Aqşin Evrən - Sevgi məktubumuzu da nisyə dəftərinə yazdıq
13.05.14

Gün var qəsrə bərabər
 

(Çingiz Aytmatov üçün)

Elə bu sabah Qazaxıstan çöllərində
bir atom bombası siqaret yandırdı,
Qızılı dişlərini qabardıb tüstü üfürdü səmaya
elə bu sabah
 
Elə bu sabah
pensiyasını corabına qoyan sonuncu nənə də öldü
Daha pulun da dadı-duzu qalmadı...
Və anamın dizlərindəki duz ağrı verdikcə,
Nənəm süfrəmizdəki son çimdik duzu başıma çevirdikcə
bütün duz yataqlarında zorlanırdı uşaqlığım...
İndi mənim ən doğmalarımla da aramda bircə bağ qalıb:
Uzaqlığım.

Hər şey elə bu sabah baş verdi...

Elə bu sabah
uşaqlığımı oraya – ilk dəfə meyvə oğurladığım nar ağacına bağlayıb qaçdım
Dalımca ağlayıb dabanlarını “Yer”ə döydü uşaqlığım,
Anam məni aldatdı ki, zəlzələdir bu
Gübrəli göz yaşım axıb böyütdü ağacı
Fındıq dabanlarım üyütdü nəhəng Yer kürəsini
...böyüdü ağac və uşaqlığım ipdən asılı qaldı
Beləcə, nar ağacı dönüb oldu dar ağacı
elə bu sabah

Hər şey elə bu sabah baş verdi...

Elə bu sabah
atam ayaqqabımı geyinəndə öyrəndim ki,
əslində, mən böyümürəm, atam qocalır
Elə bu sabah öyrəndim ki,
əslində, pis hərəkətimiz zamanı atamız bizə şillə vurmur,
Doğru gələcək üçün üzümüzdə əl çalır

Hər şey elə bu sabah baş verdi...

Elə bu sabah öyrəndim ki,
atamla anam ayrılanda oxuyubmuşam
Gülüstan müqaviləsini
Mən parfüm vitrinlərində axtarmışam ana qoxusunu
Mən pampers reklamlarında eşitmişəm ana səsini
 
Hər şey elə bu sabah baş verdi...
 
Elə bu sabah öyrəndim ki,
Torpağını bütöv saxlamaq üçün əlinin yarısını itiribmiş atam
daha yaxşı qardaş qazanmaq üçün ərə gedibmiş bacım
Elə bu sabah öyrəndim ki,
Yer kürəsi günəş ətrafında fırlanmaqla
bizə bir şeyi demək istəyir:
“Qaçın!
İnsanlar qaçın!”


Yeraltı çaylar dənizə axır


Uşaqlığı qocalar evində
Qocalığı uşaq evində keçən bir ömürəm, maestro
Köhnə şalvarımın cibindən çıxan 20 qəpiyə sevinmək
Oğlumun aldığı təzə çəliklə şikəst qalmaq olub peşəm
Mən qucağına körpə alıb bətninə körpə ala bilməyən anayam
Mən südəmər körpənin ağzında kəsilən döşəm
 
Qocalıq...
Bu məğlubun yaşadığı otel – ölü Mədain xarabaları
Sürülməmiş qəzaya uğrayan ilk maşınlar – əlil arabaları
Yəni ayaqların itirmiş bir şagirdə ayaqqabı ölçüsü
sıradan bir rəqəmdi, iki aldığı riyaziyyatdı
Doğmaların torpaqda gizlənməsi  ən dəhşətli gizlənqaç,
ən dəhşətli zarafatdı

Həvvanın dişlədiyi qadağan olunmuş meyvədir
Nyutonun başına düşən alma
Bəlkə də, budur kişi və qadın arasındakı cəzbetmənin sirri
Bəlkə də, İsaak Nyutondur Həvvanın məşuqu,
yaradılışın Adəm peyğəmbəri.
Deyirlər, Allah dünyanı altı günə yaradıb
Mənsə yeddinci gün, yəni bazar günü doğulmuşam
Bəlkə də, elə bu səbəbdən Allahla rastlaşmamışam

Növlərin mənşəyində suda-quşda yaşayandı insan
yəni, yatağında duş qəbul etməkdi ağlamaq
Maestro, vallah, dərd o deyil ki, ölürsən
Dərd odur ki, ilk ehtiraslandırdığın qadın meyitini yuyan ölüyuyandı,
gözəl bir mürdəşirdi

Nə bir qram az, nə bir qram çox:
yaşam boyu hamamda tökdüyün kir qədər torpaq tökərlər məzarına
Qayda budur: Ateistlər də kapitalist ölürlər
Əslində, qız uşağı doğan qadınlar leqal feministdilər

Terroristlərin göbəyi saatlı bombanın yanlış məftili kimi kəsilər
Yəni bir körpənin 10-a kimi sayması
başqa birinin son 10 saniyəsi olur bəzən
Bəzən insan yaşa dolmur, yaşla dolur
Yəni bizim yaşımız  həmişə torbada qalan lotereya rəqəmləridi
Maestro,
kainatın ən müqəddəs rəqəmləri  pampers nömrələridi.

Son sevgi məktubumuzu da nisyə dəftərinə yazdıq
bu, ölüb getmiş müştəridən qalan əbədi borcdu
İmsakda göz yaşımızı içməklə,
iftarda öz içimizi yeməklə
Bizim orqanizmimiz xoşbəxtliyə orucdu

Mədəni edamdı,
ən ağrılı pəhrizdi
qadının sevdiyi kişini bədənindən arıqlaması
Ömrü yaşamaq deyil, ömrü ölməkdi,
Tanrını yamsılamaqdı kişi tənhalığı
Çünki elə yarandığı gün kişini qabırğa şəklində tərk etmişdi qadın.

/1937.az/

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.