Kiyan Xiyav - Demək olmaz
24.09.14

Pies
 

 
Karakterlər:
1-qəzetəçi
2-meyvə satan
3-professor
4-uşaq
5-dastayuski
 
SƏHNƏ: Günortanın isti- yorqun çağı. Bir qəzetə- jurnal bürtkəsi. Qəzetəçi. Iki yeşik üstündə moz meyvəsi. Meyvə satan. Qəzetəçi bürtkənin qabağında bir səndəli üstündə oturub, əlində bir qəzetə açıb varaqlayır. Meyvə satan bir meyvə yeşiyi üstündə oturub, yanmamış bir siqareti əlində oynadır. – səssizlik!
 
Meyvə satan: genə cəmaət çəkildi.
Qəzetəçi: hə.
Meyvə satan: millət elə bil fəqət axşam üstilər ruznamə oxillar.
Qəzetəçi: yox, səhər çağı da baş vıran olır.
Meyvə satan: saat 9 döörəsi?
Qəzetəçi: 10- 11 döörəsi.
Meyvə satan: mənim səhər çağı (bir az dayanır) elə al- verim olmır.
Qəzetəçi: doğırdan?
Meyvə satan: görmisən?
Qəzetəçi: hə.
Meyvə satan: işim olıb çay içib siqar çəhməy.
Qəzetəçi: yox, mənim al- verim elə səhər çağlarila axşam çağlarıdı.
Meyvə satan: hə. Bilirəm. (bir az dayanır) bəzən dörd saat olır bi kilo da mivə sata bilmirəm. (bir az dayanır) bax, indi axirincisin bi saat olar satmışam.
Qəzetəçi: nəyi?
Meyvə satan: (mənalı baxır) mozımı.
Qəzetəçi: ruznamə də satılmır. Yalannan bütkənin başına yığışıllar. (bir az dayanır) kopi dəsqahı olmasa, çörəydən düşərü.
Meyvə satan: oxiyan yoxdı daaay. (bir az dayanır) heç millətdə pıl da yoxdı diyəsən.
Qəzetəçi: "cam- i cəm" nən "ittilaat" yaxçı gedir. (bir az dayanır) ittilaatçıların lap çörəyi yağ içindədi.
Meyvə satan: hə, bəllidi. Amma oların da çoxı oxiyan dəyil elə bil. (bir az dayanır) alıllar şüşə zad silməyə. (bir az dayanır) ya da tərə zad bühməyə.
Qəzetəçi: (gülür) şer deyisən?
Meyvə satan: (mənalı baxır) yoooox, şer məni deyr.
Qəzetəçi: (gülür) biri dünən üçin aldı. Dedim bebeləni neynisən?
Meyvə satan: hə, nə dedi?
Qəzetəçi: (gülür) dedi tıltiya doğriyaciyam.
Meyvə satan: (mənalı gülür) ittilaatı?
Qəzetəçi: (gülür) yoooox, çörəyi.
Meyvə satan: qalanı da olır?
Qəzetəçi: ittilaat?
Meyvə satan: hə. (yanmamış siqareti damağına qoyur)...
Qəzetəçi: (bir az dayanır) güllə kimi.
Meyvə satan: (siqareti dodağından götürür) nəmənə?
Qəzetəçi: ittilaat. (bir az dayanır) qalmır. Bi təki də qalmır. Güllə kimi gedir.
Meyvə satan: (mənalı baxır) onda elə sənün də çörəyün yağdadı kı.
Qəzetəçi: hə, yaman yağdadı. (bir az dayanır) birində 10 tümən qalır ya da 20 tümən.
Meyvə satan: (mənalı gülür) min tümən?
Qəzetəçi: (gülür) təh tümən.
Meyvə satan: (mənalı gülür) hə, helə?
Qəzetəçi: hə, helə.
Meyvə satan: onda gərəy mən də hər gün birin alım.
Qəzetəçi: nəmənə?
Meyvə satan: ruznamə.
Qəzetəçi: mən bırdan gedəciyəm. (bir az dayanır) mənnən soora alarsan.
Meyvə satan: gedəcəysən?
Qəzetəçi: hə.
Meyvə satan: haçan?
Qəzetəçi: (gülür) gedəndə diyərəm. (bir az dayanır) hələ sən niyə almısan?
Meyvə satan: nə?
Qəzetəçi: ruznamə.
Meyvə satan: (yanmamış siqareti damağına qoyub, bir az dayanır. Siqareti götürür) hə.
Qəzetəçi: yanı nə, hə? Niyə almısan?
Meyvə satan: vaxtında çox aldım. Çox oxıdım. (bir az dayanır) çıbığın da yedim. (bir az dayanır. Yavaşcadan) hələ də altın çəkirəm.
Qəzetəçi: nə çəkisən?
Meyvə satan: (başını tovlayır. Siqaretli əlini qovzayıb gülümsəyir) viniston.
Qəzetəçi: hə.
Meyvə satan: (oturduğu yeşiyin altından flaksı götürür) çay içisən?
Qəzetəçi: yox.
Meyvə satan: niyə.
Qəzetəçi: helə.
 
