Rahid Ulusel - Azadlığın Azadı
05.03.14

Fəlsəfə elmləri doktoru


Azadla gəncliyimizin binəsindən, hətta illərlə bir-birimizdən iraq olsaq da, bir yerdəyik, qan və fikir dostuyuq... Kasıb oğlanlardıq... “Əsrə bərabər günlərdə” böldüyümüz çörək tikələrimiz bizi birləşdirmişdi. Biz Azərbaycanın biri-birindən uzaq bölgələrində yaşasaq da, hətta analarımızı dost eləmişdik. Çünki nəinki bizim, hətta analarımızın taleyi də oxşar doğulmuşdu. Ancaq biz doğulduğumuz kimi qalmadıq. Özündən doğulan Azərbaycanın ağrısında iştirak etdik. Dişimizlə-dırnağımızla özümüzə yollar aradıq. Azad ədəbiyyatda bərkiməyə çalışdı, mən fəlsəfədə. Mənim Harvard Universitetində məruzə oxuduğumu, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasına nəinki Azərbaycandan, bütün Qafqazdan ilk olaraq üzv seçildiyimi biləndə, Azad necə qürurlanırsa, mən də onun əsərlərinin ingiliscə nəşrinin başlanmasına eləcə fərəhlənirəm... Biz tək oğlanlar idik... İndi babayıq. Nəvələrimiz var. Biz ilk kitabımızın çapını illərlə gözləyirdik. İndi çoxlu kitablarımız var...
Mənim qəlbimdə bir Azad səltənəti var, 40 illik etibarlı dostluğun istehkam-qalası. Necə ki, “Hop-hopnamə”sini əzbər bilsəm də, Sabir haqqında hələ heç nə yazmamışam, Azada bunca yaxından bələd olsam da, dostumun yaradıcılığı haqqında nəsə yazmağa hələ cəsarət etmirəm. Hər dəfə bu işə köklənsəm də, yenə nəyinsə yetişmədiyini hiss edib, dayanıram...

Azadlığın Azadı seçkin nəsrinin ən müxtəlif janrlarında azadlığı ilə məhkumluğu arasında, həyatla ilğım arasında, özü ilə qondarması arasında, varlığı ilə yoxluğu arasında çırpınanlardan yazır. Zahirən elə görünür ki, Azad vulqar həddə varır. Əlbəttə, Azad olduqca riskə gedir. Sıldırımın lap qırağı ilə irəliləyir. Ancaq ədəbiyyatın qanunlarınca, amansız həqiqətlər də elə bu uçurumların lap qaşındadır. Hətta yazıçı bu titrək nöqtədə, uçunduğu məqamda belə, zəlzələ törətməsə, “həqiqət daşları” sərt qayalardan qopub düşməz... Sümükləşmiş beyinlər düşünən başlara çevrilməz... Azad, məhz beləcə, Azərbaycanı endiyi yerdən qaldırmaq istəyir. Azad Qaradərəlinin qələmindən göyərən nəsr – bu “Alp çəmənlik” bizim mənəviyyatımızın Pompeyini müşahidə nöqtəsində tikilib...

Azad yeganə yazıçıdır ki, biz onun əsərlərini ailəlikcə oxuyuruq. Hər dəfə yalnız bir hekayəsini. Dada-dada. Hamısını birdən oxumuruq ki, yazıçı ilə birgə düşünməkdən, obrazların, gözlənilməz təhkiyənin orbitində hərəkət etməkdən, əsil ədəbiyyatın semantikasını bizimlə bir zamanda yaşayan, bizimlə bu həyatı birgə addımlasa da, ona tamamilə başqa səmtlərdən baxan və bizi heyrətləndirən sənətkar-dostumun yazdıqlarında duymaqdan birdəfəlik doymayaq. Bu mənada Azad həqiqətən tükənməzdir. Onun əsərləri, əslində, bitəndən sonra başlayır...

Azad ömrü boyu ora-bura qaçıb, vurnuxub. Bu vurnuxma, təlaş onun yazılarının daxili stixiyasında da var. İndi mən altmışına çatmış dostuma deyərdim: Bəsdi, Azad. Dayan. Gərəkən bir zamanca sus. Sanki görünməz ol. Bütün yazdıqlarını bir qara daş kimi qoy ayaqlarının altına. Sən qalxdığın ucalıqda Azərbaycanın, Dünyanın hələ heç kimin görmədiyi həqiqətlərini hələ heç kimin yazmadığı dərinlikdə yaza biləcəksən. İnan dostuna.

8 fevral 2014 


Avanqard.net

Yenililklər
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.