Vəlixan - Dəhşət...
04.04.14

     Dəhşət adamın üstünə gələndə başlanğıcda qara tüstüyə bürünür. Gecəylə gündüzün, gündüzlə  gecənin vaxt təhvil təslimindəki sübh vaxtının və şər qarışan vaxtın işığına bənzər bir ümüd işığı olur o qara tüstünün yerlə birləşdiyi hissədə. Və səni diz üstə çöküb həmən 30-40 sm-dən ibarət olan ümüd qapısından  “-Ana ana ana!” deyə qışqırdır o qara tüstü. Dəhşəti hiss edirsən o an.
      Qonşunun qapısını bərk-bərk döyüb dosta zəng eləmək isə sadəcə həmən dəhşətin üstünə aciz  bir qoşun toplamağdan başqa bir şey deyil. Fəqət dəhşətin qoşununun içindən əsirləri xilas etmək  üçün qoşun lazım deyil. Sadəcə o qara tüstüyə girmək, öskürmək, boğulmaq, istidə bişmək, cəhənnəm əzabıyla ruh olmaq həmin əsirlərə qoşulmaq, səhərin açılmğını gözləmək lazımdır ki gəlsinlər döyüş meydanından meyidləri yığsınlar, yusunlar, birinin əlini, birininsə gözünü birininsə ümumiyyətlə  nə əllərini  nə  gözlərini bağlaya bilməsinlər o cürdə kəfənləyib dəfn etsinlər! Dəhşət yəni!
      Bu işğalçı qoşunun cinahları onun mərkəzindən daha təhlükəlidir məsələn 4 tərəfdən 5-10  pəncərə şüşəsi qırıb o qara tüstünü dağıtmaq istəyi pişiyin əjdahaya cırmaq atması kimi bir şeydir. Dəhşət elə bir andır ki, o an əsas həyat mənbəyi olan su belə “ itgi yanğını”nı söndürmür istər qəlbində istərsədə dəhşətin ocağında!
      Nəhayət bir isladılmış şərfdən dəbilqə əvəzi istifadə etmək olar  ki, gedib o dəhşətin içində əsir  düşmüş əzizlərinin cansız cəsədlərini görməyəsən qayıdasan. Və simurq quşunun tükü əvəzi bir ümüd zəngi edəsən atadan xəbər tutub komək istəyəsən onuda bu dəhşətin içinə çəkəsən. Atanın özünü işıq sürətiylə sönmüş işığına çatdırması isə sadəcə təskinlikdir ki, sən tək deyilsən. Dəhşətin zəfərinə qarşı gəlmək mümkün deyil!
     Nəhayət sınıq pəncərələrin sayəsində alışan divan və döşəmənin yanmasının səsi, onu sondürmık istəyən yanğınsöndürənlərin səsi döyüşün bitdiyini bildirən davulların səsində “- Gəlib meyidlərinizi apara bilərsizdir”. Dəhşətin rəhmi özü qəbul etdirməkdir!
      Dəhşət adamın üstündə tam hakim olanda isə balanın əli dar məzarda 50 yaşlı ananın sol çiynində, atanın əli isə 20 yaşlı qızın sol çiynində qırmızı parcanın altında olur. Təkcə eşidilən isə çiyinlər silkələndikcə oxunan tərcüməsini bilmədiyin Quran ayələridir. Yəqin tərcüməsi belədir:  “-Allah, onların günahlarını əff et, yerlərini cənnət!”
      Dəhşəti anlatmaq özü bir dəhşətdir.

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.