclarda
          Yan-yana düzülüb
Oyun öncəsi
        Şahmat  fiqurlari
             Düzülmüş kimi...

     Con Donn
        Birdən baxıb görür ki,
Poçtalyon
         küçəni kecir
Asta-asta, ehtiyatla
əlində şüşədən əl ağacı...

1942

***
Oxu, piano, oxu,
Alaqaranliq konsert salonlarında
 Dayım haqqında oxu...
İyirmi altı yaşında
        Öldü dayım
Bu bir acı yuxu...
Sitkidən evə üzür gəmı
   Ləpələr sırğallanır
Bir bakal çaxırın üstündə
Bethovenin barmaqları kimi,
  Gəmi yırğalanır...

***
Oxu, piano, oxu,
Qaranlıq konsert salonlarinda
    Dayım haqqinda oxu
Uşaqlığımın kumiri öldü...
Onlar dayımı
  Evə göndərirlər, Takona...
Tabutu yırğalanır gecə
Dəniz üstündə uçan
Göylərə toxunmayan quş tək...


***
Oxu, piano, oxu,
Qaranlıq konsert salonlarında
 Dayım haqqında oxu.
Ürəyini sevgi üçün, ölümünü
         Yorğan-döşək üçün götür
Gəmiylə Sitkiyə
           Evinə göndər
Opda dəfn elə
Mən doğulduğum yerdə...



KETÇİQANIN GÜMÜŞ PİLLƏLƏRİ


Gecə saat iki
     ən yaxşı vaxtdı
Ketçiqanın gümüş pillələriylə
      Dırmaşasan ora,
Marallar veyillənən
  Ağaclar bitən yerə...

***
Gecə saat ikidə
  Arvadım durub
   Körpəni yedizdirir
O, Ketçiqanın
      Bütün çıraqlarını yandırır
Adamlar
    Qapıları döyür,
Biri birinə qışqırır,
Biri birini söyür...
Və onda
    ən yaxşı zaman yetişir
Ketçiqanın
             Gümüşü pillələrinə  dırmaşmaga
Maralların avaranlandığı
       Ağacların bitdiyi yerə
Cır səsın, küyün
            itdiyi yerə...


KƏŞF

Dor ağacı
   Ləcək-ləcək
    Yarpaq-yarpaq açılır
Başmaqlarını soyunub tullayan
Xristofor Kolumb kimi...


***
Torpağa toxunur
     Gəminin burnu
Gülüşlər, sevinclər özəl...
Nə var axı dünyada
         Bundan gözəl?..


POTRERO TƏPƏLİYİNDƏ SƏRXOŞLUQ

Urra!!!
     Şərab aldılar
              Qonşu köşkdən
     Hərəyə bir şüşə
Əxlaq dərsi keçmədən
     Portveyn satdı onlara
       Rus qocası.
Onlar sevincdən
  Qanadlanıb uçası
Bığının altinda
       Gülümsəyir rus qocası...
Yerbəyer olurlar
Taxta pilləkənin pillələrində
Ekzotik güllərə bənzəyir onlar
İşıq saçır bakallar əllərində
  Beləcə
         Danışmadan, sakitcə içirlər...

/"Xəzər" jurnalı № 3/2013/

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.