Nigar Nazim - Hər kəsin bir qəmbərqulusu var
30.09.14

Esse

Bu yağışlı havadan mən də təsirlənib yazmaq istədim. Amma bu dəfə bir az kobud danışacam…

Deyirlər dünyada daha saflıq qalmayıb, məncə hələ də saf insanlar var. Saflıq gözəl hissdi, gözəl duyğudu, amma nə yazıq ki, bu zəmanədə saf olasan, onda qara buludlar başının üstündə olar. Sən isə saflığınnan o buludun rəngini  görə bilməzsən, sənin bu saflığın o buludu sənə şəffaf, aydın göstərir. Yazıq sənə, vallah, nə deyim!

Tamam anladım, sən yaxşı insan olmaq istəyirsən, seçilmək istəyirsən, sən insanların yaxsılığını, xoşbəxtliyini istəyirsən, hər kəsi özün kimi qəbul edirsən, bəs sənin xoşbəxtliyin?! Bəs sənin həyatın?! Sən düşünürsən ki, xöştbəxtsən və hər şey həyatında  idealdı. Ay avam, bəs bu illər ərzində eşitməmisən ki, ideal insan yoxdu! Hər kəsin bir qəmbərqulusu var? Sən həqiqətən də safmışsan, mən səni ağıllı bir adam bilirdim, sən lap kütbeyinsənki?! Ətrafında olanları, səni aldatdıqlarını, səni gic yerinə qoyduqlarını görmürsənsə, mən nə deyim sənə, sənin kimi çox saflar var.

O gün biri bilirsən nə danışır? Danışır ki: “Mənim arvadımnan yoxdu, elə surprizler eləyir mənəki gəl görəsən, həyatımı ona borcluyam, arvad dediyin bax bizim arvad kimi olmalıdı”. Day demir ki, arvad gündə bir maşından düşür, bu bədbəxt də inanır. Gör hələ üç uşaq anası nə deyir: “Mənim ərim kimi sədaqətli insan yoxdu, bütün günü işləyib çalışıb vuruşur ki, balalarını oxutsun, böyütsün, gələcəklərini qursun, gecəyə kimi işdiyib əldən düşür, hamısı nəyə görə təbi ki, balalarımıza görə, bu gedişlə dördüncümüz  olacaq”. Ay bədbəxtin qızı, sənin ərin işləməkdən əldən düşməyib e… Eh, sən yat fil qulağında, hələ bir dördüncüdən danışırsan. Nə dördüncü, kənarda on dördüncü uşağı var, sənin dünyadan xəbərin yoxdu. O qazandığı pulları gətirib balasına verməkdənsə, başqalarına verir, balaların yemədiyini başqaları yeyir, sən gəzmədiyin yerlərdə başqaları gəzir, sən isə dördüncüdən dəm vurursan, ərinin sədaqətindən danışırsan.

Mən demirəm sevməyin, evlənməyin, səhv başa düşməyin, əsla!  Sevin də sevilin də, evlənin də, ərə də gedin hətta usaq da doğun, amma biraz saflığınızı qoruyun, arada ətrafınıza baxın, yanlış insanı seçməyin, qoy o pislər elə özləri kimi pislərə rast gəlsin, aldadıb aldatsınlar. Vallah sən başını qaldırıb ətrafına baxsan yaxşını görəcəksən, yetərki başını qaldır və bax. Adam sevəndə nə olar ki, gərək gözü kor ola? Bir öyrənin görün nə eləyir, nə işlə məşğuldu, kimlərlə oturub durur, kişi ya qadın fərq eləməz, bu ikisinə də şamildi.

İçinə sübhə düşdü?! Lap əcəb oldu,  bəsdi, bu qədar sözü kimə desən dəyişər, durub hərəkət eləyər, axır ki, nəsə eləyər başa düşürsən dovşan belə çevrilib şir olar. Əcəb sözdü, xoşuma gəldi lap…..

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.