Cəlil Cavanşir - Nənə, məni bağışla
09.04.14

Dünyada məni hamıdan çox və təmənnasız sevən insanı-nənəmi itirdim. Gözümü açandan, ağlım kəsəndən nənəmi narahat, qayğılı görmüşəm. Hamı üçün, hər kəs üçün narahat olmağı vardı nur üzlü nənəmin. Əzizlərinin, doğmalarının qayğısı onu bir an da tərk etmirdi...
 
...Nənəm əlil idi. Gəzəndə bir ayağını çəkirdi. Atamın altı yaşı olanda dünyasını dəyişən babamın üçüncü həyat yoldaşı idi. Babamdan 25 yaş kiçik imiş ərə gedəndə. Cəmi 30-31 yaşında dul qalmışdı üç uşaqla. Üstü torpaqla örtülmüş, yağış yağanda divarları yosun bağlayan bir otaqlı daxmada üç yetim böyütmüşdü.
 
Biz hələ kiril əlifbasında oxuyanda nənəm latın əlifbası ilə, əyri-üyrü xətlərlə ancaq adını yaza bilirdi. Amma oxumağa, təhsilə çox önəm verirdi. Atamı min bir əziyyətlə oxutmuşdu. Min bir əziyyətlə o torpaq daxmanın yerində ev tikib, qızlarını ərə vermiş, atamı evləndirmişdi. Ən böyük arzusu məni də atam kimi müəllim görmək idi...
 
...Yeni tikilən evi şənləndirən ilk nəvəsi mən olduğum üçün onun həyatında yerim tamam başqaydı...
 
Mən əsgərlikdə olanda hər gün gizli-gizli ağlayırmış. Xoşladığım, sevdiyim yeməklər bişiriləndə bir bəhanə tapıb hamının iştahasını küsdürürmüş: “Cəlil qərib yerdədir, onun istədiyi yeməyi niyə bişirmisiniz?”
 
...Tələbəlik illərimin dadı-duzu idi nənəm. Valideynlərim cibimə nə qədər pul qoyur-qoysun, nənəmin hamıdan gizlicə ovcuma sıxışdırdığı 3-5 manat mənə Hatəmin xəzinəsi kimi qiymətli görünürdü...
 
...Oxuya bilməsə də yazılarım çap olunan qəzetləri səliqə ilə yastığının altında saxlayırdı. Kitablarımı öpüb, evin ən görməli yerinə qoyurdu...
 
...Toyumda xəstələnmişdi. Bakıya, məclisə gələ bilmədi. Toyun səhəri günü qucaqlayıb gileyləndim. “Başqa vaxt deyirsən ki, sən mənim birdənəmsən, səni çox istəyirəm. Niyə toyuma gəlmədin, niyə xeyir-dua vermədin, ay nənə? ” Heç nə demədi. Susdu.
 
Amma məndən sonra ailə quran beş nəvəsinin heç birinin toyuna getmədi...
 
...Evliliyimin ilk aylarında onun təqaüd kartıyla dolandım. Evə alınan konfetdən, şirniyyatdan, bağçadakı meyvələrdən mütləq payımı saxlayardı. Və onun saxladığı, ayırdığı pay bir başqa dadardı...
 
Qulaqları yaxşı eşitmədiyi üçün evdəki söhbətlərə qəribə, maraqlı reaksiyalar verirdi. Məni isə pıçıltımdan, baxışımdan anlayırdı...
 
...Sonuncu bayram tətilində yanındaydım. Xəstələnmişdi. Rahat nəfəs ala bilmir, dayanmadan öskürürdü. Amma mən söhbətə tutanda halı yaxşılaşır, uzun-uzun öyüd nəsihət verirdi. Zarafata salıb valideynlərimin qeybətini də elədim. Deyib-güldük...
 
O qədər qayğıkeş idi ki...
 
Nəvazişləri yadıma düşdükcə boğazım düyünlənir, boğuluram.
 
Atama, bibilərimə təskinlik vermək istədim, olmadı. Bacarmadım. Əvəzində atam qoluma girdi: “Bir az toxtaq ol. Nənənin də ən böyük arzusu son mənzilə sizlərin-nəvələrinin çiynində getmək idi.”
 
...Qəfildən nənəmin nə isə xahiş edəndə, məni sakitləşdirəndə istifadə etdiyi fikri xatırladım. “Çiynində gedim, ay bala...”
 
...Tabutunu yerdən qaldıranda anladım yoxluğunu. Nəvazişlə üstümə yorğan çəkən nənəmin üstünə buz kimi torpaq atdım...
 
Hansısa dostum yazmışdı ki, nənələr dünyadan köçəndə nəvələr böyüyür. Nənəmin ölüm xəbərini aldığım andan bütün ruhumla böyüdüyümü hiss elədim...
 
...İndi məni kim danlayacaq? Kim boynuma qol salacaq sənin kimi? Kitablarımı, şəkillərimi kim öpüb əzizləyəcək, nənə?
 
... Əllərim titrəyə-titrəyə, yanaqlarım islana-islana bu yazını yaza bilirəmsə, soyuqdu torpağın üzü...
 
Bilirəm, narahat ruhun hardasa uzaqlardan, ucalıqlardan mənə baxır və gileylənir sağlığındakı kimi:
 
“Ay bala, bu zibilin (kompüterin) qabağında az otur. Oturanda kürəyinə bir şey at. Bir də, qurban olaram, o zəhrimarı az çək...”
 
Bilirəm, bilirəm ki, olduğun yerdə də məndən nigaransan...
 
Nigaran ruhun köməyim olsun, nənə...
 
Sənin istədiyin kimi qayğıkeş, qohumcanlı, ağıllı uşaq ola bilmədiyim üçün, məni bağışla... /kulis.az/

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.