Rövşən Yerfi - Esselər
01.04.14

Sözün qüdrəti…

         İnsan həyatını anlamağa başlayandan gündən mütləq ilahi varlığı düşünür: Allah nədir, ya kimdir? Fövqəlbəşər qüvvə, kainatın ulu, şəriksiz memarı, insanın mövcudluğunun səbəbkarı, yaradıcısı, yaratdığı qulun yiyəsi, ağası, böyüyü… Bu azman Ağa, Yenilməz Böyük nə istəyir qullarından? Verdiyi öyüd-nəsihətlə zəngin müqəddəs kitabların göstərdiyi yola uyğun yaşamaq və son nəfəsinədək Ona dua edib ibadətdə olmaq! Bunun üçün insan hər şeydən əvvəl nə etməlidir? Məyusedici də olsa, qorxmalıdır. Pis gündən, əzabdan, cəzadan, nəhayət cəhənnəmdən qorxmalıdırlar. Olmazdımı ali şüurlu insana qorxusuz, hürküsüz, özünəlayiq münasibət göstəriləydi? Olardı. Gözünü örtən, ağlını çaşdıran nəfsi olmasaydı… Uca varlıq baş verəcək təhlükədən Adəmə xəbərdarlıq etmişdi. Xəbərdarlığa baxmayaraq, şeytan zəif damarından - nəfsindən yararlanıb Adəmi yolundan azdırdı. Demək, insana yaradılışından təkcə söz batmır. Onu həm də qorxutmaq lazımdır. Allahın qulu olmaq əvəzinə Adəm nəfsinin qulu oldu. O gündən etibardan düşən, Yaradanın izni olmadan heç nə əldə edə bilməyəcəyini anlayan insanı, malik olduğunu da itirmək qorxusu sarsıtdı. Və cənnətdən qovulan andan bəşər ümmətinə qorxu hakim kəsildi.
        Belə çıxır ki, nə qədər xislətimizdə nəfsimiz yer tutacaq, Allaha sevgimiz də qorxudan olacaq. Qorxu naminə, nəfsimiz xatirinə Allahı sevməkdə nə dərəcədə səmimilik var? Şübhəsiz, qorxu olan yerdə səmimiyyətdən danışmağa da dəyməz. Əksinə riyakarlıq, yaltaqlıq, mədhiyyə şüurlarda kök atır, məddahlıq sənət zirvəsinə yüksəlir. Yəqin elə buna görədir ki, riyakarlıq adiləşib, məddahlıq qanımıza işləyib. Əgər qorxu olmasaydı Allahı sevməzdikmi? Şükür edib, itaətində olmazdıqmı? Xeyr! Allah bilir mələk olmamağımızı, nankorluğumuzu, naşükürlüyümüzü... Bizi nankorluq bəlasından qurtarmaq üçün hər kəsə ibadəti vacib sayır.
        Görəsən neynirmiş qeyri-səmimi, nəfsinin qulu olan binəvalarının dualarını, təriflərini?!. Heç demə insanın qorxudan yaranmış itaət dolu ehtiramının ifadəsi, Rəbbinə təsiri əsasən sözün köməyi ilə yaranırmış və küllü aləmin səltənət sahibi olan mərhəmətli varlığın bu qədir bilməzlərin ömürlərinin nə vaxtındasa səmimiləşən, qəlbdən gələn, adicə sadə sözlərdən ibarət dualarına, təriflərinə müəyyən mənada ehtiyacı varmış, sözdən RUH alır, ruhlanırmış!.. Heyrət, sən sözdə olan gücə, Allahın sözə verdiyi qiymətə, dəyərə bax! Əcdadının sözə əhəmiyyət verməməsinin min illərdir ki, əzabını çəkən Adəm övladı sözün qüvvəsinə, hesabına Yaradanının lütfündə qalmışdı! Yoxsa insanlıq dəyərsizləşib çoxdan Yer üzündən bəlkə də silinmişdi. Dünyanın məhvəri, istinadı imiş sözün qüdrəti…
 

Elegiya

         Neçə vaxtdır kənddə torpağın gözləri yol çəkirdi. Yedirtdiyi, böyütdüyü balasını - insan oğlunu gözləyirdi. Uzun illər idi, o, kənddən çıxmışdı. Darıxmışdı onun üçün. Sorağı şəhərdən gəlirdi. Az keçmədi eşitdi ki, balası evlənib, şəhərli balaları da dünyaya gəlib.
         Yenə neçə-neçə səhərlər, axşamlar, fəsillər gəlib keçdi. Torpaq gözləyirdi ki, balası, bəlkə, nə vaxtsa, bir gün onu xatırlayıb gələr, üstündə addımlayar..
          Günü-günə calayıb həsrətlə gözləyirdi. Amma, balası onu tamam unutmuşdu. Gedəndən-gələndən eşidirdi ki, balası böyük vəzifələrdə işləyir, dünyanın hər yerinə tez-tez səfərlərə çıxır. Xətrinə dəyirdi onu unudub dünyanı gəzməyi. Hətta qeyzlənib düşünmüşdü: qoy gəzsin, hara getsə də, gec-tez görüşən günümüz olacaq…
          Və dünyanın adi günlərindən birində kəndə qəfil xəbər gəldi: şəhərdəki insan oğlu öldü.
          Həmin gün, nəhayət, insan oğlu xalçaya bükülüb, kəndə-ana torpağına qayıdırdı. Onun diri gəlişini görməyən təbiət də çənə, dumana bürünmüşdü. Sən demə, insan oğlunun qocalmadan ölməsinə səbəb ana torpağın səbrinin qurtarması  imiş…
          Hər şeyi orda qoydu – şəhərdə… İşini, əzizlərin, dostlarını, qırılan ömrünü… Özü gəldi həmişəlik. İllərdir çarpışdığının, qazancının nəticəsi, nöqtəsi idi bu son mənzili...
          Həsrətli torpaq onu acgözlüklə bağrına çəkdi, rahatlanıb toxtadı, çəmənlikdə bir gilli təpəcik artdı, dalısıyca duman, çən çəkildi, göyün üzündə Günəş parladı.
           Elə bil, o insan heç dünyada olmamışdı…
 

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.