Elnaz Eyvazlı -  Ölməsəm, sənsiz yaşamağa nə var...
09.10.14

Avanqard.net gənc yazar Elnaz Eyvazlının yeni şeirlərini təqdim edir.

                                                                   











***

Bir də səndən uzaqda
kor işıq axtaran kimi.
xoşbəxtlik axtarmaq var.
Əllərim əsə-əsə
həyatın eninə-uzununa
çırpdım özümü -
hər yan dörd divar.
Səndən uzaqda heç nə yoxdu,
hər şey əfsanədir,
nağıldır.
Bu nə ağıldır
verdi mənə
Səni yaradan?!
Bir də köksündə uyumaq vardı,
sakit, səssiz.
Sanki nəfəssiz
dinləmək,
Ürəyinin döyüntülərini,
saymaq, saymaq, saymaq...
Bilirəm, sən ürəksiz,
zalım, qəddar deyilsən.
Hər əzaba qatlaşıb,
hər acıya dözməkdir işin,
Hər nadana əyilsən,
daha sən olmazdın ki...
Bir sən varsan,
səhərəcən özünə zülüm verən
əllərimin, gözlərimin, dodaqlarımın bir addımlığında.
"Qal, getmə, qal!!!" - deməyə qısılıb
"yaxşı yol" deyən dilimin ucunda
göyüm-göyüm göynədin.
Neynədin, Adam, neynədin?!


***

Sənə arxalanmaq
hava proqnozunu verən qıza arxalanmaq deyil ki,
evdən çətirsiz çıxasan...
Sənə arxalanmaq
bütün ağrıların əlindən tutub
sevə-sevə daşımaqdır.
Güclü olmaq,
dirənmək,
dirənməkdir...
Hamıdan güclü,
ağıllı, gözəl görünməkdir!
Sənə arxalanmaq
kürəyini divara söykəmək deyil ki,
Sənə arxalanmaq
təkcə Səndən yapışmaqdır,
Bir sözündən, bir baxışından
doğulmaq,
ovuclarının istisində qızınmaq,
kirpiklərinin kölgəsində gizlənmək,
köksündə qorunmaqdır -
yalandan, şərdən, acıdan,
nə varsa yandıran,
yaxan, acıdan...
Burxma əllərimi,
açma gözlərini,
görmə səni incidən,
qıran, üzən nə varsa.
Ver mənə,
qoy alım Səni hamıdan,
Yerini bilən olmasın,
Arxam, dayağım, güvənim,
Mənim, mənim, təkcə mənim!


***

Adam adamı sevər,
Sevər adamı ölüncə.
Bir cüt gözdən yol çəkim,
Hardasan...sən gəlincə...


***

Qısılıb bir küncə
Səni düşünməyə xanə gəzirəm.
Dolmuşam gözlərin kimi
yağmağa bəhanə gəzirəm...


***

Sevmək - düşünməkdir onu;
o gün başı ağrıyırdı,
görəsən, indi necədir?
bəlkə, durum bir zəng edim.
Yox e, ancaq...
yatmış olar,
oyadaram, gecədir...
Gecə demiş,
üstüaçıq yatar birdən,
azarlayar,
sabaha da bir sürü
görüləsi işi var...
Sevmək budur:
onun üçün narahatsan,
canın ancaq
yardadır...
İnanırsan, incitmirsən,
düşünmürsən, kiminlədir, hardadır...


***

Saatı sabaha qur,
yuxuna gəlim gecə.
Taleyə oyun quraq,
hesab olsun heç-heçə.
Kimdi yuxuda görən
sənin yanında məni?!
Kimsə oxuya bilməz
gözündən səksəkəni.
Yumulu gözlərində
apar səhərə kimi.
Köçürüb gözlərinə
səni sevən şəklimi...
Yenə səhər açılar
tellərimdə nəfəsin.
Səni görmək həvəsim
keçərmi, səncə?! Necə?!
Saatı sabaha qur,
yuxuna gəlim gecə...


***  

Qapı zənginə yüyürmək,
telefon səsinə uçunmaq,
həyəcanla yol gözləməkdir yaşamaq...
Əllərində ölmək,
dizlərində uyumaq,
gözlərində ərimək,
kölgəndə yeriməkdir sevmək...
Yolunu gözləmək,
hamını sənə bənzətmək,
qoxunu duymaq,
duyub dəli olmaq,
susamaq səsinə,
üşümək nəfəsinə,
saatlarla susmaq,
hər səhər yuxularını qan qusmaqdır ölmək...
Sən qatilə bənzəmirdin...


*** 

Nəfəsinin istisini üz-gözümdə.
Gülüşlərini dodaqlarımda,
barmaqlarını tellərimdə,
varlığını körpəm kimi bətnimdə
hiss etməsəm,
döyünməsən sinəmdə
ürəyim kimi...
Baxışların lay-lay çalmasa mənə,
xəyalını sıxıb sinəmə
gözlərindən öpməsəm,
əllərini axtarmasam hər səhər,
çaşıb çəkməsəm adını,
qırmasam sözümün qolunu-qanadını,
boğazımda bir udumluq qəhər
dolmasam göz kimi,
gəlməsə üstümə divarlar,
ölməsəm, ölməsəm, ölməsəm,
sənsiz yaşamağa nə var...

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.