Afaq Yusifli - Və belə...
16.06.14

Hekyə

Həmişə sənə çatmaq istəmək, daim səninlə  birgə olmaq, səni özündə hiss etmək, xoşbəxtliyin zirvəsində səni görmək. O xoşbəxtlik ki, sənə çatana qədər sənə əks olan hər şeyin acısını duymağa, səndən uzaqlaşmağa, bəzən səndən,verdiyin kədərdən ,əzabdan bezib hər şeyindən əl  çəkməyə məcbur edirsən. Niyə?
Qərar verdim... Vəssalam... Daha o yoxdur, olmayacaq... Çoxlarının uğur, xoşbəxtlik dedikləri başqa şeylərdə də var. O sənin qədər acı vermir. Əzmir, əzrdirmir.
Qərar verdim... Artıq səni məhv edəcəyəm... Sən unudulmağa məhkumsan. Yox ol məndən!
    Budur artıq... Bacarıram deyəsən.
Bəli. Başqa şeylərə baxıram artıq. Dünya rəngləri gözümdə dəyişib. Maraqlarımı dəyişməyi bacardım.
Bax! Bax! Mən artıq uğurluyam. Hamı məni dəstəkləyir. Fərqlənirəm... Seçilirəm... O əzab vermir... O xoşbəxt edir... O güldürür.
Bax mənə! Sən mənə gəlmədin. Məni görmədin. Başqalarını qiymətləndirdin. Get! O başqaları, o da sən! Mən sənə gəldim, gəldim. 6 illik hər gecə yuxuya getmək üçün xəyalım oldun. Yıxdın məni. Durdum. ”Yaralı-yaralı” sənə qaçdım. İncitdin. Dözdüm.
Baxdın mənə! Yaralı halda sənə gəlirdim. Büdrədim. Zərbə aldım.
- Mənə baxıb güldünmü? Halıma acıdınmı?
- Bəli, güldün. Yazığın gəldi. Amma başa düşmədin!
  - Sənə gələn yolda aldığım yaraları sarıdınmı? Sağaltdınmı?
   İndi get! İstəmirəm səni!
- Buyurun, xanım.
- Siz bügün möhtəşəm idiniz.
- Ən uğurlu çıxış sizinki oldu.
- Sizin parlaq gələcəyiniz var...
   Eşit! Duy! İstəmirəm daha səni! Həyatımın mənası deyilsən artıq. Sənsiz də bacaracağam. Xoşbəxtliyimin ünvanını tapacağam.
                                                     
***
 
- Gəl. Gəl də! Bugün bu küçədən gedək. Həmişə eyni yerdən getməyəcəyik ki?
- Buradan gecikmərik ki?
- Yox, demək olar ki, eyni yoldur.
- Bax, burada nə gözəl mağazalar var. Gəl baxaq.
- Yox, mən onlarla maraqlanmıram.
- Onda bizi burada gözlə.
                                          
***
  
Ana! Ana! Buna bax. Mən bu rəngi istəyirəm. Gör necə gözəldir. Al bunu mənə!
- İlahi, bu necə gözəl qızcığazdır. Bu necə məsumluq, bu necə saflıq. Sadəlik və o sadəliyin daşıdığı ali gözəllik.
 - Hə, qızım, gəl baxaq.
- Sən yenə gəlmək istəmirsən mağazaya? Xoşuna gələcək.
- Yox, yox. Siz baxın. Mənə belə də yaxşıdır.
- Tanrım, bu nə gözəl gözlər!
- Ana, gedək də tələs!
   Mən bir küçəni keçdim. Ətrafda hər yer sanki yoxdur. Qaranlıqdır. Boşdur. Məsumluğun, saflığın olduğu təkcə dünya var sanki. O balaca qızcığazın dünyası və onu izləyən mən! Budur, o öz anasının əlindən tutaraq can atdığı mağazaya girdi.
  - Aman Allah! Yenə sən?! Nə vaxta qədər məni izləyəcəksən? Sənə yaxınlaşsam əlini mənə uzatmazsan. Əslində mənə nə qədər yaxınsansa, bir o qədər uzaqdan da uzaqsan. Ya mənə qovuş,ya məndən uzaqlaş!
  - İlahi, ”o” və “o” . Saflıq, sadəlik, gözəllik dünyam rəngli dünyama qovuşarkən.
O necə də xoşbəxtdir. Orada pul, maddiyyat, zənginlik yoxsa da rənglər, boyalar var.
   - Ana, bunu alaq. Nə olar bunu da! Ana, bir az da burada qalım.
Bəli, ən böyük xoşbəxtlik insanın özünü tanıması və nə istədiyini, qəlbinin dərinliyini də bilə bilməsidir. Yox! Yox! Bu əslində bədbəxtlikdir.
Mən xoşbəxtəm. Mən uğurluyam. Mənimlə fəxr edirlər. Mən işimi sevirəm. Mən xoşbəxtəm? Mən uğurluyam? Mən o uğuru istəyirəm? Mən olduğum yerdəyəm? Və mən bu işimi sevirəm? Mənim hər şeyim var, amma bu təsəllidir. Çünki mənim əslində heç nəyim yoxdur.
   -Ana,mənə nə qədər karandaş alacaqsan?Neçə fırça aldın?Boyalarıma baxım hələ.
Yox! Məndə “hər şey” var, amma sən yoxsan. Mənim hər şeyim məndə yoxdur. Sən yoxsan. O uşaqda olan xoşbəxtlik məndə yoxdur. Çünki məndə sən yoxsan, mənim arzum. Gəl mənə! O xoşbəxtdir. Nə istədiyini bilir və dəstəklənir.(?)
Gəl! Mənim dəstəyim sən ol. Mənim mənam sən ol. Al  əlimdən indiki “uğurlarımı”. Apar məni istədiyin yerə. Qərq olum boyalar, rənglər, fırçalar, məsumluq, sadəlik dünyana.
  Mənim uşaqlıq arzum...
                                                                                                                                          12.05.2014  
 

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.