(Qəzetəçi əlindəki qəzeti lülələyib durur qəzet- jurnalların tozunu çırpır. Meyvə satan çayı töküb qabağına qoyur. Altmış neçə yaşlı arıq bir kişi səhnəyə girir. Köynəyinin yarısı şalvarın içində, yarısı da üstündən aslanıb. Ayağının biri axsayır. Bir yumuşaq şallağa bənzəyən ipi yarısına kimi sağ əlinə dolayıb. Başmağını sürütləyərək səhnəni dörd çevrə yeriyir. Qəzetəçiylə meyvə satan ona baxırlar)

Qəzetəçi: (gülür) profsor, ruznamə almısan?
Professor: alaciyam. (əlindəki ipi axsayan qıçına çırpır) balama hər nə alaciyam.
Qəzetəçi: (gülür) nə alacağsan?
Professor: balama nə desə alaciyam. Püfəy, tüfəy, ismartiz.
Qəzetəçi: (gülür. Bir az dayanır. Yavaşca meyvə satana baxaraq, öz- özünə) axir ki bilmədü bının fəlsəfəsi nədi.
Professor: (gəlib meyvə satanın qabağında dayanır) vardı ya yoxdı?
Meyvə satan: qalıb sənə, profsor.
Professor: mən deyrəm var.
Meyvə satan: bilirəm.
Qəzetəçi: nəmənə var?
Meyvə satan: sən qarışma.
Professor: (səhnədən çıxa- çıxa qahqahayla gülür) hələ mənə deyr "yoxdı" yoxdı.
Qəzetəçi: (səndəlisində oturaraq) "yoxdı" yoxdı yan nəmənə?
Meyvə satan: (düşüncəyə dalaraq) beheştdə "yoxdı" yoxdı. (bir az dayanır) beheştdə hər nə desön var.
Qəzetəçi: yanı nə?
Meyvə satan: bını bi molla deyrmiş porofsora. (bir az dayanır) deyrmiş beheştdə "yoxdı" yoxdı. Orda hər nə desön var.
Qəzetəçi: hə.
Meyvə satan: ona görə də mütləqdi.
Qəzetəçi: nəmənə mütləqdi?
Meyvə satan: heş nə.
Qəzetəçi: heş nə yan nə?
Meyvə satan: yanı molla deyrmiş porofsora. (bir az dayanır) deyrmiş beheşt mütləqdi.
Qəzetəçi: porofsor nə deyib ona?
Meyvə satan: (siqareti ağzına qoyub götürür) deyib deməli "yoxdı" yoxdısa, onda o da mütləq dəyil. (bir az dayanır) deyib yaxçı, orda hər nə desön varsa, onda niyə "yoxdı" yoxdı.
Qəzetəçi: yanı nə?
Meyvə satan: heş nə.
Qəzetəçi: heş nə yan nə?
Meyvə satan: heş nə, fikrü qarışdırma. (bir az dayanır) çoxdan idı porofsordan xəbər yox idı.
Qəzetəçi: hə.
Meyvə satan: (bir az dayanır) diyəsən ona nəsə olıb.
Qəzetəçi: olar.
Meyvə satan: bi həftə olardı.
Qəzetəçi: olar. (bir az dayanır. Gülür) onnan nə desön baş verər.
Meyvə satan: (mənalı gülür) üş gün bınnan qabağ getmişdim yanına. (bir az dayanır) qorxırdım özimi qoolasın.
Qəzetəçi: hə, o da gəlir.
Meyvə satan: nə?
Qəzetəçi: hə. Almır kı. (bir az dayanır) baxır.
Meyvə satan: onda day sənə çörəy çıxmaz.
Qəzetəçi: hə. (bir az dayanır) bir təhər dolanırıq daaay.
Meyvə satan: (bir az dayanır) evdə dəyldi.
Qəzetəçi: kim?
Meyvə satan: porofsor.
Qəzetəçi: hardeydı?
Meyvə satan: dedilər bırdan gedib. (bir az dayanır) dedilər aparıblar.
Qəzetəçi: hara?
Meyvə satan: ayrı şəhrə.
Qəzetəçi: (gülür) olardan nə desön baş verər.
Meyvə satan: nə bilim. (bir az dayanır) yazığ.
Qəzetəçi: hərdən birin götirib beşiiyn pılın verir.
Meyvə satan: nəyin?
Qəzetəçi: ruznamənin.
Meyvə satan: hə.
Qəzetəçi: (bir az dayanır) onda görə bilmədün?
Meyvə satan: yox.
Qəzetəçi: (gülür) "yoxdı" yoxdı. Beheştdə hər nə desön var.
Meyvə satan: (mənalı gülür) onda "yox" ın özi yoxdısa, deməli hər nə də yoxdı.
Qəzetəçi: demədilər hankı şəhrə aparıblar?
Meyvə satan: yox, bilmədim.
Qəzetəçi: deyrəm axı çoxdan idı görsənmirdi.
Meyvə satan: hə.
Qəzetəçi: yazığ nəxoşdı deyrlər.
Meyvə satan: hə.
Qəzetəçi: deyrlər ki silli var elə bil.
Meyvə satan: hə.
Qəzetəçi: (gülür) balama hər nə alaciyam.
Meyvə satan: (mənalı gülür) püfəy, tüfəy, ismartiz.
Qəzetəçi: (bir az dayanır. tamsınır) ismartiz göylim istədi.
Meyvə satan: çay içisən?
Qəzetəçi: yox.
 
