Xəyalə Sevil - Hamı öləndə yerə düşür
17.06.14









Hamı öləndə yerə düşür

Bəyaz-bəyaz saçlarıdı
Buludlar göy üzünün.
Ah! Qocalıb...
Göydən düşür göy də,
Budu hüzünüm.

Çəkir nəfəsini sonuncu dəfə,
Hörümçək tor qurub,
Nəfəsi tora düşür.
Və söyləyir vəsiyyətini:
“İnsan oğlu,
Çox qalxma göyə,
Hamı öləndə yerə düşür”


Göyün üzü göy divardı

Axşam düşür.
Qaranlıq pərdə kimi
Çəkilir pəncərəmə,
Qaralır evimin rəngi
Və tənhalıq başlayır...
Tavanı çökmüş evdi gözüm,
Damır, damır yanağıma.
Üzü sənə sarı
Yol da uzanıb,
Böyüyüb ayağıma.
Eeeh! Bircə bacarasan ölməyi,
Gözlərini sulu çəkəsən
Sənsiz, quru dunyadan.
Heyif...
Göyün üzü göy divardı,
Çıxmaq olmur bu dünyadan.



Yenə yarpaqlar tökülür

Yenə yarpaqlar tökülür,
Yenə ürəyim bükülür
Ağacların dərdi ilə.
Mən bilməzdim ağır olur ,
Ağacların dərdi belə.
Sarı yarpaq,
Gözüm quru budağından qəm çəkir.
Yaşıl-yaşıl cavanlığın xatirə ,
Sarı-sarı qocalığın qəm çəkir.
Yorulmusan,
Yorğun-yorğun qurumusan,
Bəxdin açılmayıb, deyən,
Budaqlarda qarımısan.
Ümidlərin daşlaşıbdı, uçulubdu,
Bəxdin nə pis açılıbdı,
Sarı yarpaq.
Qara-qara torpaqların yarı yarpaq,
Sən torpaqdan yarımısan.


Avanqard.net

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.