Nicat Həşimzadə - Eşcinsəllərin nigahı
21.05.14

Hekayə

Şərqin axmaq mental qaydaları onları bezdirsə də Həsənlə Əli biri-birilərini sevirdilər. Lakin amansız Şərq despotizmi onları öz hisslərini gizli saxlamağa məcbur edirdi. Cəmiyətdən qaçır, gizl görüşürdülər. Ən çox da doğma ailələrindən qorxurdular. İslam təfəkküründə eyni-cinslilərin sevgi münasibətləri qəbul olunmur, əksinə rəzillik hesab olunurdu. Əslində heç bir  təriqət eşcinsəllik anyalışına normal münasibət bəsləmir. Bəzən Həsən halından şikayətlənərək deyinirdi: “ Əgər İslam dini insan azadlığı anlayışını qəbul edirsə, bəs hansı səbəblərə görə bizim hisslərimiz gizli qalmağa məhkumdur. Əli çox  zaman onu sakitləşdirirdi: “Bütün  dinlər   hakim  zümrələrin  mənafeyi  naminə yaradılıb”,  Hammurapi  məcəlləsindən, Drakon qanunlarından  xristianlığa, islama qədər bütün qanunlar   toplusu  və  hətta  müasir  dövrün   konstitusiyaları  belə.

Sivil ölkələrdə  homoseksuallıq, translıq anlayışı normal qəbul edilsə də, Şərq  hələ çox   geridə qalmış, dinin gətirdiyi fanatizmə uymuş, bu səbəbə görə də intelektual cəmiyyət yarada bilməmişdi. İnsanları məscidlərə gedib ibadət etməyə sövq edən müsəlman liderləri özləri qadın alveri ilə məşğul olur, sonra da utanmadan deyirdilər ki, qızlarımızı fahişə olmaqdan xilas edirik. Hətta bəzən siğə məsələsini də gözə soxurdular. Əslində bu liderlər heç zaman  istəmirdilər ki, onların xalqı  intelektual olsun. Çünki, savadlı cəmiyyətin tələbləri də böyük olur.

1970-ci illərdən indiki dövrə  qədər dörd mindən çox insan homoseksualizm maddəsi ilə edam edilib. Sudan, Yəmən, Səudiyyə Ərəbistanı kimi müsəlman ölkələrində isə homoseksuallara və translara qırmanc cəzası verilirdi. Bu fakt Şərqin insan  hisslərinə olan  hörmətsizliyini göstərir. Platonun düşüncələrinə görə insanlar cinsi  təsnifatlara  bölünməzdən əvvəl  ikicinsli androginlər mövcud olub. Lakin Tanrı androginlərin nəsilartırmaq qabiliyyətinin olmadığını gördükdən sonra insanları cinslərə ayırıb. Platon həmçinin homoseksual sevginin İlahi qüvvəyə yaxınlaşacaq qədər ülvi, müqəddəs  duyğu  olduğunu  bildirib.  İntelektual  ölkələrdə insanları  dini, milli,  irqi  mənsubiyyətlərə bölmək  tərbiyəsizlik sayılır.

Həsənlə Əli Suriyada yaşayırdılar. Qərar vermişdilər ki, təqiblərdən xilas olmaq üçün İsrailə qaçacaq, yeni həyata başlayacaqlar. Lakin doğma ailə üzvləri ilə  vidalaşmadan ayrılmaq, onları tərk etmək çətin idi. Bunu edə bilməzdilər, sirrləri bəlli olardı. Əli  bəzi anlarda  düşünürdü:
- Tanrı bütün axmaq liderləri  müsəlmanlar üçün yaradıb sanki, İsrailin “uşağı” xalqı bir-birinə qırdırır. Tanrınınsa daha vacib işləri var  yəqin.

Yəhudi keşiş böyük həvəslə kəbinlərini  kəsdi. Əgər günahınız varsa da cəzanızı Tanrı verəcək, - dedi. Əslində  sevindi. Dünyanın gedişi mənsub olduğu xalqın istəyinə uyğun idi. Qatı ateist olan yəhudi keşiş nigah mərasimini rəsmiləşdirməkdə də gənclərə kömək etdi. Uzun sürmədi  xoşbəxtlikləri.

“Saqqallı qardaşlar” tərəfindən  güllələndilər. Dünyanın hər yerinə  qolları uzanırdı  “Saqqallı  qardaşların”.

Dörd  əsr  sonra  Həsənlə  Əlinin  nigah  tarixi  “Eşcinsəllərin nigah  günü ”  kimi  tarixə   düşdü. Dünya eşcinsəlləri məhz həmin gündə izdivac qura bilərdilər . 25-ci  əsr  olmasına  baxmayaraq  bəşəriyyət  hələ də özünü  dərk  etmirdi .

Qeyd: Hekayədəki  "Saqqallı  qardaşlar" şərti  addır.



Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.