(Qəzeti lülələyib, boynundan köynəyinin içinə salıb kürəyini qaşıyır. Səhnədən çərəkə təsbehinin şaqqa- şuq səsi gəlir. Saçı- saqqalı uzun, arıq, gözəl görünüşlü, bir gənc oğlan səhnəyə girir. Dar şalvarlı, əynində sədəf düyməli kot. Əlində yekə çərəkə təsbehini fırıldadaraq şaqqıldadır)

Qəzetəçi: (ayağa durur) bəh- bəh, bu da dastayuski. Yar gəlir naz gəlir.
Dastayuski: (gəlib bürtkənin qabağında dayanır. Gülür) özimizdən bi şey var?
Qəzetəçi: "nəvid" nən "şəms" day gəlmir.
Dastayuski: "varlıq" necə?
Qəzetəçi: onın da təzəsi gəlmeyib.
Dastayuski: "həmşəhri" nin vijənaməsi necə? O da yoxdı?
Qəzetəçi: yox. (sağ əliylə dastayuskini aşağıdan yuxarıya süzür) həmşəhrimizin özi gəlib, görər daaay.
Dstayuski: (səhnədə yola düşərək gülür) görməsə də gördirərü.
Qəzetəçi: (dastayuskinin arxasıyca, əllərini dalına verib, bir az da kürəyini əyib yeriyir) gecədən nə xəbər?
Dastayuski: nə?
Qəzetəçi: toydan?
Dastayuski: (qollarının hamısını açıb yerində bir dönə fırıldayır) day qumar oynamiyaciyam.
Qəzetəçi: niyə?
Dastayuski: (qollarını açır) görmisən?
Qəzetəçi: nəyi?
Dastayuski: büyn əl- üzimi yumışam. (bir az dayanır. Gülür) evdən çıxanda ayniya da baxmışam.
Qəzetəçi: day nə?
Dastayuski: kot- şalvarımı da geymişəm. (bir az dayanır. əyilib aşağı baxır) başmağı da kı görisən daaay.
Qəzetəçi: (gülür) evdən çıxanda da qapını bağleyıbsan ya yox?
Dastayuski: (meyvə satanın qabağına yetişib) hələ evin duvarındakı saata da baxmışam.
Meyvə satan: (mənalı gülür) saat neçeydi?
Dastayuski: (gülür) dünənki vaxt. (gülür)
Meyvə satan: (mənalı gülür) amma hələ vaxtına qalır.
Qəzetəçi: nəyin?
Dastayuski: qəfənin. (bir az dayanır. Qəzetəçiyə sarı dönür) taxta darağ yadunda?
Qəzetəçi: yadımda.
Dastayuski: büyn onnan başımı daramışam, baaax. (bir az dayanır. Meyvə satana sarı dönür) sən bilərsən, dədəmə oxşamamışam?
Meyvə satan: (mənalı gülür) hə, özisən. (bir az dayanır) rəhmətdii.
Dastayuski: day qumar oynamiyaciyam.
Meyvə satan: yalan deysən.
Dastayuski: görəcəysən, oynamiyaciyam.
Meyvə satan: siqar necə?
Dastayuski: (gülür) yoooox, onı çəkəciyəm.
Meyvə satan: verim?
Dastayuski: hə, iki pakat.
Meyvə satan: (meyvə yeşiyi altından iki pakat marlbro çıxarıb verir. Mənalı gülür) rus olasan amrika siqarı çəkəsən.
Dastayuski: (gülür. Siqaretləri alaraq özünü şişirdib ayaq- baş göstərir. Gülür) hələ ingilis tipini demisən.
Meyvə satan: (mənalı gülür)...
Dastayuski: (bir az dayanır. Qəzetəçiyə sarı dönür) kampiyoter yadunda?
Qəzetəçi: yadımda.
Dastayuski: gecə onı da utızdım.
Qəzetəçi: yooox.
Dastayuski: hə. (bürtkəyə sarı gedir. Qəzetə- jurnalların su titrlərinə bir az baxır. əlindəki çərəkəni fırıldadıb şaqqıldadaraq səhnədən çıxa- çıxa) day getdim.
Meyvə satan: qəfiyə?
Dastayuski: qəfiyə.
Qəzetəçi: bə qumar nə?
Dastayuski: day qumar oynamiyaciyam.
 
