Ömər Xəyyam - Motal şoru, alça, gilas, bir də araq al gəl
27.06.14

Avanqard.net gənc şair Ömər Xəyyamın yeni şeirlərini təqdim edir.












ATAMIN MƏZARI ÜSTÜNDƏ BİR PALID AĞACI BİTİB

İndi bildim tək ağaclar nə çəkir,
Yarpağları danışır öz-özünə..
Budağından pay verdiyi adamlar,
Uzaqlarda isinirlər közünə. .
sinəsində yuva sala bir çüt də quş tərslikdən.
Bax...anaları necə qaçır bala səsinə..
O üşüyər təklikdən...
O üşüyər,
O üşüyər, ev olar bir qarışqa ailəsinə.
Deyirəm, o boyda ağac olasan,
Gözlərin də olmaya ağlamağa.
Darıxmışam, gəlmişəm görüşünə,
Qollarında yoxdu qucaqlamağa.
Bir nəfərin ola, qucaqlamağa,
Qucağlaya bilməyəsən, ay Allah.
Gozlərin də olmaya ağlamağa,
Ağlaya bilməyəsən, ay Allah.
Yalvarırdım qəbrinə
O vaxt gəlib
Babamın,
Sən Allaha de orda, qoy atamı aparmasın.
Sən allaha yaxınsan, yalvarıram,
Onu məndən qoparmasın.
Rəhmətliyin qulağları
o vaxtdan zəif olub,
Bir az da araya daş-torpaq dolub.
Eşitmədi-apardılar atamı,
Dünya boyda adamı.
Qəbristanda
bir adam ağac olub.
Atam ağac olub...
Bu tənha ağac məzar olub ya da.
Allah, bütün məzarlar ağac olsun,
Kölgə salsın dünyada...
Sapı özündən olan baltalar-
baltaladı adamı,
Basdırdılar,
bir ağac kimi bitdi.
Bir məzara yerləşməyən atamı,
bu dunyanın
hakimi-
qaldırdı bir ağac kimi..




POXMEL SƏTİRLƏR -1

bircə çiçək bitirməyən
məzarında bir insanın-
gül bitirən qara torpaq..
dünyanın bir az sən olan hər yeri.
bir az ağac bir az yarpaq..
unutduğunu da unuda bilən dahi
yenicə doğulmuş körpə ətiri.
sənsizlikdə Sən yaradan İlahi..
bütün bunlardan bir az..
sənsizliyə beş dəqiqə işləyir,
Heçkəsləşmişəm...
Lap unutqan olmuşam,
Özümü səndə qoyub gəlmişəm..
biraz adam olmaq istəyirəm..
bir az qoyun mələşməsi..
bütün bunlardan bir az..
boş ver əşi..
At zibilə
səndə qalan Məni də
Gəl unudaq Bakısayağı,
Siqaret, turşu-xiyar
tut arağı..
mən gəlmirəm,
vallah sən də qayıtma.
Sənin adına da süzmüşəm,
Götür vuraq,
soyutma.



POXMEL SƏTİRLƏR -2

İnsan nağılı bitir
doğulduğu gün..
Xəstəxanadan özünü
ölümə daşıyırsan..
Yaşamaq üğrunda
ölürsən hər gün.
Ölmək üçün yaşayırsan.
biraz belə çətindi.
-təkcə kardioqramma
ürəkdən gələn mətndi.
Bir az maskayla,
Bir az yalanla
Gedir insan sabaha..
Deyirəm durub öləsən,
Ölməməkçün bir daha.
bütün uşaqların arzularını
yığıb ciblərinə,
aparasan Allaha.



POXMEL SƏTİRLƏR-3

Kənddən gəlmiş Ana payı,
Motal şoru, alça, gilas.
Bir də araq al gəl,
Şeir deyim, sən qulaq as.
Arzuya bax sevgilim, tellərindən incəmi?
Söylə ürəyincəmi?
Bir az evcik- evcik
oynayaq,
Biraz gizlənqaç..
Mən yumum, gizlən-
qaç…
Keçmişimi qucaqlayım,
Hönkürüb ağlayım.
Arzuya bax sevgilim, tellərinden incəmi?
Söylə ürəyincəmi?
Dizlərində yuxuluyum,
Nağıl kimi səsinlə...
saçlarını qoxuluyum,
doldurum içimə səni-
nəfəsimlə..
Arzuya bax sevgilim tellərindən incəmi?
Söylə ürəyincəmi?
Günəşdə gizlənək, yağışda islanaq,
Dur, paltarımı yu.
biraz evi yığışdır.
Romantika bir yana,
ay bu çiçək, bu günəş,
bu yağışdı.
Ay nə bilim Leyla belə sevir,
Məcnun belə sevişir
Sən canın dur, yemək bişir.
Arabir gəl ağlayaq,
arabir gəl sevinək.
Beləyəm, nə aldadım?
Dur, get, canım evinə,
Biraz yatım…
Arzuya bax sevgilim, tellərindən incəmi?
Söylə ürəyincəmi?



***

Sən,
intihar kimisən.
bircə dəfə olsa da
düşündüyü hər kəsin...
Hamı düşünər-
cəhd etməz..
Verməz sənə son nəfəsin.
Sən, bal arısı qəzəbi,
Sancdımı, ölər.
Sən, Allah kimisən,
Mən,
Cəhənnəmində kölə.
Sən,
ən son ümidimsən
ümidlərin ən sonuncu ölməyinə,
Ən sonuncu ümidin
yaşamağı nə, ölməyi nə?..



***

Ölüm, bir çiçəkdə dirilim,
Qurban ola bu anıma min ilim.
Qoy çürüyüm,
bir çiçəyə yurd olum.
İt olum, qurd olum.
Qorxuram nəfər olmaqdan,
nəfərlərdən qorxuram.
Şəhərlərdən qorxuram.
Bir quş olam
yarısökük yuvada.
Yadaki
yağışlı havada
torpağın ətri.
Yarpaq olam,
yağışlarda
- çiyələk çətri.
Oğrusu yox, yalanı yox,
Heyvan olum.
Qoşulub dəvələrə
karvan olum.
Beynimin olmağı-
vallah mənə əzabdı.
bu nə sınaq, nə hesabdı?!
Heyvan dili bilsəydim,
Beyinimi satardım.
Pəncə yalayıb ayı kimi,
düz bir ömür yatardım.
Gözlərimi verərəm,
Yarasa yarasaya.
İstəmirəm görüm..
dönüm-
Marsa, Aya.
Necə gəlmişəm, bura haradı?
xarabadı.
Bircə addım..
Bircə addım qalıb bəlkə
adam olum.
Adam dolu
bütün dünya.
Nə olacaq
mən olmazsam guya?
Ya dünya təzədi,ya mən köhnəyəm.
Bilmirəm nəyəm.
Yavaş-yavaş adamlığa yoluxuram.
Qoymayın dostlar,
adam olmaqdan,
Yaman qorxuram..

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.