Xanım Aydın - Qucaqla bərk-bərk, sənindi ürək!

03.06.14













“HƏYAT BELƏDİR”


Mən səni sevəndə sevdim izinsiz,
Bəlkə də ömrünə gəlmişdim yersiz!
İndisə gedirəm səssiz, səmirsiz
Səndə nə günah var, həyat belədir!

Hələ doğulmayıb düzəni pozan,
Bu həyat oyunu mənsə uduzan.
Demək belə yazıb taleyi yazan
Səndə nə günah var, həyat belədir.

Sənə xoşbəxtliklər arzulayaraq,
Qəlbimi dərindən yaralayaraq
Deyirəm hər şeyi mən anlayaraq
Səndə günah var, həyat belədir!



"SİNƏNDƏ MƏLƏYƏM"


Sinəndə mələyəm qanadım kövrək,
Toxunur qəlbinə qəlbim çox titrək.
Buraxma səmaya sən məni bir də,
Qucaqla bərk-bərk, sənindi ürək!    

Gözlərim boyayıb dünyanı hər rəng,
Sənin gözlərinçün necə rəngbərəng,
Mənim gözlərimlə bax sən dünyaya
Gözlərim gözündə tapacaq ahəng!

Əllərin titrəsin məni oxşarkən,
Dilin dolaşsın Xanım söylərkən
Bütün hisslərini sər ayağıma
Mən sənin yanına eşqlə gələrkən!
Sinəndə mələyəm, məni buraxma!


RƏSSAM!

Əlində fırça üst-başı rəngli-boyalı rəssam!
Gördüyünü, duyduğunu kağıza boyayan havalı rəssam!
Sən xoşbəxtsən xəbərin yox, ürəyim yaralı, rəssam!
Sən yenə şəkil çəkirsən, mənsə dərd çəkirəm, rəssam!
Gözün baxır, fikrin harda dolaşır hərcayi, rəssam?
Xəyalında politranın min rəngi fırlanır, rəssam!    
 Düşünmə ki mən görmürəm, bilirəm ki uzaqdasan.
Bir əlində fırça, birində ucuz siqaret...
Tüstü bürüyüb otaqda sənin o geniş dünyanı...
Sən yenə siqaret çəkirsən, mənsə dərd çəkirəm, rəssam!
Qəlbimdən bütün keçəni çevirdim, döndərdim sözə,
Oğul istərəm mən dözənə igid olub o da dözə.
Bu dünyada hamı çəkir özünə uyğun  hər nəsə...
Sənsə şəkil çəkirsən, mənsə yenə dərd çəkirəm, rəssam!
....mənsə yenə dərd çəkirəm, rəssam....


Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.