Aliq Nağıoğlu - Qəhvəyi rəngli maye
02.10.14

Avanqrad.net Alik Nağıoğlunun hekayəsini təqdim edir.


-Biz növbəti rayonu aldıq!

***

 Deyəsən, bu ərazi onlar tərəf idi. Yol kənarında latın əlifbası ilə yazılan yer adları, yanmış maşınların nömrə nişanları və yad insan cəsədləri gözünə dəydikcə belə düşünməyə əsas verirdi. Meyitlər həddən ziyadə çox idi.
 Mü¬haribə başlayandan praktiki olaraq hər cür meyitlə rastlaşmışdı: fraqmentar, skelet, yanmış, asılmış, güllələnmiş, demək olar ki, hər cürəsi. Təəssüratı beləydi ki, döyüş şəraitində ürəkbulanmalar olmur. Adrenalin bu qavrayışı kəsir.
 “Döyüşdən sonra isə yalnız əgər meyitin yerində özünü hiss edəndə, içalat görəndə qusma halları yaranır. Cəsədin iyi qeyri-adidir, görünüşü tezliklə iyrəncləşir, üstü ağımtıl pərdəli, sarı-çəhrayı rəngli beyin də o cürdü. Amma bu iylərin ən mənfuru meyitin yanmış tüklərinin qoxusudur”. Hər iki tərəfdən belə hallara rast gəlirdi və adətən ən azı üç gündən sonra normal həyata qayıdırdı. Ancaq yuxusu pozulurdu, yata bilmirdi. “Təkcə uşaq cəsədlərinə öyrəşə bilmədim. Bu, adətən istənilən hərbçini cinləndirir, ruhunu oynadır”,- ürəyindən keçirdiklərini ucadan söylədi.
 Getdikcə ayrılan bədən hissələrindən kəskin iy vururdu. Ürəyi bulanmağa başladı. Burnunu əlləri ilə tutaraq sürətlə sərhədə tərəf istiqamət aldı.
 Avtomatlı kişi cəsədi, dəhşətdən gözləri açıq qalmış gənc, əsgi kuklasını sinəsinə sıxmış qızcığaz, döşündə südəmər körpəsi olan ana, dağılmış divara söykənən ayaqlarsız yetkin yaşlarında qız... Hamısı cansız idi.
 -Eyy, kimsə sağ qalan vaar?!
 Səsinə hay verən olmadı: tam sükut və ancaq cəsəd iyi. O, addımlarını bir az da yeyinlətdi. Cəhd etdi yadına salsın ki, necə oldu düşmən ərazisinə düşdü, ancaq xatırlaya bilmirdi. İstəyirdi heç olmasa vuruşduğu ölkənin sağ qalan bir adamı ilə rastlaşsın... Amma ətrafda yüzlərlə meyitdən başqa kimsə görünmürüdü... Olduqca dəhşətli mənzərə idi.
 Çox çəkmədi ardıcıl qusmağa başladı. Başı bədənindən ayrılmış bir qocanın şüşəyə dönmüş bulanıq gözləri sanki ondan soruşurdu ki: bütün bunlar nəyə görədir?
 Tələsik burdan uzaqlaşdı. Bir az getməmiş qarğa sürüsünü gördü, daraşıb ləzzətlə ölülərin bədən parçalarını yeyirdilər. Onu görəndə təəccüblə başlarını qaldırıb baxdılar, bu sayda cəsəd səltənətində canlının peyda olmasını yəqin ki, gözləmirdilər.
 Ürəyi yenidən ağzına gəldi. Bu səfər o həm qadın, həm də kişi içalatına görə qarnını boşaltdı.
 Nəhayət ki, hündür divara, şlaqbaum qırığına gəlib çatdı. O üzdə onun doğulduğu torpaq idi. Qaçaraq sərhəddi adladı, lakin orda da oxşar mənzərə vardı. Fərq təkcə doğma dildə yazılmış adlardaydı. Həmin eybəcər hala düşmüş meyitlər, həmin iyrənc iy. Bir də sükut. Dəhşətli, üzücü sükut.
 O, uşaqlıqdan səssizliyi sevməzdi. Evində həmişə həzin musiqi səslənmişdi, yaşadığı şəhər gecələr də səsli-küylü olurdu. Amma indi onun da xarabalıqları üzərində sakitlik hökm sürürdü.
 O, yenidən, bu səfər üç yaşlarında oğlan uşağının əlindən tutan qadın cəsədinin üzərinə qaytardı.
 ...Öldürücü sükutu at ayaqlarının tappıltısı pozdu. Bir an sonra qara plaşda, qara silindrdə atlı göründü. Yad adam onun bərabərinə çatanda atın başını güclə saxlayaraq, ağır çuvalı yerə atdı:
 -Al, bu, sənin mükafatındır! Hər öldürdüyün cana görə bir onluq qızıl: cəmi üç min iki yüz.
 -Hansı mükafat? Siz kimsiniz?
 -Mən-iblisəm, siz çox cəld tərpəndiniz, afərin. Qocaya, qadına, uşağa, qundaqdakına... heç kəsə rəhm etmədiniz. Hətta quşları, irili-xırdalı heyvanları dərbədər saldınız.
 -Amma mən körpələri, südəmərləri öldürməyə əmr verməmişdim!
 -Keçmiş olsun! Bütün etdiklərinə görə, bunu da tut,- balaca şüşə qabdakı qəhvəyi rəngli mayeni ona uzatdı.
 -Bu nədir belə?
 -Qızlarınızda sonsuzluq yaradacaq maddədir. Görüşərik!
 -Dayanın!!! Mən doğrudan körpələrin, südəmərlərin öl¬dürülməsinə əmr verməmişdim! Axı, niyə mənə  inanmır¬s¬ınız?!
 İblis atını mahmızlayaraq çapıb getmişdi.

***

...-Ayılın, cənab nazir!-gözlərini açanda həyəcanlanmış köməkçisini gördü.
 -Siz göstəriş vermişdiniz ki, əgər qarşı tərəf atəşi bərpa etsə, oyadım.
 -Həə, nə xəbər var?
 -On dəqiqə əvvəl onlar hospitalı vurdular. Odur ki,- köməkçi imzalamaq üçün hansısa sənədi ona uzatdı:
 -Qarşı tərəfin hücumu bərpa edəcəyi halda, siz bu sənədi imzalamalı idiniz.
 O, növbəti hücum barədə əmr yazılmış vərəqi əsəbiliklə alıb tikə-tikə etdi.
 -Məni təcili qarşı tərəflə calaşdırın!
 Köməki çıxandan sonra siqaret yandırdı, çalışdı ki, tezliklə qara plaşlı, silindrli yad adamın heç nə ifadə etməyən donuq qara gözlərini unutsun. Qoy onun nəsli kəsilsin, amma bu savaş...
 Telefon səsləndi. O, cəld dəstəyi qaldırdı:
 -Mən sülh təklif edirəm. Özü də qeyd-şərtsiz...

Avanqrad.net
 

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.