(Dastayuski çıxan kimi professor girir səhnəyə. 10- 12 yaşlı bir uşağın əlindən yapışıb. Meyvə satanın qabağında gəlib dururlar)

Professor: bına bi moz ver.
Meyvə satan: baş üstə. (mozu verir. Bir az dayanır) bı kimdi porofsor?
Professor: (uşağa baxır) sən kimsən?
Uşaq: (baxır) ...
Professor: de daaay kimsən.
Uşaq: uşaqlığ (bir az dayanır. Baxır) sənün uşağlığun.
Professor: yaxçı, yanı nəmənə?
Uşaq: (gedib səhnənin ortasında böyrü üstə uzanır. Qıçlarını qucağına yığıb yatır) ...
Qəzetəçi: neynir bu?
Meyvə satan: sən qarışma.
Professor: (uşağa sarı gedib uşağın üstünə əyilir. Nazlayaraq) du bala. Du gedəy işə. Day yekəlibsən. (bir az dayanır) du balamsan. Qadoo alım.
Uşaq: (yerində bir az oyan- buyan olur) ...
Professor: yekəlibsən axı bala. (bir az dayanır) gecə demişdim axı. Balama hər nə alaciyam. Du gedəy.
Uşaq: (yerində qıvrılaraq yuxulu- yuxulu) hııı. Hıııı.
Professor: (ağlamsınma halında) du gedəy, başua dönim. Du, nə desön alaciyam. İşimiz tökilib qalıb.
Uşaq: (yuxulu- yuxulu) getmirəm mən. Yatıram mən. Gəlmirəm. Getmirəm.
Professor: (ağlamaqla) gecə danışmışduğ axı. Du, qadon dəysin canıma. Balama hər nə alaciyam. Püfəy...
Meyvə satan: tüfəy...
Qəzetəçi: ismartiz.
Uşaq: istəmirəm. Yatıram. Gəlmirəm. Getmirəm.
Professor: (sağ əlindəki iplə uşağın qıçlarına vuraraq acıqla) cəhənnəmə yatısan, gora yatısan. Yat nə qədər yatacağsan. Küçiyin biri küçiy. (bir az dayanır) deysən birin də gətirim lay- layu da çalsın.
Meyvə satan: (öz- özünə yavaşca) lay- lay bala lay- lay. Yat qal dala lay- lay.
Uşaq: (durub qaça- qaça səhnədən çıxaraq) heş yatmıram. Gedirəm. Yox, getmirəm. Gedirəm.
Professor: (səhnədən çıxa- çıxa qahqahayla gülür) balama hər zad alaciyam. Püfəy...
Meyvə satan: (oturduğu yerdə yumuruğunu düyünləyir) tüfəy...
Qəzetəçi: (tamsınır) ismartiz.
Meyvə satan: (bir az dayanır) day bı axir dəfə olar onı görürü.
Qəzetəçi: olar.
Meyvə satan: o day ölər.
Qəzetəçi: onnan nə desön baş verər. (bir az dayanır) ölər də.
Meyvə satan: (mənalı baxır) hə.
Qəzetəçi: o ölsə porofsorumuz olmaz.
Meyvə satan: elə bil heç əvvəlinnən yox imış.
Qəzetəçi: "yoxdı" yoxdı.
Meyvə satan: (düşncəyə dalaraq) "yox" yox olsa da "yox"dı, var olsa da "yox"dı.
Qəzetəçi: yazığ.
Meyvə satan: hə. (bir az dayanır) amma qabağ belə dəyldi.
Qəzetəçi: hə, deyrlər.
Meyvə satan: mən görmişdim.
Qəzetəçi: day görməzsən.
Meyvə satan: deməy olmaz.
Qəzetəçi: hə, olmaz.
Meyvə satan: helələrin nə əvvəlidi, nə axiri.
Qəzetəçi: hə.
Meyvə satan: amma hələ bi müddət getdi. (bir az dayanır) gələnə oxşamır.
Qəzetəçi: deməy olmaz.
Meyvə satan: hə, deməy olmaz.
 
(İkisi də əl- ələ verib səhnənin ucuna gəlirlər)

Birlikdə: zaman çox şeyi həll elər. Deməy olmaz.
 
SON

1389/ 3/ 26- 27 (2010)

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.