Sərdar Amin - Ədəbiyyata “xala yanaşması” və ya “əyləncə ədəbiyyatı”
10.06.14

Kitabxanaçı xalalardan biriylə danışırdım, ötən gündü, xatırlamıram, yəqin hansısa kitabın yerini soruşurdum, xala dedi ki, oğlum, “əyləncə ədəbiyyatı” ikinci mərtəbədə olur. Çaşıb qaldım. Sonra anladım ki, bu kitab qənim olmuş bədii ədəbiyyata əyləncə ədəbiyyatı deyirmiş. Bu ədəbiyyata “xala yanaşması”dır, hansı ki, bu xalaların əsas işi kitabxanaçılıq deyil, onlar özlərini yaşadığı bina evlərinin həyətə kölgə saldığı saatlarda ən son xalatlarını geyinib və bu xalatların kenquri kisəsindən çox da balaca olmayan ciblərini ağzına qədər “bomba beloçka” ilə doldurub ərlərini gözlədiyi saatlarda tapırlar; siçovula “mışovul”, “spiçka”ya “ibişkə” deyirlər.

Nə yazıq ki, bu gün ədəbi gündəmi zəbt edən –cəhənnəm, türklərin ərəblərdən oğurlayıb dediyi kimi fəth edən - əsərlərində ciddi bir obraz yarada bilməsə də tay-tuşları arasında bığla, saqqalla, kədərli fotoşəkillərlə, məzəli “köşə”lərlə, qaldırdqıları “rumka”larla, aşırdıqları “butulka”larla ciddi yazar obrazı yaratmağı bacaran şəxs və ya şəxslər də ədəbiyyata “xala yanaşması”göstərir; əndirəbadi cümlələr, boğazdanyuxarı-qurşaqdanaşağı ifadələr, mərkəzi-aran, qazax-beyləqan dialektini ədəbiyyatda səmimiyyət şablonu sayaraq ədəbi mühitin mərkəzində araq içməklə məşğuldurlar – gözlərini yumurlar, ağızlarını açırlar. “Bə mən nə edim?”, “Ta mən niyə yazım?”, “Siz yazırsız dana!”

Hansısa bir yazarın nənəsi bu şivələrdən istifadə edibsə,təbii ki, həmin yazarüçün səmimi dialoq anlayışı belə söhbətlərdən artıq olmayacaq. Amma bu ifadəni  “ədəbi dil”, “nümunəvi yazılı ifadə”, “axıcı yazar dili” kimi təqdim edəndə bir az diqqətli olmaq lazımdı–yenə türklər demişkən “ohaa!” Azərbaycan dili təkcə bu dialektdən ibarət deyil, hər yazar doğulduğu bölgənin dialektini çiyninə şələləyib ədəbiyyata sürükləsə, Azərbaycan ədəbiyyatı “çiləkən” bağlayar. Yeri gəlmişkən “çiləkən” də pis söz deyil ha!

Bu azmış kimi bəhs etdiyim “şivə söz pəhləvanları” mətnlərində ədəbi dil normalarını pozmamağa çalışan gənclərin kürəyinə də “dili axıcı deyil”, “dili bərbaddı”, “kiatbdangəlmə cümlələr yazır” kimi namərd atəşi açır.

“Xala yanaşması”ndan danışırdım axı, gerçək ədəbiyyatın yalnız “butulka”nın dibində olduğunu güman edən bu elita təkcə kənd həyatından qaynaqlanan, palçıqda çərəyan edən məişət  hadisələrindən bəhs edən, bayağı sujet xəttinə malik yazılardan xoşlanır və bunları ədəbiyyatın ən yüksək gözünə qoyurlar – yetər ki, yazı dili “şirin”, məzəli, mətn anlaşıqlı olsun.
Həyatdı da, bir də görürsən səmum yelinin yetirdiyi bir nəfər ədəbiyyata yeni forma, yeni düşüncə, yeni estetika gətirməyə çalışır, dilin sərhədlərinə kobud-kobud zərbələr vurur, bu “qoçaq”lar da - hansı ki, folklorun içində çabalayır, bəzliləri heç narahat olub çabalamır, ağnayır, həmən səmum yelinin gətirdiyi o ürkəyin boynunu qaranlıq damda göyərçin boynu üzən kimi üzürlər. Sonra yenə süzürlər...

Belə əzizlərim...


Avanqard.net

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.