Etibar Salmanlı - “Allahverən” və “arvad bişirən”
11.03.14

İki-üç gün əvvəl redaksiyadan çıxıb müsahibəyə getmişdim. Müsahibə çox maraqlı keçmişdi və mən evə qayıdırdım. Metrodan çıxıb avtobusa mindim. Axşam saatları olduğu üçün avtobusda adam çox az idi. Az deyəndə bir-iki boş oturacaq var idi və sürücünün düz arxasındakı oturacağın arxasında dayanıb, xalqımızı müşahidə etməyə başladım.

Avtobusda iki xalanın söhbəti diqqətimi cəlb etdi. Xalanın birinin əlində qırmızı lent ilə bağlanmış üç-dörd şokolad qutusu var idi və yanındakı ikinci xala ilə söhbət edirdilər.

­Ağəz, bu şokoladları təzə gəlinin üçün almısan?
Hə ye, oğlumun ikinci “arvad”ına almışam.
Bəs, birinci nə oldu?
Qız karyera üçün oğlumdan uşaq doğmaq istəmirdi, ayırdım. Kənddən qız almışam, bu yaxınlarda toylarıdır.
Allah xoşbəxt eləsin, yaxın zamanlarda sənin də qucağında nəvəni görək.
Amin!
Söhbəti ikinci xalanın avtobusdan enməsi kəsdi. Anidən ürəyimdən keçdi ki, gedib xalanın üzünə tüpürüm. Yaxşı ki, fikrimdən vaz keçdim.

Bir az arxada cavan bir qız öz oyuncaq ayısı ilə əyləşmişdi. Ayı o qədər iri idi ki, qızın yanındakı oturacağı da zəbt etmişdi.

Avtobusdakı digər qız-gəlinlər o qıza elə həsədlə baxırdılar ki. Hamı özünü o qızın yerində görmək istəyirdi.

O qız da özünü dünyanın ən xoşbəxt qızı kimi hiss edirdi. Hətta aradabir ayısının yanağını çimdikləyərək, digərlərinə özünü və ayısını göstərirdi.

Sanki demək istəyirdi ki: “Baxın mənim “ayım” mənə özüm boyda “ayı” alıb”.

Nə demək olar, bəzən insanlara yaşamaq üçün ayı da lazımdır.

Arxa sıralarda isə işdən gələn zəhmətkeş kişilər əyləşmişdi. Demək olar ki, hamısının da əlində irili-xırdalı hədiyyələr var idi.

Bir neçəsinin əlində özlərinə aldıqları hədiyyələr də vardı. Ağır iş günündən sonra evdə “Allahverən” ilə “arvad bişirəni” içmək üçün bir neçəsi araq da almışdı.

Xalqımıza sevinmək, bayram etmək üçün səbəb lazımdır. Sadə insanların bu xırda sevinclərini, artıq daha yaxşı anlayıram.

“Maraqlı hadisələr maraqlı insanların başına gəlir”– deyə hardansa oxumuşdum. Elə də oldu. Sürücü avtobusun radiosunu işə saldı. Sonradan bildiyim qədər “Burç FM”-ə qulaq asmağa başladıq.

Qonaq: Mən sizin radionun köməkliyilə bildirmək istəyirəm ki, ayağının altında ölum, qulun-kölən olum. Nə olar məni qəbul et. Mən sənsiz yaşamaq istəmirəm. Məni qəbul et. Yalvarıram sənə.

Aparıcı: Xanım, mən öz təcrübəmdən deyə bilərəm ki, mənim ən yaxınım da olsa, qanı qanımdan, canı canımdan da olsa, əgər məni qəbul etməsə, mən ona yalvarmaram. Siz kimə yalvarırsız?

Qonaq: Mən anama yalvarıram. Uşaq vaxtı məni internata atıb, böyüyəndən sonra isə mən onun yanına qayıtmaq istəməmişəm. Düzdür, mən də uşaqlarımı indi internata qoymuşam. Ancaq onları sevirəm.

Aparıcı: Siz niyə ananızın səhvini təkrarlamısız?

Qonaq: İşləmirdim, evim yox idi, ona görə. İndi özümü tuturam, yaxın illərdə uşaqlarımı yanıma gətirəcəm. Ana, bilirəm sən Burç Fm-ə qulaq asırsan, nə olar məni qəbul et. Hər namazda sənin yanında olmaq üçün dua edirəm.

Aparıcı: Xanım, yəqin ki, ananız sizi eşitdi. Çox sağ olun bizə zəng etdiyiniz üçün. Başqa bir istəyiniz varmı bizdən?

Qonaq: Bəli, zəhmət olmasa, Davut Güloğludan “Ay nurcanım” mahnısını səsləndirərsiz. Anam çox sevir o mahnını.

Aparıcı: Baş üstə çalışacayıq.

Bu dialoqdan sonra məni gic gülmək tutdu. Çünki aparıcı hardasa iki dəqiqə xalqa sevin, sevilin, mesajları verdi, ardınca isə “Bu akşam ölürüm” mahnısını səsləndirdi.

Siz indi bu yazını oxuyub yazdığıma inanmaya bilərsiniz. Ancaq səhv etmirəmsə Moem deyirdi: “Yazıçı oxucuya yazdığının həqiqət olduğunu inandırmaq məcburiyyətində deyil”.

Ancaq nə etmək olar ki, mən on dəqiqəlik avtobus səyahətimdə bu hadisələrlə rastlaşdım.

Avtobus evimin yanından keçən sürücüdən nəzakətlə dayanacaqda saxlamasını xahiş edib, gediş haqqını ödəyib, evimə doğru addımlamağa başladım.

Ps. “Azərsu” məhlədəki evlərə yeni sayğac qoyacaq deyə, bütün məhləni qazıb və hər yan palçıqdır. Mən yenə evin girişini palçıq edəcəyəm... /1937.az/

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.